XAHİŞ

is. [ fars. ] Bir arzunu, ehtiyacı yerinə yetirmək üçün edilən müraciət, təmənna; rica, təvəqqe, istək. Sizdən bir xahişim var.
– …Mən Qasımın xahişini əmələ gətirdim, yəni gedib oturdum onun yanında. C.Məmmədquluzadə.
Bir ittifaq bu xahişi tezliklə əmələ gətirməyə səbəb oldu. S.S.Axundov.

// İstək, arzu, tələb.
Xahişin tərki-dilü can idi, mən həm etdim; Söylə, ey yar, görüm şimdi nə fərmanın var? M.Ə.Sabir.
[Xumar:] Yoxsa bir xahişinmi var, Sənan? Hər nə qəlbində varsa eylə bəyan. H.Cavid.
Mehriban Zeynalın bir çox xahiş və tələblərini qəbul edirdi. S.Hüseyn.

□ Xahiş etmək (eləmək) – rica etmək, təmənna etmək, təvəqqe etmək, istəmək.
[Nüsrət Toğrula:] Xahiş edirəm, sən mənim işlərimə qarışmayasan. C.Cabbarlı.
[Kamal:] Onda xahiş eləyirəm, elə çağırın ki, anası bilməsin. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XAHİŞ XAHİŞ Xanım pəncərədən bağçanı nura qərq eləmiş mülayim payız günəşinə baxıb bu xahişin səbəbini dərhal anladı
  • XAHİŞ rica — təvəqqe — yalvarış — istək — dilək — arzu

Etimologiya

  • XAHİŞ Farsca xastən (istəmək) feili ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
XAH
XAHİŞSİZ

Digər lüğətlərdə

затро́нуть океани́ческий пото́мно преувели́чиваться принижа́ться с ра́дости тяну́чка уви́нчиваться экстреми́зм ветера́нка доку́чность жестокосе́рдие скачкообра́зность сообщи́ть тебенёвка взвошить ливер brainwork predestination брать заварной прачка притачать прозекторская чека