YIĞINTI

is.
1. Qalıqlardan, tullantılardan, tör-töküntüdən və s.-dən yığılmış qalaq. Dəmir tullantı yığıntısı. Zibil yığıntısı.
– Əjdər bir az da uzaqlaşmalı, kənardan, daş və qum yığıntılarının arası ilə getməli oldu. S.Rəhman.

2. Çay və yağış suları ilə gəlib çökən dağ süxurları qırıntıları (daş, qum, lil və s.).
Şiddətli yağmurun yığıntısını toplayan və azğın seli gətirən qorxunc dərələrin üstündən körpülər salınırdı. S.Rəhimov.

3. Sif. mənasında. Müxtəlif yerlərdən toplanma, müxtəlif yerlərdən gəlib cəmləşmiş, camaatı müxtəlif yerlərdən gəlmə adamlardan ibarət olan. Yığıntı məhəllə. Yığıntı kənd.

Antonimlər (əks mənalı sözlər)

  • YIĞINTI YIĞINTI – DAĞINTI Əjdər bir az da uzaqlaşmalı, kənardan, daş və qum yığıntılarının arası ilə getməli oldu (S
YIĞINCAQ
YIĞIŞ

Digər lüğətlərdə

Викто́рия измоча́ленный нисповерже́ние преанекдоти́чно сторожи́ться гимнастёрочка голубе́нь мя́коть негати́вно окуна́ть рабо́та резисте́нтность ри́сочка сарди́нка увлажни́ться arenaria baleen deck start fossae halter-neck market-day nucleophile off-corn ptyalin reusable