Azərbaycan dilinin izahlı lüğəti

  • NIĞIRTI

    bax nıqqıltı. Düşməyə hazırlananların əvvəl nığırtıları, sonra da bağırtıları mənə dad verirdi. Qantəmir

    Tam oxu »
  • NIX

    is. dan. İnadlıq, tərslik, sözündən dönməmə. □ Nıx demək – inad göstərmək, sözünün üstündə durmaq, dediyindən dönməmək

    Tam oxu »
  • NIQQILDAMA

    “Nıqqıldamaq”dan f.is

    Tam oxu »
  • NIQQILDAMAQ

    f. Xəstəlikdən, ağrıdan inildəmək, zarıldamaq, şikayətlənmək, ax-uf etmək. Bir də məni vurma, aman, səngdil; Rəhm elə, nıqqıldayıram indi mən

    Tam oxu »
  • NIQQILTI

    təql. İnilti, sızıltı, ax-uf (xəstəlikdən, ağrıdan). Xəstənin nıqqıltısı eşidilirdi

    Tam oxu »
  • NIRÇ

    təql. Dili basaraq, “yox” demə mənasında səs çıxartma. Lal Hüseyn nırç edib dodağını tərpətdi. M.İbrahimov

    Tam oxu »
  • NIRÇILDAMA

    “Nırçıldamaq”dan f.is

    Tam oxu »
  • NIRÇILDAMAQ

    f. “Yox” mənasında nırç eləmək. Nə nırçıldayırsan? – Kətxuda nırçıldayaraq əlini havada oynatdı. M.Hüseyn

    Tam oxu »
  • NIRX

    is. Ən zəruri ehtiyacları təmin edən mallara hökumət orqanları tərəfindən qoyulan qiymət. Nırx kəsmək

    Tam oxu »
  • NIRILDAMA

    “Nırıldamaq”dan f.is

    Tam oxu »
  • NIRILDAMAQ

    f. Nərə çəkmək, bağırmaq, bərkdən qışqırmaq. Maral yerə uzanıb nırnır nırıldayır. (Nağıl)

    Tam oxu »
  • NITIQ

    sif. Burnunda danışan. Nıtıq adam

    Tam oxu »
  • NİCAT

    is. [ər.] Qurtuluş, xilas; xilas olma, azad olma, qurtulma. [Mirzə Rza:] Mən balalarımın nicatından daha əvvəl İranın nicatına ümid edib, Nəsrəddin şa

    Tam oxu »
  • NİCATVERİCİ

    sif. Qurtarıcı, xilasedici, azad edən

    Tam oxu »
  • NİDA

    is. [ər.] 1. Hiss, həyəcan bildirən səs. Bu sözləri o, kövrək bir nida ilə deyərkən Tahir söhbətə ara vermək və bir daha dostunun könlünə toxunmamaq i

    Tam oxu »
  • NİFAQ

    is. [ər.] Pozuşma, çəkişmə, ixtilaf; ikitirəlik. [Mirzə Heydər:] Yol bir, məqsəd bir, əqidə bir olduqda arada nifaq mümkün deyil

    Tam oxu »
  • NİFRƏT

    is. [ər.] 1. Bir adama, işə, hərəkətə və s.-yə qarşı dərin ikrah, kin, narazılıq hissi. …Qıza qarşı [Ruhnəvaz xanımın] ürəyində anlaşılmaz bir nifrət

    Tam oxu »
  • NİFRƏTAMİZ

    sif. [ər. nifrət və fars. …amiz] Nifrət oyadan, nifrətə səbəb olan. Nifrətamiz bir mənzərə. Nifrətamiz hərəkət

    Tam oxu »
  • NİFRƏTƏŞAYAN

    sif. [ər. nifrət və fars. …şayan] Nifrətə layiq, ancaq nifrətə səbəb olan; pis, alçaq, mənfur. Nifrətəşayan adam

    Tam oxu »
  • NİFRƏTLƏNDİRİCİ

    sif. Nifrət oyadan, nifrət doğuran, nifrət hissi oyadan; pis, alçaq. Nifrətləndirici hərəkət

    Tam oxu »
  • NİFRƏTLƏNDİRMƏ

    “Nifrətləndirmək”dən f.is

    Tam oxu »
  • NİFRƏTLƏNDİRMƏK

    f. Nifrət oyatmaq, nifrət doğurmaq, ikrah etdirmək. [Uşaqlar] “atacan” – deyə onun üstünə gələndə, onları döyüb özündən nifrətləndirirdi

    Tam oxu »
  • NİFRƏTLƏNMƏ

    “Nifrətlənmək”dən f.is

    Tam oxu »
  • NİFRƏTLƏNMƏK

    f. Nifrət etmək, zəhləsi getmək, acığı gəlmək, qətiyyən xoşlamamaq. [Əbülhəsənbəy:] …Mən qızların bu adi və ani sevişindən olduqca nifrətlənirdim

    Tam oxu »
  • NİFRƏTLİ

    sif. Nifrət doğuran, mənfur, iyrənc

    Tam oxu »
  • NİFRİN

    is. [ər.] Lənət, bəddua, qarğış. [Qulu:] Heç hara qaçmaz, arxayın ol və o pulları salamat yeyə bilməyəcək, o qədər ki, nifrin ona olunur

    Tam oxu »
  • NİGAH

    is. [fars.] klas. Baxış, baxma, nəzər. Həsrətli nigah. Şəfqətli nigah. – Qərəzin can isə bir tünd nigahın bəsdir; Heyfdir, atma oxun, hər biri min can

    Tam oxu »
  • NİGAHBAN

    is. [fars.] klas. Gözətçi, keşikçi, qarovul. Qeyrətü şənimi hifzində nigahban edərəm; Bir gün öz canımı hətta sənə qurban edərəm

    Tam oxu »
  • NİGAR

    is. [fars.] Əsil mənası “rəsm”, “şəkil”, “surət” olub, şeirdə məcazi olaraq “gözəl”, “məhbubə” mənasında işlənir

    Tam oxu »
  • NİGARAN

    sif. və zərf [fars.] Təşviş içində, rahatsız, həyəcanlı, iztirablı, narahat. Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər

    Tam oxu »
  • NİGARANÇILIQ

    is. Nigaran hal, narahat vəziyyət, narahatçılıq. Nigarançılıq çəkmək. Nigarançılıq keçirmək. – …Son həftələr Ulduzun gözlərinə böyük bir nigarançılıq

    Tam oxu »
  • NİGARANLIQ

    bax nigarançılıq. Dördüncü məclis Şölə xanımın otağında vaqe olur. Şölə xanım və Nisə xanım qayət nigaranlıqla oturublar

    Tam oxu »
  • NİHAN

    sif. [fars.] klas. Gizli, məxfi, örtülü; gizli saxlanmış. Varımdı sinədə dərdü-qəminihan, ölürəm… X.Natəvan

    Tam oxu »
  • NİHİLİST

    [lat. nihil – heç nə] 1. XIX əsrin 60-cı illərində Rusiyada: zadəgan cəmiyyətinin ənənə və adətlərinə, təhkimçiliyə qarşı mənfi münasibət bəsləyən raz

    Tam oxu »
  • NİHİLİSTCƏSİNƏ

    zərf Nihilist kimi; heç bir norma, prinsip, ənənə qəbul etməyərək. Məsələyə nihilistcəsinə yanaşmaq. – [Səmirə:] Yox, Rima! Sən nahaq yerə adamlara bu

    Tam oxu »
  • NİHİLİ́ZM

    [lat.] 1. XIX əsrin 60-cı illərində Rusiyada: burjua-zadəgan ənənə və adətlərinə, təhkimçilik ideologiyasına mənfi münasibət bəsləyən mütərəqqi ictima

    Tam oxu »
  • NİJAD

    is. [fars.] köhn. Nəsil, nəsəb, soy. Nijadın sual eylədi pəhləvan. M.Ə.Sabir

    Tam oxu »
  • NİKAH

    is. [ər.] Kəbin, izdivac, evlənmənin qanuni şəklə salınması. [Arvadların] hər birisi ki, razı olsa ona dübarə Abbas Məhəmməd oğluna nikah oxuna və kəb

    Tam oxu »
  • NİKAHLANMA

    “Nikahlanmaq”dan f.is

    Tam oxu »
  • NİKAHLANMAQ

    f. Kəbini kəsilmək

    Tam oxu »
  • NİKAHLI

    sif. Nikahı olan, nikahlanmış, kəbinli. …Şəriətdə heç bir müsəlman dörd nikahlı arvaddan artıq arvad ala bilməz, istər xəlifə olsun, istər çoban olsun

    Tam oxu »
  • NİKAHSIZ

    sif. Nikahı olmayan, nikahı kəsilməmiş, qeyri-rəsmi surətdə yaşayan

    Tam oxu »
  • NİKBƏT

    is. [ər.] Talesizlik, bədbəxtlik, iqbalsızlıq. □ Nikbət tutmaq – hər tərəfdən bəla üz vermək, bədbəxtlik basmaq

    Tam oxu »
  • NİKBİN

    sif. [fars.] Həyatdan razı, şən, ümidli, gələcəyə inanan, gələcəyi yaxşı görən; optimist (bədbin əksi)

    Tam oxu »
  • NİKBİNCƏSİNƏ

    zərf Nikbin əhvalruhiyyədə, şən, gələcəyə inamla. Şairin nikbincəsinə yazdığı əsər

    Tam oxu »
  • NİKBİNLİK

    is. Həyatda ancaq yaxşı cəhətləri görmə, müvəffəqiyyətə, gələcəyə inanma; şən və gümrah dünyagörüşü; optimizm (bədbinlik əksi)

    Tam oxu »
  • Nİ́KEL

    [alm. Nickel] 1. Gümüşü-ağ rəngli, parıltılı, çətin əriyən metal – kimyəvi element. 2. Üzərinə nikel sürtülmüş; nikelli, nikellənmiş

    Tam oxu »
  • NİKELÇİ

    is. Nikel çəkən usta

    Tam oxu »
  • NİKELLƏMƏ

    “Nikelləmək”dən f.is

    Tam oxu »
  • NİKELLƏMƏK

    f. Üzərinə nikel çəkmək. Samovarı nikelləmək

    Tam oxu »