TÁBOR

is.
1. Bir yerdən başqa yerə köçən qaraçı dəstəsi, habelə onların düşərgəsi, atarabası. Dağların ətəyində yerləşən üzüm bağlarının kənarında köçəri qaraçı taboru dincəlir.
2. Qədimdə: istehkam halına gətirilmiş kazak düşərgəsi (at-arabaları ilə bir yerdə).
3. köhn. hərb. Batalyon. Tabor komandiri.
– Alay üç tabordur. H.Nəzərli.
Mirbalayev tabora “azad” komandası verdi. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TABOR TABOR (hərbi), BATALYON
TABLÓ
TABSIZ

Digər lüğətlərdə