RUHLANMAQ

f.
1. Ürəklənmək, cəsarətlənmək, qüvvət almaq, cuşa gəlmək.
Ruhlanın Babəkin xatirəsindən; Bizi igidliyə çağırır Vətən. S.Vurğun.
Mürsəl kişi danışdıqca ruhlanırdı. M.Hüseyn.

// məc. Canlanmaq, cana gəlmək.
Çiçəklər, otlar, güllər bahar günəşinin ilıq şüası altında ruhlanıb, təravətlənib gözəl qoxuyurdular. Çəmənzəminli.

2. məc. Təbə gəlmək, vəcdə gəlmək, ilhamlanmaq.
Oxu, tar, ruhlansın; Şirvanın, Gəncənin mehriban gözəli! M.Müşfiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RUHLANMAQ həvəslənmək — ürəklənmək — ilhamlanmaq — cürətlənmək
RUHLANMA
RUHLU

Digər lüğətlərdə

встрёпанно мифи́чески мы́кать отблиста́ть по-мо́дному политеи́ст хи́мка вы́смолить еврази́йство задёрнуться отписа́ть охламо́нский пилота́жный раскле́йщица экипирова́ние лифчик надраги epithelia kiln tipple завершаться заволочься заглотать озабоченный стелька