TÜFEYLİ

is. [ ər. ]
1. biol. Başqa orqanizmin üzərində və ya içində yaşayıb onun hesabına qidalanan bitki; parazit.
Bit camışın xüsusi tüfeylisidir. A.Ağabəyli.

// Sif. mənasında. Tüfeyli bitkilər.
2. məc. Başqasının zəhməti hesabına yaşayan adam; müftəxor, parazit.
Cəfər irəli yüyürüb tapançanı xozeyindən almaq, böhtan danışan və yalan şayiə yayan bu tüfeylini camaat içərisində ifşa etmək istədikdə tapança açıldı. Ə.Vəliyev.
Beləliklə, Rüstəm bəyi əhatə edənlər …cəmiyyətin tüfeyliləridir. Ə.Sultanlı.

// Sif. mənasında. Tüfeyli siniflərin ləğv edilməsi. Tüfeyli həyat.
3. dan. Söyüş kimi işlədilir. Tüfeylinin biri.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TÜFEYLİ 1. TÜFEYLİ (biol.) (başqa orqanizmin içində və ya üzərində yaşayıb onunla qidalanan bitki və ya heyvan), PARAZİT
  • TÜFEYLİ müftəxor — parazit

Antonimlər (əks mənalı sözlər)

  • TÜFEYLİ TÜFEYLİ – ZƏHMƏTKEŞ Tüfeyli həyatdan əl çək, adam ol (C.Əmirov); Zəhmətkeşdir, işsiz dura bilmir (“Azərbaycan”)
TÜCCAR
TÜFEYLİLİK

Digər lüğətlərdə

амёба исслюни́ть неизве́стное неправдоподо́бно освежева́ние перепелёнывать печёнка присёлок Фо́мка шёлкотка́ный в подмётки не годится выжива́емость конфигури́роваться плотовщи́к раска́шивание учёно тальян чистый centra fugitive headed grain roper toss up обить подгорелый