Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Süleymani
Süleymani — soyad, təxəllüs. Süleymani — Azərbaycanın milli rəqsi. Qasım Süleymani — İran hərbçisi, general-mayor. Peyrəv Süleymani — tacik sovet şairi. Qurban Süleymani — dutar musiqiçisi və müğənni.
Peyrəv Süleymani
Peyrəv Süleymani (tam adı: Atacan Süleymani; 15 aprel 1899, Buxara, Rusiya Türkistanı general-qubernatorluğu – 9 iyun 1933, Düşənbə) — tacik sovet şairi. Peyrəv Süleymani 15 aprel 1899-cu ildə Buxarada anadan olub. Peyrəv Süleymani 9 iyun 1933-cü ildə Səmərqənddə vəfat edib. Yaradıcılığa aşiqanə şeirlərlə başlamışdır. İnqilabın, sosializm quruculuöunun, qadın azadlığının, Şərq xalqlarının milli azadlıq mübarizəsinin tərənnümü yaradıcılığının əsas mövzuları olmuşdur. Bəzi şeirləri Azərbaycan dilinə tərcümə olunmuşdur. Ədəbiyyat gülləri, 1931 Şeirlər, 1932 Divan, 1971 Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.493-494 Очерк истории таджикской советской литературы, М., 1961, с. 48—53, 88—91; Табаров С., Пайрав Сулаймони, Душанбе, 1962.
Qasım Süleymani
Qasım Süleymani (fars. قاسم سلیمانی‎‎; 11 mart 1957, Qənati-Məlik, Kirman ostanı, Pəhləvilər İranı[d] – 3 yanvar 2020[…], Bağdad Beynəlxalq Hava Limanı[d], İraq) — İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 1998–2020-ci illər aralığında ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri olub. Hərbi karyerasına 1980-ci illərdə İran-İraq müharibəsinin başlanğıcında 41-ci Tarallah divizionunun (bəzən Sarallah da deyilir) komandiri olaraq başlamışdır. İraqda Səddam əleyhdarı olan şiə və kürd qruplaşmalarına, daha sonra Livanda təşkilatlanan Hizbullah və Fələstinli hərbiləşdirilmiş təşkilat Həmasa hərbi dəstək verən əməliyyatlarda iştirak edib. 2012-ci ildə Suriyada vətəndaş müharibəsi əsnasında İranın müttəfiqi kimi Suriya hökumətini dəstəklədi. Süleymani 2014–15-ci illərdə İŞİD-ə qarşı vuruşan birləşmiş İraq hökuməti və yerli Şiə qüvvələrinə (Həşdi Şabi qruplaşması) dəstək verdi. Onun üsulları ittifaqa və hərbi-strateji diplomatiyaya hərbi və maliyyə yardımının birləşməsinə gətirib çıxarıb. Qasım Süleymani 1957-ci ilin 11 mart tarixində Kirman ostanının Rabor şəhristanında yerləşən Qənati-Məlik kəndində anadan olub. Məktəbi bitirdikdən sonra Kirman şəhərinə köçmüş və atasının borcunu ödəmək üçün tikinti işçisi olmuşdu.
Qurban Süleymani
Hacı Qurban Süleymani (1920, Qoçan, Rəzəvi Xorasan ostanı – 20 yanvar 2008) — Xorasan türklərinin tanınmış Baxşi (aşıq), dutar musiqiçisi və müğənnilərindənidir ki, Nişapurun Əliabad kəndində dünyaya gəlmişdir. Fransanın Lion musiqi festivalında birinci yeri qazanmışdır.
Safine-ye Süleymani
Safine-ye Süleymani (azərbaycanca: Süleymanın gəmisi) — Səfəvi sülaləsindən olan şah I Süleymanın (1666–1694) Siamda yerləşən Ayutiya krallığına göndərdiyi elçiliyin səyahətnaməsi nəzərdə tutulur. Səyahətnamənin mətni elçiliyin katibi Məhəmməd Rəbi ibn Məhəmməd İbrahim tərəfindən qələmə alınmışdır. Səyahətnamədə əks olunanlar Səfəvi imperiyasının bu dövrdə Hind okeanının şərq bölgələrindəki varlığı barədə mükəmməl məlumat verir. Həmçinin səyahətnamədəki məlumatlar əsasında Siamın XVII əsrin sonlarında tarixini öyrənmək üçün də istifadə edilə bilər. Bu səyahətnamə dünyanın bu xüsusi bölgəsi ilə Səfəvi imperiyasının əlaqələrinin tarixindən bəhs edən yeganə qaynaqdır. Muhammad Rabi' ibn Muhammad Ibrahim (1972). The Ship of Sulaiman (azərbaycanca: Süleymanın gəmisi). Con O' Kane tərəfindən tərcümə edilmiş və Nyu-York şəhərində yerləşən Kolumbiya Universiteti Nəşriyyatında nəşr edilmişdir. Bu tərcümə Britaniya Muzeyində saxlanılan əlyazma əsasında həyata keçirilmişdir. Həmçinin əsərin tərcüməsinə tərcüməçi tərəfindən qeydlər və giriş qismi əlavə edilmişdir.
Abbas Əli Süleymani
Abbas Əli Süleymani (fars. عباسعلی سلیمانی‎; 25 may 1947, Esbu Kola[d], Pəhləvilər İranı[d] – 26 aprel 2023, Babülsər, Mazandaran ostanı) — iranlı Ayətullah Dini Ekspertlər Şurasının Sistan və Bəlucistan ostanı üzrə nümayəndəsi. == Həyatı == Abbas Əli Süleymani 1947-ci ilin 25 may tarixində İranın Mazandaran ostanında şəhrisdanlardan biri olan Savadkuhda, dindar ailədə anadan olmuşdur. O, 5 yaşında ilk dini təhsilini almağa başlamış, 12 yaşından Qumda, daha sonra Behşəhrdə həvzələrində dini təhsil almışdır. Ali dini təhsilini Məşəd şəhərində davam etdirmişdir. Kaşan şəhərində Vilayəti-Fəqih və həmin şəhərin imam cüməsi təyin edilmişdir. Vilayəti-Fəqih sistemi İranda Ayətullah Ruhulla Xomeyni tərəfindən yaradılmışdır və bu şəxslər İranın Ali Rəhbərinin bölgələrdəki rəsmi nümayəndələri hesab olunmaqdadırlar. Bir müddət sonra Dini Ekspertlər Şurasının Sistan və Bəlucistan ostanı üzrə nümayəndəsi seçilmişdir. Mazandaran əyaləti siyasi təhlükəsizlik üzrə idarə rəisinin müavini Ruhulla Selaqinin verdiyi məlumata əsasən, İran Dini Ekspertlər Şurasının üzvü, ayətullah Abbas Əli Süleymani Babülsər şəhərində silahlı hücum zamanı qətlə yetirilib. Hadisə 2023-cü ilin 26 aprel tarixində Mazandaran ostanın Babülsər şəhərindəki yerli bankların birində baş verib.
Qasım Süleymaninin dəfn mərasimi
Qasım Süleymaninin dəfn mərasimi (fars. تشییع جنازه و خاکسپاری قاسم سلیمانی‎) — İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru, Qüds qüvvələrinin komandiri Qasım Süleymani ilə İran və İraqın müxtəlif şəhərlərində generalın doğma şəhəri olan Kirmanda təşkil olunmuş hüzür və dəfn mərasimləri. Mərasimlər Bağdad, Kərbəla, Nəcəf, Əhvaz, Məşhəd, Tehran və Qum şəhərlərində geniş kütlələr tərəfindən təşkil olunmuşdur. Süleymaninin cənazə mərasimi 1989-cu ildə Tehran şəhərində İran İslam Respublikasının qurucusu, Ruhullah Xomeyninin cənazə mərasimdən sonra İrandakı ən böyük kütləvi dəfn mərasimi olaraq tarixə keçmişdir. 7 yanvar 2020-ci ildə Kirmandaki dəfn mərasimində izdiham baş verdi, ən azı 56 nəfər həlak oldu və 200-dən çox adam yaralandı. Nəticədə, kütləvi izdiham səbəbindən Süleymaninin dəfni təxirə salındı. Süleymani 8 yanvar çərşənbə günü, İranın İraqdakı iki ABŞ hərbi bazasına hücumundan bir neçə saat sonra doğma şəhəri Kirmanda dəfn edildi.
Süleymaniyyə
Süleymaniyyə — İraqda şəhərdir. Əhalisi 656,100 nəfərdir.
Süleymaniyyə (dəqiqləşdirmə)
Süleymaniyyə
Süleymaniyyə mühafəzəsi
Süleymaniyyə mühafəzəsi - İraq Respublikasının 18 mühafəzəsindən biridir. Əhalisinin təxminən 90 faizə qədərini kürdlər təşkil edir. Süleymaniyyə mühafəzəsinin ərazisi 17.023 km², 2009-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.894.000 nəfər, inzibati mərkəzi Süleymaniyyə şəhəridir. Süleymaniyyə mühafəzəsi İraq Kürdüstanı Muxtar Vilayətinə daxil olan üç mühafəzadan biridir.
Süleymaniyyə məscidi
Süleymaniyyə camisi — Sultan Süleyman Qanuninin şərəfinə 1550–1558-ci illərdə İstanbulda Memar Sinanın layihəsi əsasında inşa edilən camidi. Memar Sinanın şagirdlik dövrü əsəri olaraq qiymətləndirilən Süleymaniyyə camisi mədrəsə, kitabxana, şəfa evi, hamam, imarət, hazirə və dükanlardan ibarət Süleymaniyyə Külliyəsinin bir hissəsi olaraq inşa edilmişdir Süleymaniyyə camisi klassik Osmanlı memarlığının ən önəmli örnəklərindən biridir. İnşasından günümüzədək İstanbulda 100-dən çox zəlzələ olmasına baxmayaraq, caminin divarlarında ən kiçik çat belə yoxdur. 4 fil ayağı üzərində oturan caminin qübbəsi 53 metr hündürlüyündə və 27,5 metr səviyyəsindədir. Bu əsas qübbə Ayasofyada da olduğu kimi iki yarımqübbə ilə dəstəklənmişdir. Qübbə kasnağında 32 pəncərə var. Cami avlusunun dört küncünün hərəsində bir minarə yer alıb. Bu minarələrin camiyə bitişik olan ikisi üç şərəfəli və 76 metr yüksəkliyində, cami avlusunun şimal küncündə son camaat yeri giriş hissəsində divarın küncündə olan digər iki minarə isə iki şərəfəli və 56 metr hündürlüyündədir. Caminin içərisi qəndil tüstüsünü təmizləyəcək hava axımına uyğun inşaa edilmişdir. Yəni, caminin içərisində yağ lampalarından çıxan hislərin tək bir otaqda toplanmasını təmin edən hava axımı əmələ gələcək şəkildə inşa edilib.
Süleymaniyyə məscidi (Dəməşq)
Süleymaniyyə təkyəsi (ərəb. التكيّة السليمانيّة‎ ət-təkiyyə s-süleymaniyyə; türk. Süleymaniye Külliyesi) — Dəməşqdə yerləşən təkyə. Təkyə təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yerdir. Süleymaniyyə təkyəsi məscid, imarət, Səlimiyyə mədrəsəsi adlı mədrəsə və qəbiristanlıqdan ibarətdir. Məscid və imarət Sultan Süleyman Qanuninin tərəfindən 1554–1559-cu illərdə Memar Sinanın layihəsi əsasında inşa etdirilmişdir. Səlimiyyə mədrəsəsi 1566-1567-ci illərdə (II Səlimin dövründə) inşa edilmişdir. Süleymaniyyə təkyəsi klassik Osmanlı memarlığının örnəklərindən biridir. Sultan VI Mehmed Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olunmuşdur.
Süleymaniyyə sancağı
Süleymaniyyə sancağı — Osmanlı İmperiyasının Mosul vilayətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Süleymaniyyə şəhəri idi. Vilayət inzibati cəhətdən 5 qəzaya bölünürdü: Süleymaniyyə qəzası (mərkəzi qəza) Baziyan qəzası Gülənbər qəzası Şəhrbazar qəzası Məmurət ül-Həmidiyyə qəzası Vilayet de Mossoul. — Sandjak de Suléimanieh, page 866–875. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Süleymaniyyə təkyəsi

Süleymaniyə (el)
Süleymaniyyə mühafəzəsi - İraq Respublikasının 18 mühafəzəsindən biridir. Əhalisinin təxminən 90 faizə qədərini kürdlər təşkil edir. Süleymaniyyə mühafəzəsinin ərazisi 17.023 km², 2009-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.894.000 nəfər, inzibati mərkəzi Süleymaniyyə şəhəridir. Süleymaniyyə mühafəzəsi İraq Kürdüstanı Muxtar Vilayətinə daxil olan üç mühafəzadan biridir.
Süleymaniyə Camisi
Süleymaniyyə camisi — Sultan Süleyman Qanuninin şərəfinə 1550–1558-ci illərdə İstanbulda Memar Sinanın layihəsi əsasında inşa edilən camidi. Memar Sinanın şagirdlik dövrü əsəri olaraq qiymətləndirilən Süleymaniyyə camisi mədrəsə, kitabxana, şəfa evi, hamam, imarət, hazirə və dükanlardan ibarət Süleymaniyyə Külliyəsinin bir hissəsi olaraq inşa edilmişdir Süleymaniyyə camisi klassik Osmanlı memarlığının ən önəmli örnəklərindən biridir. İnşasından günümüzədək İstanbulda 100-dən çox zəlzələ olmasına baxmayaraq, caminin divarlarında ən kiçik çat belə yoxdur. 4 fil ayağı üzərində oturan caminin qübbəsi 53 metr hündürlüyündə və 27,5 metr səviyyəsindədir. Bu əsas qübbə Ayasofyada da olduğu kimi iki yarımqübbə ilə dəstəklənmişdir. Qübbə kasnağında 32 pəncərə var. Cami avlusunun dört küncünün hərəsində bir minarə yer alıb. Bu minarələrin camiyə bitişik olan ikisi üç şərəfəli və 76 metr yüksəkliyində, cami avlusunun şimal küncündə son camaat yeri giriş hissəsində divarın küncündə olan digər iki minarə isə iki şərəfəli və 56 metr hündürlüyündədir. Caminin içərisi qəndil tüstüsünü təmizləyəcək hava axımına uyğun inşaa edilmişdir. Yəni, caminin içərisində yağ lampalarından çıxan hislərin tək bir otaqda toplanmasını təmin edən hava axımı əmələ gələcək şəkildə inşa edilib.
Süleymaniyə mühafazası
Süleymaniyyə mühafəzəsi - İraq Respublikasının 18 mühafəzəsindən biridir. Əhalisinin təxminən 90 faizə qədərini kürdlər təşkil edir. Süleymaniyyə mühafəzəsinin ərazisi 17.023 km², 2009-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.894.000 nəfər, inzibati mərkəzi Süleymaniyyə şəhəridir. Süleymaniyyə mühafəzəsi İraq Kürdüstanı Muxtar Vilayətinə daxil olan üç mühafəzadan biridir.
Süleymaniyə mühafəzası

Süleymaniyə mühafəzəsi

Süleymaniyə sancağı
Süleymaniyyə sancağı — Osmanlı İmperiyasının Mosul vilayətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Süleymaniyyə şəhəri idi. Vilayət inzibati cəhətdən 5 qəzaya bölünürdü: Süleymaniyyə qəzası (mərkəzi qəza) Baziyan qəzası Gülənbər qəzası Şəhrbazar qəzası Məmurət ül-Həmidiyyə qəzası Vilayet de Mossoul. — Sandjak de Suléimanieh, page 866–875. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Süleymaniyyə Əlyazmaları Kitabxanası
Süleymaniyyə Kitabxanası — 1927-ci ildə İstanbulda Süleymaniyyə Məscidi mədrəsələrində qurulan kitabxana. I Süleymanın yaratdığı kitabxana bu kitabxananın əsasını təşkil etmişdir. Kitabxanada 106 kolleksiyada 70 min cild əlyazma və ümumilikdə 120 min çap əsəri var. Bunlardan 12.000 cild kitab türkcə, 50.000 cild ərəbcə, 3680 cild kitab fars dilindədilər. Süleymaniyyə Əlyazmaları Kitabxanası ən böyük şərq kitabxanalarından biridir. Kitabxananın kolleksiyasında VIII—XIX-cu əsrlərə aid 73 minə yaxın sənəd və 50 mindən çox çap kitabı var. Süleymaniyyə kompleksi 1557-ci ildə tamamlandı. Əvvəlcə onun xüsusi kitabxanası yox idi, baxmayaraq ki, hər mədrəsənin öz kitabxanası vardır. 1924-cü ildə Sani mədrəsəsinin binası kitabxanaya, daha sonra Evvel mədrəsəsinin və ona bitişik ibtidai məktəb binası da kitabxanaya verildi. 1961-ci ildə bərpa şöbəsi yaradılmışdır.
Süleyman
Süleyman (təq. e.ə. 990, Fələstin – təq. e.ə. 931, Qüds) — Yəhudi Krallığının üçüncü kralı.
II Süleyman
II Süleyman (15 aprel 1642[…], Konstantinopol – 22 iyun 1691, Ədirnə) — 20-ci Osmanlı padşahı və 99-cu İslam xəlifəsidir. == Həyatı == === Taxta çıxışı === 15 aprel 1642 tarixində İstanbulda dünyaya gəlmişdir. Atası Sultan İbrahim, anası Saliha Dilaşub Sultandır. Sünnət mərasimi o əsnada taxtda olan qardaşı Sultan Mehmedlə birlikdə 21 oktyabr 1649 tarixində baş tutdu. Sultan Mehmed dövrünün ilk illərində böyük validə Kösəm Sultanla kiçik validə Turhan Sultan arasında gedən mübarizədə adı taxt namizədi olaraq çəkildi və bundan sonra digər qardaşlarıyla birlikdə sarayın Şimşirlik adlanan hissəsində ciddi nəzarət altında yaşadı. Tez-tez Sultan Mehmedin çıxdığı səfərlərə və ov mərasimlərinə qatılır, çox vaxt Ədirnə sarayına aparılırdı.1683 tarixli Vyana məğlubiyyəti ilə başlayan torpaq itkisi səbəbilə ordunun, üləmanın və dövlət xadimlərinin Sultan Mehmedə qarşı birləşməsi nəticəsində taxta namizəd seçildi. Mənbələrdə, təxminən 40 ildir ki, Şimşirlikdə qalan Şahzadə Süleymanın öldürülməkdən qorxaraq "İzâlemiz emrolunduysa söyle, iki rek‘at namaz kılayım. Kırk yıldır her gün ölmektense bir gün evvel ölmek yeğdir" ("Hökmümüz əmr edilibsə deyin, iki rükət namazımı qılım. Qırx ildir hər gün ölməkdənsə, bir dəfə ölərəm.") dediyi və otağından çıxmadığı qeyd olunur. Nəhayət, kiçik qardaşı Şahzadə Əhmədin də köməyilə razı salınan Şahzadə Süleyman əvvəlcə hovuz başındakı taxta oturduldu, ardından səhər saatlarında Osmanlı ənənəsinə uyğun olaraq Babüssəadə qapısı önündəki səltənət taxtına əyləşdi (8 noyabr 1687).
I Süleyman
Sultan Süleyman Qanuni (Osmanlı Türkcəsi: سلطان سليمان اول, Sultan Süleyman-ı Evvel) (6 noyabr 1494, Trabzon, Osmanlı imperiyası – 6 sentyabr 1566, Siqetvar, Macarıstan krallığı[d]), Osmanlı imperiyasının 10-cu padşahı və 89-cu İslam xəlifəsidir. Qərb dünyasında Möhtəşəm Süleyman, şərqdə isə ədalətli idarəçiliyinə görə Qanuni Sultan Süleyman olaraq da tanınır. 1520-dən 1566-dakı ölümünə qədər təqribən 46 il sultanlıq etmiş və 13 dəfə səfərə çıxmış, səltənətinin ümumilikdə 10 il 1 ayını səfərlərdə keçirmişdir. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan, ən uzun müddət səfərdə qalan və ən çox səfərə çıxan sultanıdır. I Süleyman 1520 tarixində atası I Səlimin vəfatı ilə taxta çıxdı. Qərbdə Belqrad, Rodos, Boğdan (indiki Moldova) və Macarıstanın böyük hissəsini imperiya torpaqlarına birləşdirdi. 1529 tarixində Vyananı mühasirəyə alsa da, müxtəlif səbəblərdən bü mühasirə uğursuz oldu. Şərqdə Səfəvilərlə gedən döyüşlərdən sonra Orta Şərqin böyük bir qismini işğal etmişdir. Afrikada imperiya sərhədləri Əlcəzairə qədər uzanmış, Osmanlı donanması Aralıq dəniz və Qırmızı dəniz sahillərini fəth etmişdi. I Səlimdən 6.557.000 km2 olaraq aldığı Osmanlı mülkünü, oğlu II Səlimə 14.893.000 km2 olaraq miras buraxmışdır.
Məscid Süleyman
Məscid Süleyman — İranın Xuzistan ostanının şəhərlərindən və Məscid Süleyman şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 106,121 nəfər və 22,393 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Məşədi Süleyman
Məşədi Süleyman bəy Mansurov (15 oktyabr 1872, Bakı – 19 aprel 1955, Bakı) — Azərbaycan musiqisinin tədqiqatçısı, Bakı muğam məclislərinin rəhbəri. Məşədi Süleyman bəy Mansurovlar nəslinin layiqli nümayəndələrindən biridir. Onun musiqiyə həvəsi atası - Bakıda muğam məclislərinin yaradıcısı Məşədi Məlik bəydən keçib. Tarixi sənədlərdən məlumdur ki, Məşədi Məlik bəy Mansurovun (1845-1909) İçəri Şəhərdə öz evində təşkil etdiyi muğam məclislərinin başlanğıcı 1863-cü ilə təsadüf edir. Məşədi Məlik bəy özü tar, kamança, dəf, qoltuq sazı və yeddidilli qarmonda çox yaxşı ifa edirmiş. Muğamların şöbə və guşələrini, həmçinin də poeziyanı, xüsusən qəzəlləri çox gözəl bilirdi. İrandan, Tiflisdən, İrəvandan və Azərbaycanın hər yerindən Bakıya gələn musiqiçilər aylarla onun evlərində yaşayıb, muğam və poeziya məclislərində iştirak edirdilər. Məşədi Məlik bəyin musiqiyə olan həvəsi oğulları - Məşədi Süleyman bəyə və Mirzə Mansur bəyə də keçmişdi. Hələ uşaq yaşlarından tar çalmağa meyl göstərən Məşədi Süleyman bəy sonralar mahir ifaçı və muğamların gözəl bilicisi kimi tanınıb. Öz dövrünün görkəmli musiqiçiləri ilə, xüsusən Mirzə Sadıq ilə yaxından dostluq etmişdir.
Rauf Süleyman
Mirzəyev Rauf Süleyman Həsən oglu (1944, Bakı) — rejissor. Rauf Süleyman Mirzəyev 1944-cü ildə Bakıda görkəmli teatrşünas Həsənağa Mirzəyev və Azərbaycan səhnəsinin ən səmimi ana obrazlarının ifaçısı, Azərbaycan SSR əməkdar artisti Ətayə Əliyevanın ailəsində dünyaya göz açıb. Hələ kiçik yaşlarından teatr mühiti ilə əhatə olunduğundan sənət dünyasında hədsiz bir maraqla böyüyən Rauf Süleyman, orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub. Təhsil almaqla yanaşı, 1968-ci ildən Azərbaycan Televiziyasında mikrofon operatoru kimi işə başlayıb və beləcə bütün ömrünü televiziyaya bağlayıb. Bütün rejissor kateqoriyalı dərəcələri keçib və 1997-ci ildə ali dərəcəli rejissor kimi fəaliyyətini davam etdirib. Bu dövürdə Rauf Süleyman Mirzəyev Azərbaycan televiziyasının müxtəlif redaksiyalarında – "Ədəbi-dram verilişləri" baş redaksiyası, "Gənclik" redaksiyasında rejissor, ali dərəcəli rejissor kimi çalışmaqla - "İdrak", "Zəriflik", "Evrika", "Tələbə dünyası", "Dünyaya sevinc gərək", "Yeddi sual, yeddi cavab", "Ev sizin, sirr bizim", "Qurama" folklor toplusu, "İlham pərisi" kimi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan verilişlər hazırlayıb. Sırada "Xoşbəxt adam", "Ömür ağacı", "Dostun evi könüllərdir", "Ədalət naminə", "Tariximiz", "Bəxtiyar Vahabzadə", dörd hissəli "Türk Dünyası – Qitədən-Qitəyə" televiziya filmlərini bir rejissor kimi yüksək sənətkarlıqla araya-ərsəyə gətirib. Bunula yanaşı "Səslər muzeyi", "Ömrün axarı" kimi silsilə proqramlar efirin yaraşıqı olub. Rauf-Süleyman Mirzəyevin hazırladığı Azərbaycan Televiziyasında ən uzun ömürlü proqramlardan biri olan həftəlik "Turan" verilişinin rejissorudur. Rejissor Ramiz Həsənoğlunun qardaşıdır.
Sabir Süleyman
Süleyman Bustani
Süleyman Bustani (ərəb. سليمان البـسـتاني‎ / ALA-LC: Sulaymān al-Bustānī, türk. Süleyman el-Büstani; 22 may 1856[…] – 1 iyun 1925[…], Nyu-York, Nyu-York ştatı) — Osmanlı ərəblərindən olan ədəbiyyatçı, jurnalist, siyasi xadim. Süleyman Bustani 22 may 1856-cı ildə indiki Livanda anadan olmuşdur. O, Butrus Bustaninin nəvəsidir. Bustani Beyrutda Milli məktəbin məzunu olmuşdur. O, 1904-cü ildə Homerin "İliada"sını ərəb dilinə tərcümə etmişdir. Müəllifin klassik ərəb poeziyasının "İliada" ilə müqayisəsi zamanı meydana gələn şərhləri və tədqiqatları da bu nəşrdə verilmişdir. Bustani "Dairət ül-maarif"in nəşrini tamamlamışdır. Brockelmann С. Geschichte der arabischen Literatur.
Adilcan Süleyman
Adilcan Süleyman (uyğ. ئادىلجان سۇلەيمان; 21 avqust 1967, Sincan-Uyğur Muxtar Rayonu) — uyğur basketbolçu. == Basketbol karyerası == Adilcan 1983-cü ildə Sincandan Pekin İdman Universitetinə təhsil almaq üçün gəldi.1984-cü ildə Bayi Men Basketbol Komandasının məşqçisi Ju Çunlin Adilcanın basketbolda da bacarıqlı olduğunu aşkar etdi. 1986-cı ildə Bayi Kişi Basketbol Komandasına seçildi və 1989-cu ildə milli komandaya seçildi. 5 nömrəli forma geyərək, hücumları və müdafiəni təşkil etmək qabiliyyətinə görə xüsusilə driblinq və bölmə taktikasını yaxşı bacardı. "Basketbol meydançasındakı sehrbaz" kimi tanınır. 2000-ci ilin yazında Adilcan təqaüdə çıxdı və "Bayi Rokets"-in köməkçi məşqçisi oldu. Yarım il sonra keçmiş baş məşqçi Vanq Fei istefa etdi və Adilcan Bayi komandasının baş məşqçisi oldu. 2017-ci ilin fevralından Adilcan Çin Basketbol Assosiasiyası sədrinin müavini vəzifəsindədir. 7 dekabr 2018-ci il tarixində Sincan Uçan Pələng Ah Dejiangın baş məşqçi vəzifəsinə başladığını elan etdi.
Süleyman Nazif
Süleyman Nazif — Osmanlı İmperiyası və Türkiyə Cümhuriyyəti zamanında yaşamış türk şair, yazıçı və bürokrat. Sərvəti Fünun dövrü şairi olan Süleyman Nazif, ədəbi anlayış və üslub olaraq Namiq Kamalın davamçısıdır. Ədəbi bacarığı qədər hazırcavablığı və zəkası ilə də məşhurlaşmışdır. 1870-ci ildə Diyarbəkirdə anadan olub. Atası tarixçi və şair Səid Paşa, anası bir əşirət liderinin qızı olan Ayşə xanımdır. Şair Faiq Əli Ozansoyun böyük qardaşı, İffət Həlim Oruzun dayısı, Munis Faiq Ozansoyun əmisidir. Atasının işi səbəbindən Harput və Maraşda olduqdan sonra Diyarbəkirdə ibtidai təhsilini almışdır. 1879-cu ildə Mardinə, atasının yanına getdi və sonrakı təhsilini özü davam etdirmişdir. Farscanı atasından, ərəbcəni Muş müftisi Emin Əfəndidən, fransızcanı da Aleksandr Qriqoryan adlı bir ermənidən öyrənmişdi. 1892-ci ildə atasını itirdikdən sonra, Diyarbəkir Valiliyində Məclis-i Vilayət katibi vəzifəsində işləmişdi.
Süleyman Nəcəfov
Süleyman Nəcəfov (aktyor) — Azərbaycan aktyoru. Süleyman Nəcəfov (rəssam) — Azərbaycan rəssamı.
Təxti Süleyman
Təxti Süleyman (fars: تخت سلیمان,) Qərbi Azərbaycan ostanı ərazisində yerləşən Midiya-Atropatena dövrünə aid Qazaka şəhəri ərazisində arxeoloji abidədir. Urmiya və Həmədan (qədim Ekbatan) arasında, müasir Təkab şəhərinin yaxınlığında yerləşir. 2003-cü ilin iyul ayından qədim şəhər yerini əhatə edən qala və qala daxilindəki abidələr (Azərgüşnasp məbədi də daxil olmaqla) UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Bu abidəyə semitik ad, Azərbaycanın ərəblər tərəfindən işğalından sonra verilib. Təxti Süleyman ərazisində yerləşən "Böyük Alov" və ya "Hökmdar alovu"nun qorunduğu Azərgüşnasp məbədi Sasanilərin hakimiyyəti dövründə şahların taxta çıxmazdan əvvəl ziyarət etdikləri əsas müqəddəs məbəd olub. Azərgüşnasp məbədindəki alov, eyni zamanda "ādur Wishnāsp" adlandırılmış və döyüşçü təbəqəsinə məxsus hesab edilmişdir. Əfsanəyə görə, Kral Süleymanın köməyə ehtiyacı olduğu zaman bu ərazidə yüz metr dərinliyi olan kraterdə saxlanan bədheybətlərdən istifadə etmişdir, krater isə "Zindani Süleyman" adlandırılmışdır. Digər bir krater isə qalanın içində yerləşir və onun içi bulaq suyu ilə doludur. Deyilənə görə, Süleyman orada süni göl yaratmışdır və həmin göl də günümüzə çatmışdır. Abidə ərazisində aparılan arxeoloji tədqiqatlar yaşayış mərkəzi kimi bu ərazinin e.ə.
Əmir Süleyman
Süleyman Çələbi və ya Əmir Süleyman (1377, Kütahya – 17 fevral 1411, Konstansa, Silistrə əyaləti) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin oğlu, Fetrət dönəmində sultanlığını elan edən Osmanlı şahzadələrindən biri. Şahzadə Süleyman Çələbi 1377-ci ildə Kütahyada dünyaya gəldi. Atası Sultan Murad Hüdavəndigarın oğlu və o illərdə Kütahya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə kənizlərindən biridir. 1387-ci ilin iyununda Bursa yaxınlığındakı Yenişəhərdə keçirilən mərasimlə qardaşları Ərtoğrul və İsa Çələbiylə birlikdə sünnət edildi. Eyni mərasimlə babası Sultan Murad Hüdavəndigar, atası Şahzadə Bəyazid və əmisi Şahzadə Yaqub Bizans imperatoru II Manuilin qızlarıyla evləndilər. Bu mərasimin ardından babasının əmriylə Rumeliyə keçən Süleyman Çələbi sədrəzəm Çandarlı Əli Paşanın idarəsindəki Osmanlı ordusuyla indiki Bolqarıstanın şimal torpaqlarının fəthində iştirak etdi. Çox keçmədən 1389-cu ildə baş tutan Birinci Kosovo döyüşündə babası Sultan Murad Hüdavəndigar qələbə qazanmasına baxmayaraq sui-qəsd nəticəsində öldürüldü və ardından atası taxta çıxdı. Atası İldırım Bəyazidin Anadolu bəyliklərini birləşdirmə siyasəti nəticəsində, 1390-cı ildə işğal edilən Aydınoğulları bəyliyinin torpaqları Aydın sancaqbəyliyinə çevrildi və Süleyman Çələbi bölgənin idarəsinə gətirildi. Niqbolu döyüşündə (1396) iştirakının ardından 1398-ci ilin yayında Sivasa göndərilən Süleyman Çələbi burada Ağqoyunlu bəyi Qarayuluq Osman bəyi məğlub edərək bölgəni ələ keçirdi. Bu qələbəsinin ardından 1400-cü ildə Manisa və Aydın sancaqbəyliyinə gətirildi.
Süleyman Seba
Süleyman Rıza Seba (5 aprel 1926, Sakarya — 13 avqust 2014, İstanbul), Abxaz əsilli türk futbolçu, MİT üzvü , idman meneceri və Beşiktaş Gimnastika Klubunun 30-cu prezidenti . 1984–2000-ci illərdə fasiləsiz olaraq Beşiktaş Gimnastika Klubunun prezidenti olub. Hakkı Yetenlə birlikdə Beşiktaş Gimnastika Klubunun iki fəxri prezidentindən biridir. 1926-cı il aprelin 5-də Hendekdə doğulan Süleyman Seba ibtidai məktəbi Sakaryada bitirdikdən sonra orta məktəbi oxumaq üçün İstanbula gəlir. İki il Qalatasaray Liseyində oxuduqdan sonra Kabataş Oğlan Liseyinə keçdi. Məzun olduğu Kabataş Oğlan Liseyinin futbol komandasında oynamağa başlayıb. Orta məktəbdə oxuduğu ilk illərdə Beşiktaş Gənclər Komandasına qoşulub. Beşiktaşda oynadığı müddətdə Memar Sinan Universitetində Fransız Filologiyasına başlasa da təhsilini davam etdirmədi. Seba 1946-cı ildə Refik Osman Top dövründə A komandasına yüksəldi. İlk İstanbul Liqa matçını 1946–47 mövsümündə, mövsümün ilk matçı olan Fənərbaxça derbisi ilə keçirdi.
Süleyman (ad)
Süleyman — ad.
Süleyman Nemətov
Süleyman Əsgər oğlu Neymətov (1972, Nehrəm, Naxçıvan rayonu) — Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri (2022-ci ildən), polis general-mayoru (2023). Süleyman Əsgər oğlu Neymətov 1972-ci ildə hazırkı Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1991–1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. Süleyman Neymətov 1993-cü ildən daxili işlər orqanlarında xidmət edir. O, 1993–1994-cü illərdə Naxçıvan şəhər polis şöbəsinin polis nəfəri, 1994–2005-ci ilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komendant Xidmətinin polis nəfəri, bölmə komandiri, taqım komandiri, bölük komandirinin müavini, baş inspektoru olmuşdur. 2005–2013-cü illərdə Nəsimi rayon polis idarəsinin bölük komandiri, rəis müavini, 2013–2016-cı illərdə Sumqayıt şəhər polis idarəsinin rəis müavini, 2016–2020-ci illərdə Quba rayon polis şöbəsinin rəisi, 2020–2022-ci illərdə isə Suraxanı rayon polis idarəsinin rəisi vəzifələrində xidmət etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 28 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2023-cü il tarixli Sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə 30 iyun 2002-ci ildə "İgidliyə görə", 1 iyul 2020-ci ildə isə "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.
Süleyman Neymətov

Süleyman Eldarov
Süleyman Eldarov (azərb. Süleyman Ələsgər oğlu Eldarov‎; 10 yanvar 1922, Nuxa – 1995) — topçu; 38-ci ordunun 211-ci atıcı diviziyasının 829-cu artilleriya alayının silah komandiri, çavuş (istefada olan çavuş mayor), Şöhrət ordenini təltifçisi. == Bioqrafiyası == 1922-ci il yanvarın 10-da Azərbaycanın Şəki şəhərində kəndli ailəsində anadan olub. Milliyyətcə azərbaycanlı. Tam orta təhsillidir. 1994-cü ildə vəfat etmişdir. === Qırmızı Orduda xidməti === 1942-ci ilin yanvarından Qırmızı Orduda və Böyük Vətən Müharibəsi cəbhələrində iştirak etmişdir. 1944-cü ildən Sov.İK(b)/BKP üzvü. 18 aprel 1944-cü ildə Çernelitsa kəndi yaxınlığında 829-cu artilleriya alayının (211-ci piyada diviziyası, 38-ci ordu, 1-ci Ukrayna Cəbhəsi) silahlarını dolduran kapral Süleyman Eldarov üç silahlı dəstənin tərkibində düşməni dəf etdi. əks-hücumlar, nasist pulemyotçularının dəstələrini məhv etdi.
Süleyman Osmanoğlu
Süleyman Osmanoğlu — jurnalist, "Tərəqqi" medalı (2005) Süleyman Osmanoğlu 1952-ci il 10 iyul tarixində Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Orta məktəbdə oxuduğu dönəmlərdə "Azərbaycan gəncləri" və "Bakı" qəzetlərində yazıları dərc olunmuşdur.
Süleyman Qarayev
Süleyman Qasımov
Süleyman Mehrəli oğlu Qasımov (26 dekabr 1961, Faxralı, Bolnisi rayonu) — Azərbaycanın iqtisad elmləri doktoru, pofessor, SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvü, "Petkim"in İdarə Heyətinin sədri (iyul 2023 - noyabr 2023),Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad üzrə Ekspert Şurasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti (2006–2023)., Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin iqtisadi məsələlər üzrə müşaviri. Qasımov Süleyman Mehrəli oğlu 26 dekabr 1961-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1982–1991-ci illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, iqdisadçı, baş mühasibin müavini, baş mühasib) çalışmışdır. 1991–2003-cü illərdə "Azərineft" Neft və Qazçıxarma Baş İdarəsinin "Xəzərdənizneftqaz", "Dənizdə neft və qazçıxarma" İstehsalat Birliklərinin baş mühasibi vəzifəsində işləmişdir. 2004–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş Ofisində İqtisadiyyat və Uçot İdarəsinin şöbə rəisi, idarə rəisinin müavini, idarə rəisi olmuşdur. 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidentidir. 2022-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan "Petkim Petrokimya Holding AŞ"nin ("Petkim") İdarə Heyətinin sədridir. 28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib. 31 iyul 2023-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin iqtisadi məsələlər üzrə müşaviri təyin edilmişdir.
Süleymanlı
Süleymanlı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Süleymanlı (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Süleyman Süleymanov
Süleyman Məhəmməd oğlu Süleymanov (5 may 1935, Qurdlar, Marneuli rayonu – 26 iyul 2014, Tbilisi) — Gürcüstan SSR və Gürcüstanın tanınmış ictimai-siyasi və dövlət xadimi, jurnalist, publisist, tarixçi, tərcüməçi, redaktor, uzun müddət "Gürcüstan" qəzetinin baş redaktoru. Süleyman Məhəmməd oğlu Süleymanov 1935-ci il mayın 5-də Gürcüstanın Marneuli rayonunun Kürdlər kəndində anadan olub. O, Marneuli Pedaqoji Texnikumunu və 1960-cı ildə Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili-ədəbiyyatı və tarix fakültəsini bitirib. S. Süleymanov 1962-ci ildə Marneuli Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib. 1964-cü ildən həmin rayonun partiya komitəsində təlimatçı, təbliğat və təşviqat şöbə müdiri, təşkilat şöbə müdiri, rayon partiya komitəsinin katibi vəzifələrində çalışıb, büro üzvü və dəfələrlə rayon sovetinin deputatı seçilib. O, 1972-ci ildən ömrünün sonunadək "Sovet Gürcüstanı" və onun davamı kimi 1990-cı ildən "Gürcüstan" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 92 illik şərəfli tarixə malik olan "Gürcüstan" qəzeti sovetlər dönəmində də, ondan sonra da Gürcüstanda anadilli mətbuat işçilərinin yaradıcılıq mərkəzinə çevrilib, redaksiya isə bir sıra təşəbbüs və başlanğıclarla fərqlənib, müəlliflik mükafatlarına layiq görülüb. Onlardan biri — 1979-cu ildə qəzetin Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı kimi dörd nəfər yaradıcı əməkdaşı sərginin bürünc və gümüş medalları ilə təltif olunub. S. Süleymanov Gürcüstan KP MK — nın 23, 24, 25-ci qurultaylarında Təftiş Komissiyasının üzvü, 1980-ci ildə Gürcüstan SSR Ali Sovetinin deputatı seçilib. Qırx iki illik qəzet redaktoru vəzifəsini yerinə yetirmək dövründə "Gürcüstan" qəzeti redaksiyası Gürcüstanda azərbaycanlıların ölkənin fəal vətəndaşları olmaları, öz hüquq və vəzifələrini yerinə yetirmələri sahəsində əsl məlumatlandırma mərkəzinə çevrilərək öz ətrafında yaradıcı qüvvələri toplayıb, milli varlığın, ana dilinin, mədəniyyətin, vicdan azadlığının müdafiəsi sahəsində fəaliyyətini dayandırmayıb.
Süleyman Süleymanov (jurnalist)

Aydın Süleymanlı
Aydın Süleymanlı (d. 22 mart 2005, Bakı, Azərbaycan) — azərbaycanlı şahmatçı, qrosmeyster (2021). Kişilər arasında Azərbaycan çempionu (2024), yeniyetmələr arasında dünya (14 yaş qrupunda) və ikiqat Avropa (8 yaşadək və 12 yaşadək) çempionu. == Uşaqlığı və şahmata başlaması == Aydın Elşən oğlu Süleymanlı 2005-ci il martın 22-də Bakıda anadan olub. 6 yaşında 249 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 5 yaşından şahmatla məşğul olmağa başlayıb. İlk vaxtlar evlərinin yaxınlığındakı Xətai Rayon Mədəniyyət Mərkəzində şahmat məşğələlərinə qatılıb. Sonra valideynlərinin arzusu ilə Aydın Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində Xalid Atababayevdən şahmatın sirlərini dərindən öyrənməyə başlayıb. == Şahmat karyerası == Aydın 6 yaşından başlayaraq beynəlxalq yarışlara qatılıb. O, müxtəlif yaş kateqoriyalarında Azərbaycanı uşaq və yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir.
Azər Süleymanlı
Azər Süleymanlı (tam adı: Azər Şərif oğlu Süleymanov; 10 dekabr 1986, İkinci Nügədi, Quba rayonu) — Azərbaycan teleaparıcısı. O, karyerası boyunca "Xəyal TV", "Regional TV", "Space TV", "Mədəniyyət" və "İctimai TV" (indiyə kimi) telekanallarında çalışmışdır. Azər Süleymanlı "Səs Azərbaycan" kimi bir çox verilişin aparıcısı, o cümlədən Avroviziya Mahnı Müsabiqəsinin şərhçisi olmuşdur. == Həyatı == Azər Şərif oğlu Süleymanov 10 dekabr 1986-cı ildə Azərbaycanın Quba rayonunda yerləşən İkinci Nügədi kəndində anadan olmuşdur. O, 1993-cü ildə İkinci Nügədi kənd Oktay Məmmədov adına 1 saylı orta məktəbinə qəbul olmuş, 2004-cü ildə həmin məktəbi başa vurmuş və növbəti il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşdur. O, 2009-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == Azər Süleymanlı 1999-cu ildə hələ məktəbli ikən Quba rayonu ərazisində fəaliyyət göstərən "Xəyal TV"-də (indiki Qafqaz TV) aparıcılığa başlamışdır. 2007-ci ilə qədər orada "Bizim sinif", "Dünya uşaqların gözü ilə", "Hər bazar" adlı verilişlərin aparıcısı olmuşdur. O, 2007-ci ildə təsis olunan "Regional TV"-nin (indiki ARB TV) ilk aparıcılarından biri kimi fəaliyyətinə orada davam etmişdir. 2016-cı ilə qədər həmin teleşirkətdə "Buralar", "Azərlə hər bazar", "AzərKeş", "ÖYRƏNirəm" adlı verilişlərin aparıcısı olmuşdur.
Elmir Süleymanlı
Kənan Süleymanlı
Mövlud Süleymanlı
Mövlud Süleyman oğlu Balakişiyev (təxəllüsü: Mövlud Süleymanlı; 18 mart 1943, Qızıl Şəfəq, Kalinino rayonu – 21 fevral 2024, Bakı) — azərbaycanlı nasir, dramaturq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1980), Əməkdar incəsənət xadimi (2003), Azərbaycanın xalq yazıçısı (2006). "Şöhrət" və "Şərəf" ordenlərinin laureatı. Mövlud Süleymanlı 1943-cü il mart ayının 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş adı "Cücəkənd") doğulmuşdur. Atası Süleyman Məhəmməd oğlu 1942-ci ilin axırlarında İkinci Dünya müharibəsinə getmiş, 1945-ci ilin aprel ayının 23-də Berlin uğrunda döyüşlərdə həlak olmuşdur. Anası Bağdagül Mahmud qızı bədahətən şeirlər demişdir. Mövlud Süleymanlı Qızıl Şəfəq kənd 7 illik məktəbindən sonra qonşu İlməzli kənd orta məktəbinin X sinfini (1960) bitirmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, 1967-ci ildə oranı bitirmişdir. Mövlud Süleymanlı 21 fevral 2024-cü il tarixində vəfat edib. Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub. Ədəbiyyata ötən əsrin 70-ci illərində gəlmiş Mövlud Süleymanlı yaradıcılığa lirik şeirlərlə başlamışdır.
Rəsul Süleymanlı
Süleymanlı (Cəbrayıl)
Süleymanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində azad edilmişdir. Süleymanlı Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Oykonim Süleyman (antrop.) və -li (mənsub. Şək.-si) komponentlərindən düzəlib. Yaşayış məntaqəsi vaxtilə Cənubi Azarbaycandan gəlmiş Süleyman adlı şəxs tərəfindən salındığına görə onun adı ilə adlandırılmışdır. Şikar Aslanov-Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əsas təsərrüfatı heyvandarlıq idi.
Süleymanlı (Miyanə)
Süleymanlı (fars. سليمانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (23 ailə).
Şamil Süleymanlı
Şamil Kamran oğlu Süleymanlı (11 may 1955, Bakı) — Azərbaycan kino aktyoru, televiziya aparıcısı, Azərbaycanın xalq artisti (2016), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). Şamil Süleymanov 1955-ci il may ayının 11-də Bakıda anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. "Azərbaycanfilm" kinostudiyasında işləyərək bir çox filmlərdə çəkilib. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Baladadaşın ilk məhəbbəti (1974) – Baladadaş Tütək səsi (film, 1975)- Cümrü Bağçada rahat yer (1978)- Qəzənfər Diplom işi (film, 1979)- (Mahmud) Axtaran tapar (film, 1980) Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-rol: işıqforu təmir edən Qızıl uçurum (film, 1980) Babamızın babasının babası (film, 1981) – Əziz Üzeyir ömrü (film, 1981) — Fərəcov Evlənmək istəyirəm (film, 1983) – Şamil 100 (film, 1985) (qısametrajlı bədii süjet — Mozalan № 100) Bəyin oğurlanması (film, 1985) – Həsən Tələ (film, 1990) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Etiraf (film, 1992) – Adil Yuxu (film, 2001)- Alverçi Salur Qazanın evi talandığı boy (film, 2001) Ərazi (film, 2005) Əlvida, cənub şəhəri (film, 2006) Qızlar (film, 2007) Günaydın, mələyim!
Mübariz Süleymanlı
Mübariz Aslan oğlu Süleymanlı (15 fevral 1962, Qəzli, Sabirabad rayonu) — Azərbaycanlı alim, fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sosial-mədəni fəaliyyət" kafedrasının müdiri, AAK-ın qeydiyyatında olan "Simurq" kulturoloji jurnalın baş redaktor müavini. Mübariz Aslan oğlu Süleymanlı 15 fevral 1962-ci ildə Azərbaycanın Sabirabad rayonunun Qəzli kəndində dünyaya göz açmışdır. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. İbtidai təhsilə 1969-cu ildə başlamış, 1977-ci ildə Qəzli kənd səkkizillik, 1979-cu ildə Quruzma kənd tam orta məktəbini bitirmişdir. 1985-ci ildə Bakı Mədəni-Maarif məktəbini, 1989-cu ildə isə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Mədəni-maarif" fakültəsini fərqlənmə diplomları ilə başa vurmuşdur. Əmək fəaliyyətinə Azərbaycan Dövlət İncəsənət Universitetində 1989-cu ildə laborant kimi başlayan Mübariz Süleymanlı, sonralar müəllim, baş müəllim, dosent və professor vəzifələrinə qədər ucalıb. Hazırda universitetin "Sosial-mədəni fəaliyyət" kafedrasına rəhbərlik edir. O, 2000-ci ildə "M. Ə. Rəsulzadə və Azərbaycan mədəniyyəti" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək sənətşünaslıq ixtisası üzrə elmi dərəcə almışdır. M. Süleymanlı 2001-ci ildən 2009-cu ilə qədər təsisçisi olduğu və AAK-ın qeydiyyatına saldırdığı "Mədəniyyət dünyası" jurnalının baş redaktoru olub. Hazırda AAK-ın qeydiyyatında olan "Simurq" kulturoloji jurnalın baş redaktor müavinidir.
Qəhrəman Süleymanlı
Mahir Süleymanlı
Mahir Tahir oğlu Süleymanlı (28 fevral 1995, Bakı) — Azərbaycanın ictimai-siyasi xadimi, Azərbaycan Milli Məclisinin VII çağırış deputatı, Gənclər və idman, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üzvü, Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri == Həyatı == Süleymanlı Mahir Tahir oğlu 28 fevral 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailəlidir, 3 övladı var. Tanınmış ictimai-siyasi xadim, sabiq deputat, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovun oğludur. == Təhsili == 2000–2011-ci illərdə Şabran rayon Tofiq Abbasov adına 1 nömrəli orta məktəbdə təhsil almışdır. Gənc yaşlarından Vətənə, xalqa, dövlətə sadiq olan Mahir Süleymanlı ölkəmizdə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dövlətçiliyin qorunması ilə bağlı ülvi arzularını gerçəkləşdirmək üçün 2011-ci ildə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinə daxil olmuş və 2015-ci ildə bu ali məktədə bakalavr təhsilini uğurla başa vurmuşdur. 2015–2016-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra ixtisas biliklərini daha da dərinləşdirmək üçün ali təhsilini ikinci pillə üzrə davam etdirərək, 2016–2018-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində beynəlxalq hüquq, insan hüquqları ixtisası üzrə magistr təhsili almışdır. == Əmək fəaliyyəti == Magistr təhsili aldığı dövrdə (2016–2018-ci illər) BDU-nun rektorluğunda hüquqşünas kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən 2024-cü ilin sentyabr ayına qədər əmək fəaliyyətini Azərbaycan Respublikası Milli Məclisinin Aparatında davam etdirən Mahir Süleymanlı "İnzibati və hərbi qanunvericilik", "Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik" və "İcra hakimiyyəti orqanları ilə əlaqələr" şöbələrində məsləhətçi və böyük məsləhətçi vəzifələrində çalışmışdır. Dövlət qulluğu müşaviridir.