PÖRTMƏK

f.
1. Qırmızı olmaq, qırmızılaşmaq, qırmızı rəng almaq, qızarmaq.
Kiçikbəyimin buğdayı üzü pörtür, nəşə ilə əllərini ovuşdurur… Çəmənzəminli.
Gülşən pörtdü.
İşin içindən çıxmaq üçün yol axtardı. Ə.Vəliyev.

2. Üzdən yanmaq, yanıb qızarmaq, qarsaqlanmaq. Alov üzümü pörtdü.
– Uzun illərdən bəri oda yaxın olduğundan bu arvadın üzü … pörtmüşdü. Ə.Əbülhəsən.

3. Qaynar suya salıb çıxarmaq, üstünə qaynar su tökmək; pörtləmək.
Aşpaz xoruzu pörtmək üçün qaynar su ilə dolu bir qazana salır. (Nağıl).
[Çərkəz:] Pencər yaxşıdır. Heç bu il nubar eləməmişəm.
İstəyirsən balığı da pörtdət. İ.Şıxlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PÖRTMƏK qızarmaq — bişmək

Etimologiya

  • PÖRTMƏK Qaqauz dilində örtlenmek sözü ruscaya “жечь”,” палить” kimi tərcümə olunub. Güman edirəm ki, pörtmək və ört (od) sözləri qohumdur
PÖRTMƏ
PÖRTÜLMƏ

Digər lüğətlərdə

возвеще́ние выводно́е децили́тр зала́пать лотово́й разъезжа́ть раско́со надо́лго разгово́рчик сверхтяжёлый серебро́ asphyxiant cystoscope endoblast incept Jabberwocky non-union restless schmoe solvent tuberculosis ерошить перемолачивать пройтись тысяча