Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəni-Haşim
Haşimilər (ərəb. الهاشميون‎) və ya Haşim sülaləsi - İordaniyanı 1921-ci ildən bəri idarə etmiş sülalə. Bu sülalə Hicaz Krallığı (1916-1925), Suriya Ərəb Krallığı (1920) və İraq Krallığının (1921-1958) hakim ailəsi olmuşdur. Haşimilər 10-cu əsrdən sonra təkrar-təkrar, əsasən, xarici qüvvələrin vassalı kimi Məkkə şəhərini idarə etdilər. Birinci Dünya müharibəsindən sonra Britaniya İmperiyası ilə qurduğu müttəfiqlik sayəsində Hicaz, Suriya, İraq və İordaniyanın taxtı Haşimi ailəsinə verilmişdi. Tarixdə bu razılaşma Şərifi həlli adlanır. Ailə Haşimilər olaraq da adlandırılan, Məkkə şərifi Həsənilərin qollarından biri olan Dəvu Əvna aiddir. Onların eyniadlı əjdadı olaraq qəbul edilən Haşim ibn Əbdi Mənəf Məhəmməd peyğəmbərin ulu babasıdır. Haşimilərin əjdadı Qətədə ibn İdris daxil olmaqla, Məkkənin Həsəni şərifləri Məmlüklərin son mərhələsində və Osmanlının erkən dövrlərində Sünniliyin Şafi məzhəbinə keçənə qədər, Zeydi şiələr idi. Hal-hazırkı sülalənin əsasını 1908-ci ildə II Əbdülhəmid tərəfindən Məkkə şərifi olaraq təyin edilən Hüseyn ibn Əli əl-Haşimi qoymuşdur.
Bəni Haşim
Bəni Haşim (az:Haşim oğulları) və ya Haşimi(Ərəbcə:هاشمى،بنی‌هاشم) o kəslərə deyilir ki, atadan sarı Haşim bin Əbdimənafa(Ərəbcə:هاشم بن عبد مناف) yetişirlər. bunlar Qureyş elindən olan Haşim, islam peyğəmbərinin ikinci babasına soyları yetişən qəbilədirlər. Qosəyyebni Kelab(قُصَیّ‌بن کِلاب) İbrahim peyğəmbərin oğlu ismayılın nəvələrindəndir və 100-il islam peyğəmbərinin anadan olmasından öncə Qureyşin başçısı olmuşdur. ondan sonra oğlanları Əbdüddar və Əbdi Mənaf onlardan sonra isə Haşim Qureyş başçısı olmuşlar. == Qureyşdə Bəni Haşimin əhəmiyyəti == Haşim atasından səqqaiyyət və Refadəti irs apardı. yoxsulluq və yağmursuzluq zamanlarında Haşimin igidliyi və Məkkkəni ticarət yerinə çevirmə habelə məkkəlilərə bu dönəmdə yardım etməsi üçün qureyşlilər arasında uca və önəmli yerə sahib olmuşdur. == Bəni Haşimin İslam peyğəmbərindən himayə etmələri == Bəni Haşimin hamısının islamı ilklərdə qəbul etməmələrinə baxmayaraq hamısı Əbuləhəbdən başqa peyğəmbəri qureyş başçılarının əziyyət və azarları qarşısında himayə etmişlər eləki Əbu Talib peyğəmbərin əmisi bu yolda çoxlu işlər görmüşdür. == İqtisadi sanksiya == Müsəlmanların Həbəşəyə köçməsi və Nəcaşinin hicrət etmiş müsəlmanlardan qureyşlilər qarşısında himayə etməsi və başqa ellərin islama keçmələri nəticəsində qureyşlilər bəni haşimi peyğəmbəri himayə etməkdən üzaqlaşdırmaq üçün onları iqtisadi sanksiyaya saldılar.Bani Haşim Əbuləhəbdən başqa hamısı Şebi Əbutalibə köçdülər və qureyşlilər arasında buna görə ayrılıq düşənədək üç il çətinliklərlə yaşadılar.
Haşim Taçi
[mənbə göstərin] Haşim Taçi (24 aprel 1968) — Kosovo Respublikasının baş naziri. Kosovo Demokratik Partiyasının prezidenti. Priştina Universitetində tarix üzrə oxuyub.
Haşim arxipelaqı
Haniş adaları (ərəb. جزر هانيش‎) — Qırmızı dəniz suları ilə əhatələnən arxipelaq. Adalar qrupuna daxil olan adaların böyük hissəsi Yəmənə məxsusdur. Ancaq hazırda Yəmənə məxsus olan adalara 1998—1999 illərə qədər Eritreya iddia edirdi. == Coğrafiyası == Arxipelaq üç böyük və çoxlu sayda kiçik adalardan ibarətdir. Ən böyük adası Zukardır. Arxipelaqın şimalında yerləşir. Sahəsi 120 km² yaxındır. İkinci böyük adası Əl-Haşim-əl-Kabir (Great Ḩanīsh) adası arxipelaqın cənubunda yerləşir və sahəsi 116 km² təşkil edir. Bu iki ada arasında Əl-Haşım-əl-Saqir (Little Ḩanīsh) və bir necə kiçik adalar qərarlaşır.
Haşim mirzə Səfəvi
Haşim Mirzə (1752 - 1813) — Səfəvi şahzadəsi, Səfəvi xanı, Qəzvin hakimi. == Həyatı == Haşim mirzə 1752-ci ildə Məşhəddə doğulmuşdur. Uşaqlıq dövrü gərgin müharibələrə şahidlik etmişdir. Raziya Sultan 1776-cı ildə vəfat etdikdən sonra Səfəvi xənədanı başsız qaldı. Bundan sonra o, qardaşı Qasım mirzə ilə Kərim xan Zəndin himayəsində Qəzvinə getmişdir. Kərim xan onu Səfəvi şahı edəcəyinə söz versə də, 1779-cu ildə qəfil ölümü buna mane olmuşdur. Buna baxmayaraq Haşim mirzə Səfəvi başcısı və xanı kimi nüfuz və hörmət qazanmışdır. Siyasətdə müharibə yox, sülhü üstün tutan Haşim mirzə ölənə kimi də hakimi olduğu Qəzvini idarə etmişdir. Ömründə 1 ailə həyatı qurmuş və 2 qız övladı olmuşdur. Onları isə cavan yaşda itirmişdir.
Haşim Əsəd Allah
Haşim Əsəd Allah (ərəb. هاشم أسد الله‎) (d. 15 noyabr 1985, Küveyt şəhəri, Küveyt) — Küveytli aktyor və aparıcıdır. Əl-Rai TV-də 13 ildən artıq müddətdə bir aparıcı kimi çalışır.
Haşim əl-Ətasi
Haşim əl-Ətasi (ərəb. هاشم الأتاسي‎ Hāšim al-ʾAtāsī; 6 dekabr 1875, Homs – 5 dekabr 1960, Homs) — 1936–1939, 1949–1951 və 1954–1955-ci illərdə Suriya Respublikasının Prezidenti.
Məhəmməd ibn Haşim
I Məhəmməd — Dərbənd Haşimiləri sülaləsindən olan üçüncü müstəqil Dərbənd əmiridir. == Hakimiyyəti == Qardaşının ölümündən sonra əmir olmuşdu. 886-cı ildə Şəndanı qarət etmişdi. 901-ci ilin avqustunda xəzərlərin hücumunu dəf etmişdi. 905-ci ilin sentyabrında Sərir ölkəsi hökmdarı Buxt Yəşa ilə görüşüb əsirlikdəki on əmirini geri almışdı. 909-cu ildə Şirvanşahlar ilə birlikdə Şəndana yürüş etmişdi. 915-ci ildə vəfat etmişdi.
Ömər ibn Haşim
I Haşim - Dərbənd Haşimiləri sülaləsindən olan ikinci müstəqil Dərbənd əmiridir. == Hakimiyyəti == Atasının ölümündən sonra əmir olmuşdu. Tarix əl-Babda atası kimi ədalətli hökmdar olduğundan bəhs olunur. Xəstələndi və cəmi bir il hakimiyyətdən sonra 885-ci ildə vəfat etdi, yerinə qardaş Məhəmməd keçdi.
Əbdülmalik ibn Haşim
I Əbdülmalik (v. 939, Dərbənd) — Dərbənd Haşimiləri sülaləsindən olan dördüncü müstəqil Dərbənd əmiridir. == Hakimiyyəti == Qardaşının ölümündən sonra əmir olmuşdu. 4 yanvar 915-ci ildə əmir elan olunmuşdu. Lakin qardaşı oğlu Əbül-Nəcm ibn Məhəmmədin üsyanından sonra məcbur olub Şəndana qaçmışdı. Oradan da Yusif ibn Əbu Sac Divdadin yanına qaçan əmir 6000lik Saci ordusu ilə Dərbəndə qayıtdı və yenidən əmir oldu. Qaçan Əbül-Nəcm Şabranda möhkəmləndi. Bu dəfə xəzərlərdən kömək alan Əbdülmalik xəzər sərkərdəsi Salifanla birgə Əbül Nəcmi ələ keçirdi və edam etdirdi. 930-cu ilin oktyabrında Şabran yaxınlıqlarında Şirvanşah şahzadəsi, Layzan valisi Məhəmmədin (sonrakı II Məhəmməd ibn Yezid) orduları ilə çarpışdı lakin heç bir tərəf qalib gələ bilmədi. 938-ci ildə kafirlərə qarşı yürüşündə qalib gələrək Mərəfsa ölkəsini fəth etdi.
I Haşim ibn Suraka
I Haşim - Dərbənd Haşimiləri sülaləsindən olan ilk müstəqil Dərbənd əmiri. == Hakimiyyəti == 861-ci ildə əmir olmuşdu. Ərəb xilafətinin içində gedən ara müharibələrindən istifadə edərək 869-cu ildə müstəqil olmuşdu. Tarix əl-Babda ədalətli hökmdar olduğundan bəhs olunur. 876-cu ildə Sərirə hücum etmişdi. 878-ci ildə yenidən hücum edərək böyük qənimətlərlə qayıtdı. 884-cü ildə vəfat etdi, yerinə oğlu Ömər keçdi.
Əbdülmütəllib ibn Haşim
Əbdülmüttəlib ibn Haşim (ərəbcə: عبد المطّلب) — Qureyş (Quranda adı çəkilən surələrdən biridir)qəbiləsinin Bəni-Haşim tayfasının rəhbəri idi. Məhəmmədin babası. Vəfatına qədər nəvəsinə ən yaxşı şəkildə baxdıqdan sonra, peyğəmbəri oğlu Əbu Talibə əmanət vermişdir. Əbdülmüttəlibin 10 oğlu və 6 qızı vardır: Haris ibn Əbdülmüttəlib — Zübeyr ibn Əbdülmütəllib — Əbu Talib — şiələrin birinci imamı xəlifə Əlinin atası Abdullah ibn Əbdülmüttəlib — Məhəmməd peyğəmbərin atası Həmzə ibn Əbdülmüttəlib — Məhəmməd peyğəmbərin əmisidir, Məkkəninn fəthi uğrunda döyüşlərin iştirakçısı Əbu Ləhəb — Məhəmməd peyğəmbərin əmisi. Onun fəal rəqiblərindən biri Hakim ibn Əbdülmütəllib — Makvam ibn Əbdülmütəllib — Səfər ibn Əbdülmütəllib — Abbas ibn Əbdülmüttəlib (566–653) — Məhəmməd peyğəmbərin əmisi Səfiyə binti Əbdülmütəllib — peyğəmbər Məhəmmədin bibisi, Zübeyrin anası == İstinadlar == == Xarici keçidlər == "Peyğəmbərin (s) babasının adı niyə Əbdülmüttəlib olub?". Milli.Az (az.). 2016-01-21. İstifadə tarixi: 2023-12-19.
Haşim Nahid Ərbil
Haşim Nahid Ərbil — İraq-türkman ədəbiyyatının şairi və yazarı, müəyyən dövrlərdə jurnalist, vəkil olaraq çalışmış şəxs == Həyatı və fəaliyyəti == Haşim Nahid 1880-ci ildə İraq vilayətinə bağlı Ərbil qəzasında dünyaya gəlmişdir. Haşim Nahidin həyatı haqqında məlumat çox deyildir. Atası dövlət məmuru Mustafa Əbubəkr Əfəndi , anası Xədicə xanım olmuşdur,. Həyatı və ailəsi haqqında məlumatlarına ilk dəfə bir məktubunda rast gəlinir. Evin son beşiyi olan Haşim Nahidin 4 illik təhsil həyatı Ərbildə başlayır. Həmin dövrdə türk, kürd və ərəb qəbilələri arasındakı münasibətlər ucbatından Ərbildə olan qarışıqlığa görə anasının təkidi ilə təhsilinə Ammara da davam etməli olur. Təhsil aldığı vaxtda ərəb və fars dillərini mükəmməl öyrənmiş, buna görə də məktəbi bitirdikdən sonra dövlət müəssələrində işləmişdir. 1897–1906-cı illərdə İraqda müxtəlif vəzifələrdə işləmişdir. Gördüyü haqsızlıqlardan sonra doğma yurdundan ayrılır, anası nə qədər bu istəyi ilə razı olmasa da, Bağdad-Hələb karvanıyla İstanbula gəlir. İstanbulda insanlar tərəfindən xoş münasibətlə qarşılanması onu çox məmnun edir.
Dərbənd Haşimiləri
Dərbənd əmirliyi — Dərbənd ərazisində olan qədim dövlət. == Dərbəndin ərəblər tərəfindən işğalı == Azərbaycanı tutmuş ərəblər "Bab əl-Əbvab" (və ya "əl-Bab" -"qapılar qapısı") adlandırdıqları sərhəd şəhəri Dərbəndi Xilafətin Qafqazdakı iri istinad məntəqəsinə çevirdilər. Uzun müddət bu şəhəri xəlifənin təyin etdiyi ərəb sərkərdələri idarə edirdilər. Onların başlıca vəzifəsi şimaldan olan hər bir hücumun, xüsusilə xəzərlərin müdaxiləsinin qarşısını almaq idi. IX əsrin ortalarınadək bu vəzifə xüsusi təyinatla yerinə yetirilirdi, lakin 851-ci ildə xəlifə əl-Mütəvəkkil Dərbəndi və onun ətraf vilayətlərini o zaman Azərbaycan, Arran və Ərminiyə hakimi olan Məhəmməd ibn Xalid ibn Yəzid əş-Şeybaniyə iqta payı kimi bağışladı. 861-ci ildə xəlifənin ölümündən sonra türklərin Bağdaddakı fəaliyyəti ilə əlaqədar Xilafət ərazisində çaxnaşmalar baş verdi. Müstəqilliyə can atan bir çox feodallar, o cümlədən Məhəmmədin mərkəzi hakimiyyətlə əlaqəsini tamam kəsərək, Şirvanı müstəqil elan etmiş qardaşı Heysəm ibn Xalid bundan istifadə etdilər. 869-cu ildə, qiyam etmiş türk əmirlərinə qarşı Xilafət mərkəzində mübarizə aparıldığı bir zamanda, Haşim ibn Suraka əs-Suləmi Dərbəndin müstəqil idarə edilməsinə nail oldu. O dövrün hadisələrini bizə çatdıran qaynaqda deyilir: "Əl-Mütəvəkkil öldürüldükdən sonra Xilafət parçalandığına, türk məvaliləri dövlətin idarəsini ələ keçirtdiklərinə görə, əl-Bab əhalisi və sərhədyanı vilayətlərin qazıları (yəni din uğrunda döyüşən əsgərləri) bir yerə yığılaraq, Haşimi öz əmirləri etdilər, ona böyük itaət göstərdilər" Ərəb və yerli qaynaqların başqa məlumatlarından aydın olur ki, Haşimin sulaym nəslinə mənsub, mənşəcə ərəb olan sələfləri hələ VIII əsrin I yarısında Dərbənd şəhərinin siyasi həyatında fəal rol oynamış, onlardan biri Əsəd ibn Zafir əs-Suləmi 736-cı ildə xəlifənin fərmanı ilə Dərbənd hakimi təyin edilmişdi. Onun digər xələflərinin, Harun ər-Rəşidin hakimiyyəti dövründə Dərbənd hakimi olmuş Nəcm ibn Haşimin və onun Azərbaycan və Ərminiyənin ərəb hakiminə qarşı üsyan etmiş oğlu Həyyunun adları bu dövrdə Azərbaycanda baş vermiş böyük hadisələrlə bağlıdır.
Faysal ibn Hüseyn əl-Haşimi
Feysəl ibn Hüseyn əl-Haşimi (ərəb. فيصل بن الحسين بن علي الهاشمي‎; tam adı: Feysəl ibn Hüseyn ibn Əli əl-Haşimi; 20 may 1885, 20 may 1883 və ya 20 may 1886, Taif, Məkkə bölgəsi[d] və ya Məkkə, Hicaz vilayəti – 8 sentyabr 1933, Bern) - 1920-1921-ci ildə Suriya Ərəb Krallığının, 1921-1933-cü illərdə İraqın 1-ci kralı. 1916-1924-cü illərdə hakimiyyətdə olmuş Hicaz kralı Hüseyn ibn Əlinin oğlu idi. == Həyatı == Feysəl ibn Hüseyn, 1883-cü ildə Məkkə yaxınlığındakı Taif şəhərində anadan olmuşdu. I Dünya müharibəsi zamanı bəzi ərəb sülalə liderləri Osmanlılara qarşı çıxmağa başlamışdılar. İçində Suriya ərəblərinində olduğu bir çox sülalə Hüseyn ibn Əlini öz liderləri kimi görürdü. 1915-ci ildə Feysəl Osmanlılara qarşı mübarizədə ərəblərin onları hansı şərtlər daxilində dəstəkləyəcəyini öyrənmək üçün Şam şəhərinə getdi. 1916-cı ildən başlayan Ərəb hərəkatında Feysəlin önəmli rolu vardır. 1918-ci ilin sentyabrında Şam işğal edildi və Feysəl Suriya kralı elan edilir (1920). Ancaq, Feysəl Versal konfransına qatılmaq üçün 1919-cu ildə Parisə getdi.
Feysəl ibn Hüseyn əl-Haşimi
Feysəl ibn Hüseyn əl-Haşimi (ərəb. فيصل بن الحسين بن علي الهاشمي‎; tam adı: Feysəl ibn Hüseyn ibn Əli əl-Haşimi; 20 may 1885, 20 may 1883 və ya 20 may 1886, Taif, Məkkə bölgəsi[d] və ya Məkkə, Hicaz vilayəti – 8 sentyabr 1933, Bern) - 1920-1921-ci ildə Suriya Ərəb Krallığının, 1921-1933-cü illərdə İraqın 1-ci kralı. 1916-1924-cü illərdə hakimiyyətdə olmuş Hicaz kralı Hüseyn ibn Əlinin oğlu idi. == Həyatı == Feysəl ibn Hüseyn, 1883-cü ildə Məkkə yaxınlığındakı Taif şəhərində anadan olmuşdu. I Dünya müharibəsi zamanı bəzi ərəb sülalə liderləri Osmanlılara qarşı çıxmağa başlamışdılar. İçində Suriya ərəblərinində olduğu bir çox sülalə Hüseyn ibn Əlini öz liderləri kimi görürdü. 1915-ci ildə Feysəl Osmanlılara qarşı mübarizədə ərəblərin onları hansı şərtlər daxilində dəstəkləyəcəyini öyrənmək üçün Şam şəhərinə getdi. 1916-cı ildən başlayan Ərəb hərəkatında Feysəlin önəmli rolu vardır. 1918-ci ilin sentyabrında Şam işğal edildi və Feysəl Suriya kralı elan edilir (1920). Ancaq, Feysəl Versal konfransına qatılmaq üçün 1919-cu ildə Parisə getdi.
Hakaru Haşimoto
Hakaru Haşimoto (橋本 策, Haşimoto Hakaru; * 1881 Midai (indiki: İqa) Mie prefekturası ; † 1934) yapon patoloqanatomu və cərrahı, ilkdəfə olaraq autoimmun tireoidit xəstəliyini aşkar etmişdir. Hal hazırda bu xəstəlik onun şərəfinə Haşimoto uru adlandırılmışdır. Haşimoto həkim ailəsində dünyaya gəlmiş, dindar buddist olmuşdur. haşimoto 53 yaşında qarın yatalağından vəfat etmişdir. == Təhsili və sənəti == Haşimoto 1903 - 1907 ci illərdə Fukuokada Kyüşü universitetində təhsil almış və onu müvəffəqiyyətlə başa vurmuşdur. 1908 - 1912 ci illərdə professor Hayari Miyakenin rəhbərliyi altında cərrahiyyə klinikasında fəaliyyət göstərmişdir. 1912 ci ildə "lat. Struma limfamatosa" adı altında dissertasiya müdafiə edir. Dissertasiyasında o, qalxanabənzər vəzin sonralar onun şərəfinə adlandırılmış Haşimoto uru xəstəliyinin 4 histoloji xarakteristikasını təsvir etmişdir: Diffuz limfositar infiltrasiya, Limfoid follikul əmələgəlmə, Epitel hüceyrələrin dağılması, Fibroz toxuma proliferasiyası. Haşimoto dissertasiyasını bir alman jurnalında dərc etdirərkən öz vətənində hələ tanınmırdı.
Haşima (şəhər)
Haşima (羽島市, Hashima-shi) — Yaponiyanın Gifu prefekturasından yerləşən şəhər. Şəhər 1 aprel 1954-cü ildə qurulmuşdur. 1 iyul 2014-cü ilin məlumatına görə şəhərin əhalisi 66.758 nəfərdir, hər km² ərazidə 1245 nəfər yaşayır. Şəhərin sahəsi 53,64 km²-dir. == Coğrafiya == Şəhər Yaponiyanın Honşu adasında, Çubu regionunun Gifu prefekturasında yerləşir. Şəhərə qonşu olan şəhərlər Gifu, Kayzu, Oqaki, İçinomiya və İnazava, qonşu olan kəndlər Kasamatsu, Ampati və Vanouçidir. == Əhali == 2014-cü ilin məlumatına görə şəhərin əhalisi 66.758 nəfərdir, hər km² ərazidə 1245 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi: == Simvolika == Şəhərin simvolik ağacı Çin ardıcı, simvolik gülü Chrysanthemum × glabriusculum hesab olunur.
Haşima adası
Haşima yap. 端島 — Sakit okeanın Şərqi Çin dənizidə Naqasaki şəhərindən 15 km aralıda yerləşir. Bəzən Qunkancima (yap. 軍艦島)<. adlandırılır, bu isə adanın quruluşu ilə əlaqədardır. Ada hərbi "Kreyser" gəmisini xatırladır. == Coğrafiya == Adanın şərqindən qərbinə olan məsafə 160 metr, şimaldan cənuba isə 480 metr təşkil edir. Sahil xəttinin uzunluğu 1 kilometrdir. == Tarixi == Ada XIX əsrin əvvələrinə qədər yaşılıqlarla örtülü olan və dəniz quşlarının yumurta qoyduğu adi ərazi idi. Bəzi hallarda isə ada Naqasakinin Takişima adasından olan balıqçıların əsas düşərgəsi rolunu oynayırdı.
Haşimi Rəfsəncani
Ayatollah Əkbər Haşemi Bəhremani Rəfsəncani (25 avqust 1934[…], Nuq[d], Kirman ostanı və ya Bəhreman, Kirman ostanı – 8 yanvar 2017[…], Tehran və ya Təcriş[d], Tehran ostanı) — İran siyasətçisi, yazıçısı. Ekspertlər Assambleyasının sədri olmuşdur. AMEA-nın fəxri üzvüdür. == Həyatı == Rəfsəncani 1934-ci ildə İranın Kirman vilayətinin Rəfsəncan Behreman kəndində kəndli ailəsində dünyaya gəlmişdir. Ailəsi əkinçilik edir, fıstıq bağlarına sahib idi. İranın dördüncü prezidenti vəzifəsində çalışıb. Məktəbi oxuyan zaman 16 yaşında – 1948-ci ildə müsəlmanların müqəddəs şəhəri Qum şəhərinə dini təhsil almağa getdi. Burada o, dini təhsillə bərabər, siyasi dünyagörüşünü artırdı. Savadı və bacarığı ilə irəliləməyi bacardı və 1958-ci ildə Iranın birinci dini lideri Ruhulla Xomeyninin müridi oldu. Bunun nəticəsində şiyələrdə ayetullah'lıqdan sonra en yüksək ikinci dərəcə olan hüccetülislam mərtəbəsinə yüksəldi.
Haşimi Universiteti
Haşimi Universiteti (ərəb. الجامعة الهاشمية‎) — İordaniyanın Əz-Zarqa vilayətinin mərkəzi olan Əz-Zarqa şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rəhbəri Kamal Bani Hanidir. == Coğrafi mövqeyi == Haşimi Universiteti Zarqa şəhərində iki beynəlxalq avtomobil yoluna paralel olan bir yerdə yerləşir. Əsas qapısı olan Qərb darvazası Əmmanı Mafraq və İrbid ilə, oradan da Suriya ilə bağlayan beynəlxalq yola açılır. Cənub darvazası isə Əz-Zarqa və oradan da İraq və Səudiyyə Ərəbistanı istiqamətinə gedən yola açılır. == Tarixi == 19 may 1991-ci ildə Haşimi Universitetinin təsis edilməsi haqqında Kral Fərman versə də, Universitetdə təhsil 16 sentyabr 1995-ci ildə başlanmışdır. == Ərazisi == Universitetin kampusunun ümumi sahəsi 8519 hektar təşkil edir. == Tədris == Universitetdə bakalavr və magistr təhsili təqdim edir. Təhsildə kredit saat sistemini tətbiq edilir.
Haşimilər
Haşimilər (ərəb. الهاشميون‎) və ya Haşim sülaləsi - İordaniyanı 1921-ci ildən bəri idarə etmiş sülalə. Bu sülalə Hicaz Krallığı (1916-1925), Suriya Ərəb Krallığı (1920) və İraq Krallığının (1921-1958) hakim ailəsi olmuşdur. Haşimilər 10-cu əsrdən sonra təkrar-təkrar, əsasən, xarici qüvvələrin vassalı kimi Məkkə şəhərini idarə etdilər. Birinci Dünya müharibəsindən sonra Britaniya İmperiyası ilə qurduğu müttəfiqlik sayəsində Hicaz, Suriya, İraq və İordaniyanın taxtı Haşimi ailəsinə verilmişdi. Tarixdə bu razılaşma Şərifi həlli adlanır. Ailə Haşimilər olaraq da adlandırılan, Məkkə şərifi Həsənilərin qollarından biri olan Dəvu Əvna aiddir. Onların eyniadlı əjdadı olaraq qəbul edilən Haşim ibn Əbdi Mənəf Məhəmməd peyğəmbərin ulu babasıdır. Haşimilərin əjdadı Qətədə ibn İdris daxil olmaqla, Məkkənin Həsəni şərifləri Məmlüklərin son mərhələsində və Osmanlının erkən dövrlərində Sünniliyin Şafi məzhəbinə keçənə qədər, Zeydi şiələr idi. Hal-hazırkı sülalənin əsasını 1908-ci ildə II Əbdülhəmid tərəfindən Məkkə şərifi olaraq təyin edilən Hüseyn ibn Əli əl-Haşimi qoymuşdur.
Haşimoto uru
Haşimoto tiroiditi və ya autoimmun tiroidit qalxanabənzər vəzə orqanizmin daxili qoruma sistemi tərəfindən "hücum" nəticəsində yaranan xəstəlikdir. Qandakı anti-TSH reseptor antitellərinin səbəb olduğu autoimmun bir xəstəlikdir. Qadınlarda görülmə tezliyi kişilərdən dəfələrlə çoxdur(~20:1) və adətən 45-65 yaş arasında daha çox rast gəlinir. Endemik zonalardan kənar ərazilərdə xroniki hipotireozun ilk səbəbidir. Əlamətlər Haşimoto tidoiditinin əlamətləri Hipotireoz əmalətlərinə bənzərdir. Başlanğıcda heç bir əlamət olmaya bilər. Daha sonralar TSH artdıqca, yəni hipotireoz yarandıqca çəki artımı, quru dəri, saç tökülməsi, yorğunluq, halsızlıq, qəbizlik, əldə və üzdə şişkinlik kimi əlamətlər yaranır. Müalicə başlandıqdan sonra bu əlamətlər də geriləməyə başlayır. Müalicə Müalicə diaqnoz qoyulduqdan sonra eutiroid fazadan hipotiroid fazaya keçid zamanı günlük olaraq tiroksin qəbulu ilə başlanılır. Bu xəstəlik zamanı tiroksin qəbulunun dozası qanda TSH səviyyəsinə baxaraq nizamlanır.
Hideo Haşimoto
Hideo Haşimoto (d. 21 may 1979) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib.
Hüseyn ibn Əli əl-Haşimi
Hüseyn ibn Əli əl-Haşimi (ərəb. حسين بن علي الهاشمي‎; d.1854, İstanbul, Osmanlı İmperiyası - ö.6.3.1931, Amman, İordaniya) - 1908-1916-cı illərdə sonuncu Məkkə şərifi, 1916-1924-cü illərdə Haşimilər sülaləsindən birinci Hicaz kralı == Həyatı == Hüseyn ibn Əli əl-Haşimi 1852-ci ildə Osmanlı İmperiyasının paytaxtı İstanbulda anadan olub. 1908-ci ildə əmisioğlu Əli ibn Abdullah əl-Haşimidən sonra Məkkə şərifi təyin edildi. Osmanlı İmperiyasına qarşı ərəb millətçiləri və ingilislərlə əməkdaşlıq qurdu. 1914-cü ildə onun oğlu Feysəl ibn Hüseyn ərəblərlə və Dəməşq islahatçıları ilə əlaqəyə girdi. Digər oğlu Abdullah isə Misirdə olan İngiltərə nümayəndələri ilə əlaqə qurdu. Əvvəllər dayandırılan Avropa ilə əlaqlələr Birinci dünya müharibəsi zamanı təkrar canlandı. İngilislər Məkkə şərifinə vəziyyətdən istifadə edib Türklərə qarşı üsyan qaldırmağı məsləhət gördü. 1915-сi ildə Böyük Britaniya ilə gizli razılıq əldə olundu. Belə ki, ingilislər onu, Adendən başqa bütün Ərəbistan yarımadasında onun hakimiyyəti tanıyırdı.
Qazi ibn Əli əl-Haşimi
Qazi ibn Feysəl ibn Hüseyn (ərəb. غازي ابن فيصل‎ Ġāzī bin Fayṣal; d. 21.3.1912, Məkkə, Hicaz, Osmanlı İmperiyası - 4.4.1939, Bağdad, İraq) — Haşimilər sülaləsindən İraqın ikinci kralı. İraq ordusunun feldmarşalı, donanma admiralı və İraq Hərbi Hava Qüvvələrinin marşalı. == Həyatı == Qazi, İraqın birinci kralı I Feysəl ibn Hüseynin oğlu idi. O, atası türklərə qarşı döyüşlərdə olarkən, babası Hüseyn ibn Əli ilə birlikdə qalırdı. Buna görə də, o, utancaq və təcrübəsiz bir gənc kimi böyüdü. 1924-ci ildə Əli ibn Hüseyn əl-Haşiminin rəhbərliyi altında Haşimilər sülaləsi ilə birlikdə Hicazdan Bağdada köçdü və o vəliəhd elan edildi. Sandhurstdakı İngiltərə Krallığı Hərbi məktəbində və Bağdad Hərb Akademiyasında təhsil aldı. 1933-cü ildə atası Feysəl ibn Hüseynin ölümündən sonra hakimiyyətə gəldi.
İordaniya Haşimilər Krallığı
İordaniya, rəsmi adı: İordaniya Haşimilər Krallığı (ərəb. المملكة الأردنية الهاشمية‎‎; ərəb. الأردن‎‎) — Yaxın Şərqdə yerləşən ərəb dövləti. Şimalda Suriya, şimal şərqdən İraq, cənubdan Səudiyyə Ərəbistanı, qərbdən İsrail və Fələstinlə həmsərhəddir. İordaniya İsrail və Fələstin Muxtariyyəti ilə Ölü dənizdə, Aqaba körfəzində isə İsraillə, Səudiyyə Ərəbistanı və Misirlə qonşu dövlətlərdir. Dövlət quruluşu konstitusiyalı monarxiyadır, dövlət dili ərəb dili, dövlət dini islam dinidir. Pul vahidi İordaniya dinarıdır. == Dövlət quruluşu == İordaniya mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan müstəqillik günü (1946) 25 mayda qeyd olunur. Ölkə Konstitusiyası 11 yanvar 1952-ci ildən qüvvədədir.
Əbu İbrahim Əl-Haşimi Əl-Qureyşi
Əbu İbrahim əl-Haşimi əl-Qureyşi (Əmir Məhəmməd Əbdurrəhman əl-Mövlü əs-səlbi, Ərəbcə: أمير محمد عبد الرحمن المولى الصلبي; ən tezi 1 oktyabr 1976 və ən geci 5 oktyabr 1976, Mosul – 3 fevral 2022, Atme[d], İdlib mühafəzəsi) — 2020-ci il yanvar ayında İŞİD'in Əbu Bəkr əl-Bağdadidən sonra elan edilən ikinci xəlifəsi. == Həyatı == 1976-cı il Təlafər şəhərində anadan olmuşdur. O Mosul şəhərində təhsilini bitirdikdən sonra universtitetdən məzun olaraq BƏƏS İraqında ordu sıralarında xidmət etmişdir. 2003 ABŞ'ın İraq işğalından sonra isə Əl-Qaidə'yə qoşuldu. 2004-cü ildə Əbu Bəkr Əl-Bağdadi ilə tanış oldu. Sonda İraq'ın cənubundakı Bucca deyilən həbsxanaya göndərildi. Həbsxanadan naməlum bir vaxta sərbəst buraxıldıqdan sonra yenidən Əl-Qaidə'yə yaxınlaşdı. 2014-cü ildə Əl-Haşimi Əl-Qaidə'dən ayrıldı və İraq Şam İslam Dövləti'nə qoşuldu və ona bağlılığını elan etdi. O Mosulun İŞİD tərəfindən işğalında çox böyük rol oynamışdır. İŞİD'ə görə, Əl Haşimi, çox dindar və təcrübəli bir döyüşçü olub.
Əli ibn Hüseyn əl-Haşimi
Əli ibn Hüseyn əl-Haşimi — (ərəb. علي بن حسين لهاشمي‎; 1 yanvar 1879, Məkkə, Hicaz vilayəti – 14 fevral 1935, Bağdad) — 1924–1925-ci illərdə hakimiyyətdə olmuş Hicaz krallığının ikinci kralı. Haşimilərin Hicazda sonuncu kralı. == Həyatı == Əli ibn Hüseyn, Hicazın birinci kralı Hüseyn ibn Əlinin böyük oğlu idi və Qalatasaray liseyini bitirmişdi. Birinci dünya müharibəsində atası Hüseyn ibn Əli ingilisləri dəstəklədi. Müharibədən sonra Ərəbistan yarımadasında müstəqil Hicaz krallığını yaratdı və oğulları Abdulla İordaniya, Feysəl isə Suriya-İraq kralı oldu. Böyük oğlu Əli isə özünün varisi elan etdi. 1924-cü ilin mart ayında Hüseyn ibn Əlinin özünü müsəlmanların xəlifəsi elan etməsi Hicaz krallığı ilə Nəcd əmirliyi arasında münaqişəyə səbəb oldu. Müharibə Hicaz üçün çox uğursuz oldu. 1924-cü ilin oktyabrında Hüseyn ibn Əli taxtdan Əlinin xeyrinə əl çəikdi.
Hakim
Hakim bu mənaları ifadə edə bilər: Hakim (hüquq) — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran şəxs. Hakim (idman) — oyunda, yarışda hakimlik edən şəxs. Hakim (futbol) — futbol oyununda hakimlik edən şəxs Dövlət başçısı və ya hakim — bir ölkənin başında duran, onu idarə edən şəxs. Hakim (termin) — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir. Hakim (film, 1966) — Futbol üzrə beynəlxalq dərəcəli hakim, FİFA-nın qızıl fit sahibi Tofiq Bəhramova həsr olunmuş film.
Hakim (futbol)
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Hakim (hüquq)
Yarğıc və ya Hakim — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Azərbaycan Respublikasının qanunlarına görə hakimlər: Yalnız AR Konstitusiyası və qanunlarına tabedir; Toxunulmazdırlar; Səlahiyyətləri yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər; Cinayət məsuliyyətinə qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilərlər; Başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər; Elmi, pedaqoji və yaradıcılıq fəaliyyətlərindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər; Siyasi fəaliyyətlə məşğul ola bilməz və siyası partiyalara üzv ola bilməzlər. == İslamda şəriət hakimləri == Hakimlik haqqında Qurani-Kərimdə belə buyurulur: "Ey Davud! Biz səni yer üzündə xəlifə (və canişin) etdik. Camaat arasında haqq-ədalətlə hakimlik et və heç vaxt istəklərinə tabe olma ki, səni Allahın yolundan döndərməsin. Həqiqətən də, Allahın yolundan çıxanlar qiyamət gününü unutduqlarına görə (cəza olaraq) böyük əzab görəcəklər." Hz. Əlidən nəql olunan hədisdə deyilir: "Hakimin vəzifəsi budur ki, hansısa bir fəzilət və üstünlük əldə edəndə və ya ona bir nemət veriləndə halı dəyişməsin, onun rəiyyətlə rəftarının dəyişməsinə səbəb olmasın. Allahın ona nəsib etdiyi nemətlər onun, Allah bəndələrinə yaxınlaşmasını və qardaşlarına mehribanlığını artırsın. Bilin, sizin mənim boynumda olan haqqınız, müharibə istisna olmaqla sizdən heç bir sirr gizlətməməyim, hökm çıxarmaq istisna olmaqla, sizinlə məsləhətləşmədən bir iş görməməyim və haqlarınızı gecikdirməməyim (sizin haqq və bəxşişlərinizi vaxtında verməyimdir), onun çatdırılmasını ləngitməməyim və sizin hamınızı bərabər bilməyimdir.
Hakim (idman)
Hakim — oyunda, yarışda hakimlik edən şəxs.
Hakim (termin)
Hakim — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir və Azərbaycanca(Azərbaycan Türkcəsi) Yarğıc kimi bilinir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Hakim Baxışov
Hakim Səyyar oğlu Baxışov (13 dekabr 2000; Topbağ, Qəbələ rayonu, Azərbaycan — 28 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hakim Baxışov 13 dekabr 2000-ci ildə Qəbələ rayonunun Topbağ kəndində anadan olmuşdur. Orta təhsilini Qəbələ rayon Yenikənd kənd tam orta məktəbində almışdır. == Hərbi xidməti == Hakim Baxışov 2019-cu ilin yanvarından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Hakim Baxışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hakim Baxışov 28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hakim Baxışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Hakim Baxışov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Hakim Bəşirov
Hakim Nizam oğlu Bəşirov (2 mart 1989; İmişli rayonu, Azərbaycan SSR — 20 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hakim Bəşirov 1989-cu il martın 2-də İmişli rayonunun Əliyetməzli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Hakim Bəşirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hakim Bəşirov oktyabrın 20-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hakim Bəşirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hakim Bəşirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hakim Cəfərov
Hakim Həsənov
Hakim Cəmiyağa oğlu Həsənov (1973–1993) — şəhid. == Həyatı == Hakim Həsənov 1973-cü ilin oktyabrın 25-də Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1990-cı ildə Yeddioymaq kənd orta məktəbinin, 1991-ci ilin oktyabrında isə Bakı Dənizçilik Məktəbini bitirmişdir. Hakim 1992-ci il iyulun 5-də Azərbaycan Milli Ordusun Qusar batolyonunda hərbi xidmətə başlamışdır. Füzuli bölgəsində ermənilərə qarşı vuruşmuş, sentyabr ayında Qubadlı-Laçın bölgəsində gedən qızğın döyüşlərdə fəal iştirak etmiş, Muradxanlı, Güləbird, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Mavutulu, Səfiyan, Türklər kəndlərinin erməni quldurlarından təmizlənməsində böyük şücaət göstərmişdir. Hakim Füzuli, Laçın, Qubadlı və Zəngilan bölgələrində onlarla yaralı və meydin döyüş zonasından çıxarılmasına nail olmuşdur. Ona Komandirlər tərəfindən qoçaqlığına və cəsurluğuna görə təşəkkür edilmiş, iki dəfə məzuniyyət verilmişdir. Lakin o döyüş yoldaşlarından ayrılmamış, məzuniyyətə getməkdən imtina etmişdir. Hakim 1993-cü il aprelin 5-də Laçın bölgəsinin Qızartı kəndini erməni qəsbkarlarından azad edərək qəhrəmancasına həlak olmuş, Qasımlı kənd qəbiristanlığında dəfn edilmişdir. Qasımlı kənd orta məktəbinə Hakim Həsənovun adı verilmişdir.
Hakim Sadi
Hakim Sadi (14 noyabr 1992) — Əlcəzairli marafonçu. Hakim Sadi Əlcəzairi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hakim Sadi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 26 dəqiqə 47 saniyəyə qət edərək 155 marafonçu sırasında 104-cü yeri tutdu.
Hakim Ziyex
Hakim Ziyex (19 mart 1993) — Erediviziya təmsilçilərindən olan Ayaks klubunda hücuma meylli yarımmüdafiəçi kimi çıxış edən Niderland əsilli peşəkar Mərakeş futbolçusudur. Ziyex texnikası və cərimə zərbələri bacarığı ilə məşhurdur. == Karyerası == === Heerenveen === Ziyex 2004-cü ildə Heerenveen və Emmen klublarının futbol akademiyası məktəbinə daxil olmuşdur.[mənbə göstərin] Ziyex öz peşəkar karyerasında debütünü 2 avqust 2012-ci ildə Heerenveen klubu ilə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Rapid Buxarest klubuna qarşı oyunda etmişdir. On gün sonra Ziyex Erediviziyada debüt etmişdir. Həmin görüşdə Heerenveen NEK-ə 2-0 hesabı ilə məğlub olmuşdur. === Tvente === 18 avqust 2014-cü ildə Ziyex Tvente klubu ilə dörd illik müqavilə imzalamışdır. === Ayaks === 30 avqust 2016-cı ildə Ziyex Ayaks klubu ilə beş illik müqavilə imzalamışdır. == Milli komanda == Ziyex Niderlandda anadan olmuşdur. Valideynləri isə Mərakeş vətəndaşlarıdır. Ziyex 2015-ci ilin may ayında Niderlandın əsas yığmasına dəvət almışdır.
Hakim fiti
Hakim fiti — idmanda, xüsusi ilə də futbolda hakimlərin istifadə etdiyi vasitə Hakim fiti XIX əsrdə İngiltərənin Birminqem şəhərindən olan usta Cozef Hadson tərəfindən icad olunub. O, çörəkpulu qazanmaq üçün cib saatlarının təmirindən tutmuş köhnə ayaqqabılara yamaq vurmağadək bir çox işlərlə məşğul olurmuş. Boş vaxtlarında isə usta öz beyninin məhsulu olan fiti hazırlamağa girişirmiş. 1860–1870-ci illərdə isə Cozef Hadson tərəfindən yüzdən çox fit düzəldilmişdi. Əfsanəyə görə fit ilk dəfə "Nottinqem Forest" və "Şeffild" komandaları arasında keçirilən oyunda istifadə olunub. Bayraqlardan yorulan hakim fitdən istifadə etmək qərarına gəlib. Qeyd edək ki, hakimlər üçün fit ilk dəfə "Cozef Ko" şirkəşti tərəfindən istehsal olunub. Ən güclü fit modeli isə 1989-cu ildə bu şirkət tərəfindən istehsal olunan "Tornado T2000" fitidir.
Hakim küləklər
Haşım Kələntərli
Haşım Səmədbəy oğlu Kələntərli (1899 – 24 may 1984) — xanəndə-müğənni, Azərbaycanın əməkdar artisti, məşhur muğam və xalq mahnılarının mahir ifaçısı. == Həyatı == Haşım Səməd oğlu 1899-cu ildə Lənkəran şəhərində dünyaya gəlib. 24 may 1984-cü il 85 yaşında Bakıda vəfat edib. Əksər muğamları və xalq mahnlarını təkrarsız ifası və məlahətli səsi ilə sınaqdan çıxarıb. Lakin oxuduğu muğamlar içində bir muğam da var ki, onu Haşım Kələntərlisiz təsəvvür etmək olduqca çətindir. Bu "Segah" muğamıdır. O "Segahı" sol tonnalığında oxuduğu üçün musiqi ədəbiyyatında bu muğam "Haşım segahı" kimi dəyərləndirilib.. Orta məktəbi Lənkəranda bitirən H. Kələntərli sonralar bacıları ilə birgə Bakıya köçür. Çox ağrılı-acılı həyat yolları keçib bu qardaş və bacılar çox gənc yaşlarından valideynlərini itirblər. Haşım Kələntərli 1924-1933-cü illərdə Azərbaycan Opera və Balet Teatrının.
Haşım Qadoyev
Aktyor. == Həyatı == Həşim Qadoyev 10 may 1937-ci ildə Tacikistanın Küləb şəhərində anadan olub. GİTİS-də aktyorluq fakültəsində (1960) və ali rejissorluq kurslarında (1965) təhsil alıb. 1961-ci ildən Tacikistan Akademik Teatrının aktyor və rejissorudur. 1963-cü ildən filmlərdə çəkilir. Tacikistan və SSRİ xalq artistidir. == Filmoqrafiya == Dədə Qorqud (film, 1975) Əzablı yollar (film, 1982) Qara gölün cəngavərləri (film, 1984) Ənvər Həsənov.
Haşım Tərlan
Haşım Tərlan — şair. == Həyatı == Haşım Tərlan 1923-cü ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini burada almışdır. O, kiçik yaşlarından şeir yazmağa başlamışdır. Tərlanın ailəsi Cənubı Azərbaycanda olduğu üçün, 1938-ci ildə onlar İrana köçüb, Sərab şəhərinin yaxınlığında, ata-baba yurdları olan Zangilabad kəndində məskən salırlar. İkinci dünya müharibəsi dövründə Tərlan kəndi tərk edərək Tehrana köçür, orda bir müddət nəqar işləyir, sonra tikiş fabrikində işə düzəlir. 1946-ci ilin dekabrında Cənubi Azərbaycanda milli hərəkat boğulduğdan sonra Tərlan bir müddət həbsə alınır və sürgün olunur. Azad olandan sonra o, yaradıcılığını gah gizli, gah açıq şəkildə davam etdirir. H. Tərlan 1964-cü ildən etibarən Səlamullah Cavidin Tehranda təşkil etdigi "Dostlar görüşü" ədəbi məclisinə cəlb olunur, məclisin iclaslarinda fəal iştirak edir. Tərlanin ilk yaradıcılıq dövrünü əhatə edən "Alovlu şeirlər" adlı kitabı oxucuların böyük rəğbətini qazanmışdır.
Əhməd Haşım
Əhməd Haşım (1887, Bağdad – 4 iyun 1933, İstanbul) — XX əsr Türkiyə şerinin görkəmli nümayəndələrindən biri. == Həyatı == Bağdadda doğulub, İstanbulda ölmüşdür. Anası və atası Bağdadlıdır. Nəsrdən fərqli olaraq şer dilinin anlaşılmaqdan artıq duyulmaq özəlliyini əsas sayan Əhməd Haşım poeziyasında sözün musiqi abəngi, musiqi gözəlliyi daha önəmlidir.
Haşım Əliyev
Haşım (Həşim) Bədəl oğlu Əliyev (1892, Bakı – 5 sentyabr 1919, Bakı) — Azərbaycan bolşevik inqilabçısı, "Hümmət" təşkilatının fəal nümayəndəsi. == Həyatı == Haşım Bədəl oğlu Əliyev 1892-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini Bakı real məktəbində almışdır. Gənc yaşlarından inqilabi fəaliyyə başlamış, 1915-ci ildə bolşeviklər partiyasına daxil olmuşdur. 1917-ci ilin sentyabr ayında keçirilmiş ümumi siyasi tətilin hazırlanmasında və təşkilində yaxından iştirak etmişdir. 1917-ci ildə bolşevik "Hümmət" təşkilatının tapşırığı ilə Tağıyev fabrikinin (sonralar V. İ. Lenin adına kombinatın) fəhlələri arasında inqilabi iş aparmışdır. Haşım Əliyev "Hümmət" təşkilatının 1918-ci ilin yanvar ayında keçirilən ümumi yığıncağında təbliğatçılar qrupunun üzvü təsdiq olunmuş, "Hümmət" qəzetinin nəşr edilməsi və yayılmasında fəal iştirak etmişdir. Həmin ilin yazında Bakı Xalq Komissarları Sovetinin tapşılığı ilə Bakı və Gəncə qəzalarında bolşeviklərin kəndli deputatları sovetlərini yaratmasına kömək etmiş, onların Bakı proletarları ilə ittifaqının möhkəmləndirməsi istiqamətində təbliğat işləri aparmışdır. Haşım Əliyev 1918-ci ilin axırlarında "Hümmət" təşkilatının gizli fəaliyyətində yaxından iştirak etmiş, Bakıda Mərkəzi Fəhlə Konfransı sədrinin müavini seçilmişdir. O, 1918-ci ilin dekabrdakı siyasi və 1919-cu ilin mayındakı ümumi tətillərinin fəal iştirakçısı olmuşdur.
Hasil
Hasil — vurma əməlində alınan rəqəmə deyilir. Məsələn: 6 ifadəsi 2 və 3 (həmçinin, 1 və 6) rəqəmlərinin vurulmasından, x ⋅ ( 2 + x ) {\displaystyle x\cdot (2+x)} hasili x {\displaystyle x} və ( 2 + x ) {\displaystyle (2+x)} ifadələrinin vurulmasından alınmışdır. == Xarici keçidlər == Product on Wolfram Mathworld Product at PlanetMath.org.
Rasim
Rasim — kişi adı. Rasim Balayev — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi (1990–2013) Rasim Ocaqov — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982) Rasim Nəbiyev Rasim Nəbiyev (alim) — Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001) Rasim Daşdəmirov — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Rasim Mürsəlov — Samux rayonu İcra hakimiyyətinin başçısı Rasim İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rasim Başak — Azərbaycan-Türk peşəkar basketbolçusu Rasim Mövsümov — "Golden Foot" mükafatının jüri üzvü Rasim Quliyev Rasim Quliyev (mühəndis) Rasim Quliyev (jurnalist) — jurnalist.
Qasım
Qasım — kişi adı. Qasım Qasımov Qasım Qasımov (mühəndis) Qasım Qasımov (siyasətçi) Qasım Qasımov (repressiya qurbanı) Qasım Abdullayev (xanəndə) — xanəndə. Qasım Rzayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Qasım İsmayılov — Azərbaycan siyasətçisi Xəstə Qasım — XVIII əsr Azərbaycan aşığı.
Asim
Asim — Azərbaycan adı. Asim Mollazadə — siyasətçi, Demokratik İslahatlar Partiyasının təsisçisi və sədri, Milli Məclisin deputatı. Asim Ərdəbili — şeirdə Asim təxəllüs edən Azərbaycan şairlərindən Asim Qazıyev — Ədəbi Yazarlar Birliyinin rəhbəri. Asim Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin zabiti. Asim Quliyev (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamı. Asim Mehdiyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Asim Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1998) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Aşıq Haşım Qubalı
Aşıq Haşım Qubalı (Tam adı:Haşım Səftər oğlu Balasıyev; d.7 oktyabr 1946; Quba, Rəngdar kəndi) — yaradıcı sənətkar, aşıq, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Həyatı == Aşıq Haşım 1946-cı il oktyabrın 7-də Quba rayonunun Rəngdar kəndində anadan olub. İlk təhsilini kəndlərindəki ibtidai məktəbdə alıb, 1957-ci ildən isə Rəngdar kəndindən səkkiz kilometr aralıqda yerləşən Xaltan kənd yeddiillik məktəbində təhsilini davam etdirib. Bu illərdə o, kənddə yaşayan Aşıq Əşrəfə yaxın olub. Aşıq Haşım aşıq sənətinin sirlərini ilk dəfə Aşıq Əşrəfdən öyrənib. 1959-cu ildə Xaltan kənd yeddiillik məktəbini bitirən Haşım Balasıyev 1960-cı ildə Qonaqkənd orta məktəbinə daxil olur və burada oxuduğu illərdə aşıq sənətinə meyl etməyə başlayır. 1964-cü ildə orta məktəbi bitirib, sonra isə Pedaqoji texnikumunda təhsil alıb. Şamaxı mühiti onun dünyagörüşündə böyük rol oynayır. Burada o Sənəmoğlu Murad, Aşıq Ağapaşa, Aşıq Ağakərim, Aşıq Məmmədağa kimi ustat sənətkarlarla tanış olur. Aşıq Haşım 1965-ci ildə Şamaxı Pedaqoji texnikumu bitirib müəllimlik sənətinə yiyələnib, 1969-cu ildən isə sərbəst aşıq kimi məclisdə iştirak etməyə başlayır.
Haşım bəy Heybətbəyov
Haşımbəy Saqib (5 dekabr 1870, Buzovna, Bakı qəzası – 1931, Bakı) — Azərbaycanlı şair, publisist, xeyriyyəçi. == Həyatı == Dövrünün ziyalı, zəkalı şairi, həmçinin sözü mərdanə, üzə kişi kimi deməyə bacaran klassik şairimiz Haşım bəy Saqibin adı heç birdərslikdə, müntəxabatda, ədəbiyyət tarixi ilə bağlı kitablarda yoxdur. Bolşevizmin, "sosializm quruluşu"-nun siyasətini ifşa edən əsərlərin müəllifini heç bir naşir, vəzifəsi xatirinə nəşr edə bilməzdi! 1920-ci ilə qədər Bakıda, o cümlədən Azərbaycanda məşhurlaşan Haşım bəy Saqibin bir çox şeiri, xüsusilə "Kim-kimədir", "Hər kəs öz keyfindədir", Necə ah eyləməyim" şeirləri, növhələri geniş yayılmışdır. Həmin şeir və növhələri yaşlı bakılılar, həmçinin din xadimləri, ruhanilər yaxşı xatırlayır, hətta əzbər bilirlər. Şairin qızı Nuriyyə xanım deyirdi ki, bu şeirlərə görə Haşım bəy Saqibə çoxlu təzyiqlər olmuş, lakin şair öz əqidəsinə sabiq qalmış, zəmanəsinin və xalqın dərdlərinə əsərlərində yer verməkdə davam etmişdir. Haşım bəy Saqib haqda ətraflı məlumatı Azərbaycan teatrı və kinosunun parlaq ulduzlarından biri, Xalq artisti Nəcibə Məlikovada verib. O demişdir ki özümə söz vermişəm ki haçansa gün gələr, mən atamın şeirlərini bir yerə yığar, nəşr və təbliğ edər, bəlkə bununla da böyük, müqtədir söz ustadının ruhunu şad etmiş olaram. Birdə ona inanıram ki, vaxt gələr, dərsliklərin, ədəbiyyat müntəxəbatlarınin, salnaməların nəşri ilə məşğul olacaq müəlliflər haşirlər öz əsərləridə həmişəyaşar, cavidan şairimiz haqda məlumatlar verəcəklər. Haşım bəy Hacı bəy oğlu Heybətbəyov (Saqib) 1870-ci ildə Bakının Buzovna kəndində nufuzlu ruhani, ziyalı və tacir ailəsində doğulmuşdur.
Haşım bəy Sağib
Haşım bəy Sağib - XX əsr əvvəli Azərbaycan jurnalisti. == Həyatı == XX əsrin əvvəllərində Bakının tanınmış ziyalılarından biri olub. Haşım bəy Sağib həm də dövrünün xeyriyyəçi, maarifpərvər şəxsiyyətlərindən olub. O, jurnalist və publisist kimi Azərbaycan dövri mətbuatında - "Yeni yol", "Maarif və mədəniyyət" və başqa qəzet və jurnallarda çap edilmişdir. Haşım bəy Sağib Səməd Mənsur, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Əliağa Vahid kimi şairlərlə yaxından dostluq edirmiş. Əliağa Vahidin kamilləşməsində Sağibin də böyük rolu olub. O, həm də dövrünün varlı adamlarından biri idi. Din xadimləri ilə yaxından rəfiqlik etməsinə baxmayaraq həmişə fanatizmdən uzaq olub. Həyat yoldaşı Xoşsima xanım da maarifpərvər qadın imiş. Haşım bəyin dörd qız övladı olub.
Haşım bəy Vəzirov
Haşım bəy Mirabdulla oğlu Vəzirov (1867, Şuşa – 1916, Bakı) — pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir. == Həyatı == Haşım bəy Vəzirov 1867-ci ildə Şuşa şəhərində anadan olmuş və ilk təhsilini də orada almışdır. Onun ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri olmuş, övladları xanlıqda bəyzadələr kimi məşhurlaşmış, "vəzir" ifadəsini özlərinə soyad seçərək Vəzirovlar adlanmışlar. Haşım bəy Vəzirov öncə molla yanında, müddərrislərdən Molla Həmid və Molla Əlidən dərs almışdı. Sonra şəhər məktəbini bitirmişdi. İrəvan Müəllimlər Seminariyasında bitirmiş, İrəvan, Bərdə, Şəki və Şuşada müəllimlik etmişdir. Müəllimlər Seminariyasını tamamladıqdan sonra Böyük Vedi kəndində müəllimliyə başlamışdı. Sonra dəyişilərək Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Göynük, Cavanşir qəzasının Bərdə kəndlərində müəllimlik etmişdi. Bir müddət isə məktəb naziri (müdiri) işləmişdi. İmperator Nikolay Aleksandroviçin tacgüzarlığı ilə bağlı Şuşada "müsəlman-rus" məktəbi yaradılır.
Şeyx Haşım Qəzvini
Şeyx Haşım Qəzvini (1891-10 oktyabr 1960) — İslam alimi. == Həyatı == Molla Haşim Qəzvini, Qəzvinin Haşimxan qəsəbəsindən olub, Məşhəddə yaşayırdı və orada elmi hövzənin birinci dərəcəli ustadlarından sayılırdı. Rza şah Pəhləvinin islam əleyhinə çıxardığı qanunlara etiraz etdiyi üçün, şah onu Məşhəddən Qəzvinə sürgün etdirmişdi. Qəzvinə gələndən sonra Haşimxan qəsəbəsinin əhalisi öz həmvətənlərini camaata yol göstərib, moizə etmək üçün öz doğma yurduna dəvət edir. Şeyx Haşım Qəzvini 10 oktyabr 1960-cı ildə Məşhəd şəhərində vəfat edib. == Əhvalat == Qəzvinin tanınmış şəxsiyyətlərindən biri... Seyyid Haşim adlı şəxsin dilindən nəql edirdi ki, deyir: Atam vəfat edəndən sonra, ailənin məsuliyyəti mənim üzərimə düşdü. Mən həm cavan, həm də olduqca kasıb idim. Bir gün "Təzrək" əhlindən və atamın müridlərindən olan bir nəfər mənə bir odun şələsi verdi ki, qəsəbəyə aparım. Yolda gördüm alicənab bir seyyid mənə tərəf gəlir.