İranda tələbələrin etiraz aksiyaları (2018)
İranda tələbələrin etiraz aksiyaları — 2018-ci ilin dekabr ayının əvvəllərində o zamankı İranda müəllim və digər sahələrdə çalışan şəxslərin davam edən tətillərini dəstəkləmək üçün başladılmış tələbə etiraz aksiyaları.
== Etirazlar ==
=== 4 dekabr ===
2018-ci ilin 4 dekabrında Tehrandakı Əmirkəbir Texnologiya Universitetinin tələbələri toplanaraq tətil edən işçiləri və müəllimləri dəstəklədiklərini bildirdilər. Aksiyanı dağıtmağa çalışanlara qarşı isə bəstə oturdular. Səsləndirdikləri əsas şüarlar isə bunlar idi: "Toplar, tanklar və silahlar artıq təsirsizdir", "İşçilər və tələbələr birləşir", "Həbs edilmiş müəllimlər, işçilər və tələbələr azad edilməlidir", "Yalançı hakimiyyətə ölüm". Eyni vatda Tehranda yerləşən başqa bir universitet olan Əllamə Təbatəbai Universitetinin tələbələri universitet şəhərçiyində İran xüsusi xidmət orqanları işçilərinin olmasına görə etiraz aksiyasına başladılar.
Eyni gündə Babol Nuşirvani Texnologiya Universitetinin tələbələri də etiraz aksiyalarına başladılar. Onların əsas şüarları bunlar idi: "Universitet diridir", "Universitet tələbələrinə qarşı təzyiqlərə son", "Tələbələr öləcək, lakin zülmə boyun əyməyəcək".
Səhənd Texnologiya Universiteti və Kirmanşah Razi Universiteti tələbələri də eyni gündə etiraz aksiyalarına başladılar. Səhənd Texnologiya Universiteti tələbələrinin bir qismi aclıq aksiyası başlatdı. Kirmanşah Razi Universiteti tələbələri isə Xuzistandakı işçilərlə həmrəylik göstərmək üçün əsas şüar olaraq "Çörək, azadlıq, işçi şurası" şüarini seçmişdilər.