Ərəb ölkələrində ateizm
Ateizm adından da göründüyü kimi a-teizm, yəni teist olmayan. Yəni kamil, mükəmməl bir yaradıcı və idarə edicini inkar edən, hər hansı bir tanrı yoxdur deyənə ateist deyilir. Ateist üçün Allah, Yehova, Uzza eynidir, hamısı xəyalın məhsuludur. Ateist tanrıları və dinləri inkar edir.Ərəb ölkələrində ateistlərin dəqiq sayını demək çox çətindir. ərəb ölkələrinin mediasında ən böyük üstünlüyə malik Səudiyyə və Qətər mediası regionda ateistlərin olması, onların fəaliyyəti ilə bağlı xəbərlərin ictimaiyyətə çatdırılmasına imkan vermir.
Ərəb ateistləri yeni anlayış deyil. Islam tarixi ilə azad düşüncənin formalaşmasının tarixi paralel inkişaf edib. XX əsrin əvvəllərində Ərəb ölkələrində ateizm ilə bağlı məqalələr yazılmağa başladı. misir yazıçısı İsmayıl Madhar 1930-cu illərdə niyə mən ateistəm adlı elmi əsər yazmışdır. Başqa sözlə sekulyar düşüncə tərzi formalaşırdı .