İbrahim bir tilsim oxuyub, oldu tülkü, çıxıb kolun dibindən, yapışdı dəbrüşün boğazından, boğub öldürdü. ( ).
Bir tilsim oxuyub, oğlan oldu həminki Qaraqaş, özü də yıxılıb yatdı. ( ).
□ Tilsim etmək – bax tilsimləmək.
Tilsimə düşmək – 1) bax tilsimlənmək.
[Gülzar Bəhruza:] Düz deyirəm, oğul, sən bu evdə tilsimə düşmüsən.
Amma indi [Zəhra] elə bil tilsimə düşmüşdü. ;
2) dan. çətinliyə düşmək, dolaşığa düşmək. İşi tilsimə düşmək.
Tilsimə salmaq – bax tilsimləmək.
[Dərviş] Qaraqaşı görən kimi nə ki tilsimlər vardı, oxudu ki, Qaraqaşı tilsimə salsın. ( ).
[Telli arvad:] Baxıram bu sədr qızının gözlərinə, elə bilirəm, igidləri tilsimə salan sehr-cadudur.