is. Düyü, buğda və s. hövsərləmək, yaxud şey qoymaq və ya başqa məqsədlər üçün enli taxtadan oyulmuş ağacdan hazırlanan dayaz, girdə, ya uzunsov qab. Böyük tabaqlara buğda töküb isladardılar. H.Sarabski. [Fatma arvad] obaşdandan qalxıb çirmənmiş, tabağı qabağına qoyub, pud yarım buğda unundan xəmir yoğurmuşdu. Mir Cəlal. // Təknə. Bəzən Mələk bacı işdən qayıdarkən eyvanda stolun üstündə dəyirmandan yenicə gətirilmiş bir tabaq un, təzə bişirilmiş çörək və ya bir dolça süd görərdi. Ə.Sadıq.
← TAB

is. [fars.] Güc, qüvvət, taqət. Əlinin tabı yoxdur.

TABAQÇA →

is. Kiçik tabaq, balaca tabaq. Tabaqçada xəmir yoğurmaq.