Əhməd Nazim oğlu Məmmədov (25 avqust 1994; Qazax rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Əhməd Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Fərəhli, Qazax, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Dəfn yeri | Fərəhli, Qazax, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2012—2020 |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Şuşanın azad edilməsi |
Təltifləri |
.[1]Qazax rayonunun cəbhə bölgəsində yerləşən Fərəhli kənd sakinlərindən şəhidlik zirvəsinə ucalmış Qəhrəman şəhidimiz Məmmədov Əhməd Nazim oğlunun keçdiyi yola nəzər salaq. O, 25 avqust 1994-cü ildə Qazax rayonunun Fərəhli kəndində dünyaya göz açıb. Ailədə 3 qardaşın ikincisi olub. 2000-ci ildə şəhid Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbinin 1-ci sinfinə daxil olub, 2009-cu ildə həmin təhsil müəssisəsinin 9-cu sinfini bitirmişdir. 2009-cu ildə Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin 10-cu sinfinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olubdur. Hərbi xidmətini başa vurduqdan sonra yenidən milli ordu sıralarına qayıdaraq MAHHXHQ (Müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu) kimi hərbi xidmətini davam etdirmişdir. Xidmət dövründə nümunəvi xidmətlərinə görə dəfələrlə komandanlıq tərəfindən tərifnamə və digər mükafatlarla təltif olunmuşdur. Şəhidimiz yenicə sevib seçdiyi Túrkane xanimla 1 il 6 ay idi ki ailə qurmuşdu hele yeni ailə həyatına qədəm qoymuşdu ÍGÍDÍMÍZ . Hərbi hissədə "Əl qumbarasının atılması” üzrə keçirilən yarışmada 1-ci yerə çıxıb. Əhmədin şəkli "N” saylı hərbi hissənin şərəf lövhəsində 1 çi siralarda yer alır. Hərbi təlim zamanı nümunəvi xidmətlərinə görə komandiri ona bir ədəd komandir bıçağı hədiyyə etmişdi. Döyüşlərdə də igid əsgər daim həmin bıçağı üzərində gəzdirirmiş. Əhmədin döyüş yoldaşı Ramil Məmmədov onun qorxmaz, cəsarətli döyüşçü olmasını dedi. O, bildirdi ki, Əhməd könüllü olaraq döyüşə qatılmaq üçün kəşfiyyat qrupundan XTQ-yə keçib. O, Şuşa qalasının çox yaxınlığında düşmənlərlə üz-üzə gəmişdir. Lakin, cəsur döyüşçü özünü itirmədən avtomat silahdan atəş açaraq 5 erməni terrorçusunu məhv etmişdir. Dəfələrlə öz həyatını təhlükəyə ataraq döyüş meydanında yaralı əsgər yoldaşlarını ölümün pəncəsindən xilas etmişdir. Şuşanın azadlığı uğrunda çox ağır döyüşlər gedirdi. Biz Şuşaya daxil olduq. şəhərinin içində erməni tankı əsgərlərin üstünə gəldi. 2020-ci il noyabr ayının 8-də tankdan atılan mərmi nəticəsində qorxmaz, cəsur Əhməd qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Döyüş yoldaşları Əhmədin qanını yerdə qoymamış, həmin ərazini yerlə yeksan edərək düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etmişlər. Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Məmmədov Əhməd Nazim oğlu İkinci Qarabağ müharibəsində göstərdiyi Qəhrəmanlığa görə ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.Şehidler ólmez vətən bölünməz
Əhməd Məmmədov 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Əhməd Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əhməd Məmmədov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Fərəhli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Məmmədov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]