TABAQ

is. Düyü, buğda və s. hövsərləmək, yaxud şey qoymaq və ya başqa məqsədlər üçün enli taxtadan oyulmuş ağacdan hazırlanan dayaz, girdə, ya uzunsov qab.
Böyük tabaqlara buğda töküb isladardılar. H.Sarabski.
[Fatma arvad] obaşdandan qalxıb çirmənmiş, tabağı qabağına qoyub, pud yarım buğda unundan xəmir yoğurmuşdu. Mir Cəlal.

// Təknə.
Bəzən Mələk bacı işdən qayıdarkən eyvanda stolun üstündə dəyirmandan yenicə gətirilmiş bir tabaq un, təzə bişirilmiş çörək və ya bir dolça süd görərdi. Ə.Sadıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TABAQ tabaq bax təknə
  • TABAQ təknə — çanaq

Etimologiya

  • TABAQ Buna təknə də deyirlər. Tabaq ərəb sözüdür, təbəqə sözü ilə qohumdur, “qab” deməkdir. Mənbələrin verdiyi məlumata görə, boşqab yerinə də tabaq (təbəqe
TAB-TAVAN
TABAQÇA

Digər lüğətlərdə