1. İçində maye, yağ və s. saxlamaq, nehrə çalxalamaq üçün qab kimi işlədilən, aşılama ilə hazırlanmış bütöv qoyun və ya keçi dərisi.
Çoban qarşılayır bizi xoşsifət; Tuluqdan süd tökür: Buyurun, – deyir.
[Göyçək] südü bişirdi, iki gündən qalmış qatığı tuluğa yığıb çalxadı.
2. bax dol.
Mahmudun çox yaxşı yadındadır ki, o, dolamaçarxı hərlədib tuluqla quyudan su çəkərdi.
3. köhn. Bir tuluq tutan qədər maye ölçüsü.
[Zümrüd Məlikməmmədə:] Onda gərək qırx şaqqa ət, qırx tuluq da su alıb gətirəsən.
[Həsənov:] Deyirlər ki, … fermaya get, bir tuluq yağdan, pendirdən götürmə…
◊ Zəhər tuluğu – çox acıdil adam haqqında işlədilir.
Şişib tuluğa dönmək – 1) çox şişmək;
2) həddən artıq kökəlmək.