Azərbaycan dilinin dialektoloji lüğəti.

  • ŞİPƏLƏMƏG

    (Salyan) yerləşdirmək, sığışdırmaq

    Tam oxu »
  • ŞİR

    I (Biləsuvar) samovarın kranı. – Şiri ac, stəkana çay tökülsün II (Göyçay, Qax, Ordubad) rəng. – Şiri dulaba çəkillər (Ordubad) III (Dərbənd, Tabasara

    Tam oxu »
  • ŞİRABBIZ

    (Salyan) evi ağartmaq üçün istifadə edilən dəri parçası. – Keçmişdə öyeşigi şirabbıznan şirəliyirdilər

    Tam oxu »
  • ŞİRAFQA

    (Şəki) evin damında kirəmidin arasına düzülən xüsusi taxta. – Ay Usuf dayi, şirafqa satan yer bilmirsən?

    Tam oxu »
  • ŞİRANQUC

    (Bakı) novalça, yağış suyunun axması üçün nov. – Şiranqucdan yaman su gəlir

    Tam oxu »
  • ŞİRAVAN

    (Zaqatala) güclü yağış

    Tam oxu »
  • ŞİRAZ

    (Xanlar) çuvalın kənarlarındakı xüsusi tikiş ◊ Şiraz vurmax (Xanlar) – çuvalın kənarlarını xüsusi tikişlə tikmək

    Tam oxu »
  • ŞİRAZƏ

    (İrəvan) kitabın vərəqlərini saxlamaq üçün onun arxa tərəfinə vurulan tikiş. – Kitabın yaxşı şirazəsi var

    Tam oxu »
  • ŞİRAZƏÇİ

    (İrəvan) kitabın vərəqlərini tikən adam. – Əli yaxşı şirazəçidi

    Tam oxu »
  • ŞİRAZƏLƏMƏY

    (İrəvan) kitabın vərəqlərinin düşməməsi üçün onu arxa tərəfdən tikmək. – Bu kitabı sabah şirazələrəm

    Tam oxu »
  • ŞİRAZI

    (Cəbrayıl, Zəngilan) sacda bişirilən çörək növü. – Tavad xala şirazı bişirir (Cəbrayıl)

    Tam oxu »
  • ŞİRAZLAMAX

    (Çənbərək, Gədəbəy) cecim, xürcun, çuval və sairənin kənarlarını rəngli iplə, xüsusi sıx tikişlə tikmək

    Tam oxu »
  • ŞİRBƏDÜŞƏNDƏ

    (Bakı) qaynadıldıqdan sonra qurudulmuş əncir. – Bi:l şirbədüşəndə çox getirmişdim

    Tam oxu »
  • ŞİRBƏZ

    (Təbriz) yaltaq. – Şirbəzzər gələn kimin başlı:rdıla ona pay, mına pay

    Tam oxu »
  • ŞİRÇİ

    (Şahbuz, Şərur) rəngsaz. – Hər adamnan şirçi olmaz (Şərur); – Şirçi bı əvi şirrədi (Şahbuz)

    Tam oxu »
  • ŞİRDA

    (Qax) 1. qoyunun mədəsi 2. yoğun bağırsaq

    Tam oxu »
  • ŞİRDAN

    I (Qax) içi ətlə doldurulmuş qoyun bağırsağı II (Tabasaran) qursaq. – Mayya atadüg malun şirdanni

    Tam oxu »
  • ŞİREYİ

    (Bakı) üzüm növü

    Tam oxu »
  • ŞİRƏ

    I (Kürdəmir, Mingəçevir, Şamaxı, Şəki) evin divarlarını və torpaq döşəməsini ağartmaq üçün xüsusi gildən hazırlanmış məhlul

    Tam oxu »
  • ŞİRƏ-MALA

    (Bakı) dar. – İndi cavannar paltarı lap şirə-mala geyillər

    Tam oxu »
  • ŞİRƏXANA

    (Culfa) üzüm əzmək üçün xüsusi yer. – Şirəxanada üzüm əzirix’, indi doşab bişiririx’

    Tam oxu »
  • ŞİRƏXƏG

    (Bakı) doşab bişirilərkən üzüm şirəsinə qatılan xüsusi torpaq. – Ay ışağlar, birəz şirəxəg götürün mə:mçün, üzüm baseçegəm

    Tam oxu »
  • ŞİRƏK

    (Zaqatala) şum, şumlanmış yer

    Tam oxu »
  • ŞİRƏKİ

    (Culfa) yundan toxunmuş nazik cecim. – Paltarrarı yığ mərfəcə, şirəkini çək üstünə

    Tam oxu »
  • ŞİRƏQUL

    (Tovuz) arabanın qabaq tərəfində arabaçının oturduğu taxta

    Tam oxu »
  • ŞİRƏQUN

    (Goranboy) bax şirəqul. – Şirəqun iki olur, qavax şirəqunun üsdə oturullar, dal şirəqunu da bağlıyıllar ki, yük tökülməsin arabadan; – Şirəqun dörttək

    Tam oxu »
  • ŞİRƏLƏMAX

    (Şəki) evin divarlarını və torpaq döşəməsini xüsusi gildən hazırlanmış məhlulla ağartmaq. – Savax heş yana gidəmənəm, öy şirəliycam

    Tam oxu »
  • ŞİRƏLİ

    (Goranboy) emallı, üzərinə emal təbəqəsi çəkilmiş. – Şirəli laydarayı bura ver

    Tam oxu »
  • ŞİRƏPUS

    (Lənkəran, Şamaxı) bax şirəpuz

    Tam oxu »
  • ŞİRƏPUZ

    (Bakı) xüsusi gildən hazırlanmış məhlulla (şirə) divarı ağartmaq üçün istifadə edilən bir parça qoyun dərisi

    Tam oxu »
  • ŞİRƏŞƏR

    (Quba) eyvan

    Tam oxu »
  • ŞİRƏŞUM

    (Şahbuz) yaz şumu. – Yazın şumuna şirəşum deyirix’

    Tam oxu »
  • ŞİRƏYƏ ÇƏHMƏX’

    (Şərur) aldatmaq

    Tam oxu »
  • ŞİRİNQIZ

    (Masallı) 1. əmiarvadı 2. dayıarvadı. – Şirinqız, kefin necədir?

    Tam oxu »
  • ŞİRNƏK

    (Qazax) pambıq bitkisində olan xəstəlik adı

    Tam oxu »
  • ŞİRO:

    (İmişli) kökəlməyən (heyvan). – Şiro: heyvan kökəlməz

    Tam oxu »
  • ŞİRRAMA

    (Qazax) güclü, bərk (yağış). – Bir şirrama yağış yağır kın, gəl görəsəη

    Tam oxu »
  • ŞİRRAN

    I (Culfa, Şərur) damda yığılan suyu axıtmaq üçün nov, novça. – Yağış suyu şırrannan axır (Şərur); – Əvin şırranına bax, hava dolub, bəlkə yağış yağar

    Tam oxu »
  • ŞİRRƏMƏX’

    (Ordubad) rəngləmək. – Gə mə:m otağımı şirrə

    Tam oxu »
  • ŞİRTİ

    (Meğri) 1. abırsız 2. sırtıq. – Adam şirti olmaz, dey <daha> yekəlip yekə qız olmusaη

    Tam oxu »
  • ŞİRTODURU

    (Lənkəran) xörək adı

    Tam oxu »
  • ŞİRVANMAX

    (Ağbaba) yaltaqlanmaq

    Tam oxu »
  • ŞİŞ

    I (Basarkeçər, Kəlbəcər) su dəyirmanının bir hissəsi. – Şişin bir üjü topda olor, bir üjü də təvərədə II (Dərbənd, Tabasaran) çəngəl

    Tam oxu »
  • ŞİŞƏX’

    (Ağdam, Ağdərə, Biləsuvar, Cəbrayıl, Culfa, Füzuli, Goranboy, Xocavənd, Kəlbəcər, Qax, Mingəçevir, Oğuz, Ordubad, Tərtər, Tovuz, Zəngilan) ilk dəfə qo

    Tam oxu »
  • ŞİŞKİN

    (Basarkeçər) təkəbbürlü, lovğa. – Əli yaman şişkin adamdı

    Tam oxu »
  • ŞİŞQOY

    (Çənbərək) şiş təhər, bir az şiş. – Yara acca şişqoydu

    Tam oxu »
  • ŞİŞMEX’

    (Şəki) torpağa toxum basdırmaq üçün ucu şiş gödək ağac. – Şişmex’nən quy eliyif lovya saçiyıx

    Tam oxu »
  • ŞİŞMƏ

    (Göyçay) keyfiyyətsiz barama. – Keşmişdə şişməyi atırdığ

    Tam oxu »
  • ŞİT

    (Qax) naxış. – Axçamaydın <axşamadək> şitdəri qurtardım

    Tam oxu »
  • ŞİTƏK

    I (Zərdab) tərəcə hörərkən qamışların arasına qoyulan nazik ağac. – Kamal, tərəcə üçün yüz iyirmi şitək hazırra II (Kürdəmir) tumu şirin kəlik; yetişm

    Tam oxu »