Abxazuri
Abxazuri — Gürcü mətbəxinə məxsus yemək. Mal ətindən hazırlanmış qiymə ilə qoyun quyruğu, nar, soğan, reyhan və ədviyyatlar qarışıdırılaraq tor formasında quyruğa bükülərək bişirilir.
Bu qidanın vətəni Gürcüstanın qərbi hesab olunur.
== Tərkibi ==
Yeməyin əsas komponenti kiçik parçalara kəsilmiş və ya ət çəkən maşında doğranmış ətdir. Ənənəvi reseptdə (Qərbi Gürcüstanda) gənc mal əti istifadə olunur, lakin quzu ətindən (Şərqi Gürcüstanda), həmçinin donuz əti və qarışıq ətdən (məsələn, 50/50 nisbətində mal əti və donuz əti) istifadə variantları da var. Əksər reseptlərdə ikinci ən vacib tərkib hissəsi, 1/2–1/3 nisbətində ətə əlavə edilən, qoyun quyruğu piyidir. Yeməyə soğan, sarımsaq və müxtəlif növ göyərti və ədviyyatlar da (qara və qırmızı bibər, keşniş, reyhan, utsxo-suneli və s.) daxildir. Yeməyin digər vacib komponenti nar dənələridir. Bəzi reseptlərdə nar əvəzinə zirinc istifadə olunur.
== Hazırlanması ==
İncə doğranmış təzə göyərti, soğan, sarımsaq, acı bibər, nar dənələri və ədviyyatlar doğranmış ətə/qiymə ətə əlavə edilir.