ATEİZM
[alm. Atheismus; fr. Ethèisme; ing. Atheism; yun. A-theos; tr. Tanrıtanımazçılık; ər. إنهاد ] – Tanrını rədd etmək, təbiətdə və kainatda Tanrının rolunu danmaq. Sovet hakimiyyəti dövründə Sovet İttifaqına daxil olan ölkələrdə və kommunizmin hakim olduğu dövlətlərdə Marksizm – Leninizm fəlsəfəsi əsasın-da elmi ateizm geniş tədris edilirdi. Elmi ateizm Tanrının varlı-ğının təhrif edilməsi ideyasını elmi dəlillər və arqumentlərə dayanaraq əsaslandırırdı. Ərəbcədə isə daha çox ilhad termini işlədilir. Ateizm a – teos – yəni hərfi anlamda Tanrının inkarı deməkdir. Bu cür baxışlar sistemi sadəcə islamdan, xristinalıqdan və yəhudilikdən bizə məlum olan Tanrı anlayışını deyil, hər növ dini iman və etiqadi sistemlərdə Tanrı və Tanrı adına olan hər varlığı inkar edir.