ZABİTƏLİ

sif. Zabitəsi olan, nizam və intizam tələb edən, çox ciddi və tələbkar olan, nüfuz və təsir gücünə malik olan. Zabitəli adam. Zabitəli müəllim. Zabitəli müdir.
– Zərrintac xanım … dönüb zabitəli bir əda ilə Alagözü çağırdı. S.Rəhimov.
Bəlkə, Həpir özünü zabitəli (z.) hiss etdirmək üçün qəzəblə gəlirdi? Mir Cəlal.
Qız da nə isə başqa milis işçilərindən bir az seçilən bu zabitəli oğlana baxıb gülümsündü. H.Seyidbəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZABİTƏLİ zabitəli bax 1. tələbkar 1; 2. intizamlı
  • ZABİTƏLİ tələbkar — ciddi

Antonimlər (əks mənalı sözlər)

  • ZABİTƏLİ ZABİTƏLİ – YUMŞAQ Qız da nə isə başqa milis işçilərindən bir az seçilən bu zabitəli oğlana baxıb gülümsündü (H
ZABİTƏ
ZABİTƏLİLİK

Digər lüğətlərdə

анте́й вскры́ша миловаться обескура́женность окопа́ть остране́ние отверде́ние пересочине́ние пури́ны светли́ца вавило́нский ве́яный наду́мать процити́ровать согра́ждане эпопе́я deep-seated give forth green ban Sublime Porte Tipperary urbane ездовой обмолот фацеции