Azərbaycan dastanlarının leksikası

  • SƏMÜZ

    Kök. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SƏNƏK

    Su daşımaq üçün misdən və ya gildən hazırlanmış qulplu, qarınlı, darboğaz qab; güyüm. Axşamdan yağan qar çıxıbdı dizə, Kəsilib bulaxdan yolu qızların

    Tam oxu »
  • SƏNG FARS

    Daş. Fərhad qaya çapar, sənginə yetməz, Kimsə ərənlərin dənginə yetməz, Heç cəng o mövlanın cənginə yetməz, Ya Rum, ya Qeysər, ya Firəng ola

    Tam oxu »
  • SƏNUBƏR ƏRƏB

    1. Şam ağacı, küknar ağacı. 2. Gözəlin qaməti. Sürahi gərdənsiz tamam xoşnəzər, Bir güllü bağlara edirsiz güzar

    Tam oxu »
  • SƏR FARS

    1. Baş. 2. Ən yaxşı, əla. Yanaram, yanaram, tütünüm tütməz, Ah çəkərəm, ahım kimsəyə yetməz, Əslimin sevdası sərindən getməz, Əcəb rüsvay olub dillərd

    Tam oxu »
  • SƏRÇEŞMƏ

    fars. sər və çeşmə Çeşmə başı, bulaq başı. Geyinib Abbas ilə bərabər təzədən atlanıb, Abbasınan haman sərçeşmə üstə dayanmışdı ki, gördülər qoşun səda

    Tam oxu »
  • SƏRƏNCAM FARS

    Nəticə, aqibət, son. Yüz il də olasan bir bağa bağban, Axır sərəncamı bağ sənə qalmaz. Nə can qalar cəsədinin içində, Nə də ki, cəsədin sağ sənə qalma

    Tam oxu »
  • SƏRGƏŞTƏ FARS

    1. Heyran, çaşqın, çaşmış. 2. Sərsəm. 3. Məcazi mənada: aşiq. Sərgəştə canım olsun birinə qurban bunların, Sinəyə, sima gərdənə tökülüb gəysuların, Bə

    Tam oxu »
  • SƏRİB

    Sərib-pırtmaq – yerləşdirib əzmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SƏRMƏRMƏK

    Yuxudan birdən-birə sıçrayaraq oyanmaq, sayıqlayaraq oyanmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SƏRMÜZƏ FARS

    Çəkmə (ayaqqabı), qaloş tipli yapı. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SƏRNİGUN

    Bax: sərnügun.

    Tam oxu »
  • SƏRNİGÜN

    Bax: sərnügun.

    Tam oxu »
  • SƏRNÜGUN FARS

    1. Başıaşağı. 2. Alt-üst olmuş, devrilmiş. 3. Məcazi mənada: talesiz, bədbəxt. Şah sağ olsun, sənin düşmənlərinin sərnügun olmasını və sənin sağlığuvi

    Tam oxu »
  • SƏRPA

    fars. sər – baş, pa – ayaq Başdan-ayağa, bütün, tamamilə. Meydanı sərpa dolanıb atının cilovunu çəkib durdu

    Tam oxu »
  • SƏRPƏ-SƏRPƏ

    Səpə-səpə. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SƏRRAF ƏRƏB

    1. Pul dəyişdirən, pul xırdalayan. 2. Qiymətli şeylər taciri. 3. Məcazi mənada: tez başa düşən, arif, bilici

    Tam oxu »
  • SƏRTAC FARS

    1. Baş tacı. 2. Məcazi mənada: əziz, istəkli, sevimli. Sən mənim canımsan, canı-cananım, Sabahım, sərtacım, dinim, imanım, Sana qurban olsun bu Nərgiz

    Tam oxu »
  • SƏRV FARS

    İynəyarpaqlı, həmişəyaşıl ağac. Klassik şeirdə uca qamət bu ağaca bənzədilir. Dastanlarda həm həqiqi mənada, həm də məcaz kimi işlədilir

    Tam oxu »
  • SƏYYAD ƏRƏB

    Ovçu. Ay gözəl qız, səd afərin əslinə, Alagözlüm, tərlanımı gətir ver! Mənəm bu tərlanın ovçu səyyadı, Alagözlüm, tərlanımı gətir ver!                

    Tam oxu »
  • SIĞAMAQ

    Sıxmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SIĞIN

    Sığır, dağ keçisi. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SIĞINU

    Sığınaraq, sığınıb. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SIĞIRI

    Mal-qara gönündən tikilmiş uzunboğaz çəkmə. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SIĞIRTMAC

    Sığır otaran, çoban. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SIQLAMAQ

    Sıtqamaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SIQMAQ

    1. Sıxmaq, təzyiq etmək. 2. Suyunu çıxarmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SIMAQ

    Sındırmaq, qırmaq, parçalamaq; məğlub etmək, məhv olmaq, qırılmaq, məğlub olmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SINAYU GƏLMƏK

    Sınamağa gəlmək, sınayaraq gəlmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SINIRLAMAQ

    Kirişləmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SINIRLI

    Kirişli, köşə sarılmış, köşə ilə bərkidilmiş, möhkəm. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SIRAVARDI

    Sıra ilə, növbələşərək, bir cərgədə, bir sırada, bir-birinin ardınca. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SIRÇA

    Şüşə. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SIRILMAQ

    Sıyrılmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SİB FARS

    Alma. Qul Allahquluyam, ay nəsib eylə! Şəcərdən baş verib, ay nə sib eylə, İskəndər mülküdü, aynası beylə, Nə Cəmşid padşah, nə də cam qaldı

    Tam oxu »
  • SİBİ-ZƏNƏXDAN

    Sevgilinin yanağında batıq yer. Sibi-zənəx, püstə dəhan, ləli nab, Nəfəsi gül kimi, müşk ənbər olsun

    Tam oxu »
  • SİCİM

    Yundan, keçi qılından əyrilmiş ip. Biri dedi: – Mən oğlanın adını qoymuşam Sicimqulu, sicim kimi uzun ömrü olsun

    Tam oxu »
  • SİDQ ƏRƏB

    1. Doğruluq, gerçəklik. 2. Sədaqət, səmimilik, ürək təmizliyi. Dərdimi söylərəm mən yana-yana, Sidqimi bağladım qadir sübhana, Biçarə lələni saldın hi

    Tam oxu »
  • SİDQİ BİTÜN

    Tam səmimiyyətli, möhkəm inamlı. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SİLCƏK

    Silincə, silən kimi. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SİLMƏ

    Ağac, əlağacı. Bostançı razı oldu. Niyə də olmasın? Köhnə paltar verib, təzə paltar alırdı. Seydi bostançı tatdan bir silmə (ağac) də aldı, oldu bosta

    Tam oxu »
  • SİN ƏRƏB

    İnsanın yaşı. Paşanın varı, dövləti həddən ziyada idi. Amma sini keçmişdi, hələ bir övladı yox idi. (“Novruz”)

    Tam oxu »
  • SİN-SİN

    İtlərin ağlayırmış kimi çıxardıqları səsin təqlidi, zingildəmə. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SİN-SİN SİNLƏMƏ

    İtin yanıqlı zingildəməsi. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SİNAVAR

    Samovar (rus mənşəli sözdür). Sarı sinavardı, hazar peşədi, Ağ eyvan otaqdı, büllur şüşədi, Mən Novruzam, atam Kərim paşadı, Hanı sağı-soldaqullarım m

    Tam oxu »
  • SİNLƏMƏK

    Sızıldamaq; zingildəmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SİNN

    Bax: sin.

    Tam oxu »
  • SİPARA

    fars. siparə Quranın bölündüyü 30 cüzdən hər biri. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SİTARA FARS

    Ulduz. Ay ağalar, sinəm üstü yaradı, Kor taleyim mənim nə sitaradı? Deyirlər Məmmədin baxtı qaradı, Xan Səlbiyi keçirmişəm tora mən

    Tam oxu »
  • SİTƏM FARS

    Zülm, əziyyət, cəfa. Fələk zəhər qatdı çoxlar aşına, Çoxlar ömrün tamam eylədi bir gün. Min bəla gətirdi axır başına, Sitəmindən həzər söylədi bir gün

    Tam oxu »