Azərbaycan dilinin dialektoloji lüğəti.

  • ÇAĞIRMAX

    I (Şəmkir) demək, söyləmək. – Keşmiş sözdü, heş çağırmamışam II (Dərbənd, Qax, Şəki, Zaqatala) banlamaq

    Tam oxu »
  • ÇAĞLAMAX

    (Culfa) pambığın alağını vurmaq

    Tam oxu »
  • ÇAĞLI

    (Salyan) qədər. – Əgər durub yığson, bağda iki yeşik çağlı üzüm var

    Tam oxu »
  • ÇAXÇAX

    (Balakən, Gədəbəy, Kürdəmir, Qazax, Qax, Zaqatala) 1. yerə basdırılmış dirəklərə köndələn ağaclar vurmaqla düzəldilən hasar (Zaqatala, Balakən, Kürdəm

    Tam oxu »
  • ÇAXÇAVER

    (Borçalı) çoxdanışan. – Çoxdanışan adama çaxçaver de:llər

    Tam oxu »
  • ÇAXÇİLLƏMƏX’

    (Çənbərək) sahmana salmaq, hazırlamaq. – Mahmıt pə:ni çaxçillədi hamıdan qavax

    Tam oxu »
  • ÇAXÇUR

    (Bakı, İsmayıllı, Şamaxı) bax carcur I. – Uzaq yerə gedəndə arvatdar çaxçur giyillər (Bakı); – Palçıxdı, çaxçurumu gəti giyim (Şamaxı)

    Tam oxu »
  • ÇAXFƏRƏNG

    (Lənkəran) çərpələng. – Uşaxlar bayram güni çoxli çaxfərəng buraxmışdılar

    Tam oxu »
  • ÇAXMA

    (Quba) armud növü. – Dünən üç girvənkə çaxma aldım

    Tam oxu »
  • ÇAXMAX

    (Kəlbəcər) qapaq. – Damın bajasına taxtadan çaxmax salırıx

    Tam oxu »
  • ÇAXMIR

    I (Meğri) çox göy (gözə aiddir). – Qırışmalın gözləri niyə belə bəs çaxmırdı? II (Meğri) iri qaratikan

    Tam oxu »
  • ÇAXNAX

    (Göyçay, Ucar) gölməçə

    Tam oxu »
  • ÇAXNAXÇI

    (Gəncə, Xanlar) aravuran, araqarışdıran. – Adamların arasın vırana de:rix’ çaxnaxçı (Xanlar)

    Tam oxu »
  • ÇAXRAX

    (Gədəbəy, Gəncə, Xanlar) daşlı-kəsəkli, qeyri-məhsuldar yer. – Çinarın kökü çaxraxdadı (Gəncə); – Çaxraxdan yaxşı qartof çıxmer (Gədəbəy)

    Tam oxu »
  • ÇAXRAXÇI

    (Qazax) xəbərçi, araqarışdıran. – Mənnən çaxraçı adam olmaz

    Tam oxu »
  • ÇAXU

    (Balakən) doğar qoyun. – İskəndərin beş baş çaxusu var

    Tam oxu »
  • ÇAK

    çak iləmağ: (Dərbənd) əzmək, xarab etmək. – Hayvanı çak iləyib gətimisən

    Tam oxu »
  • ÇAKU

    (Zaqatala) qoç. – Çox döyül ki, beş çakum var

    Tam oxu »
  • ÇAQQAL

    (Qəbələ, Oğuz) kiçik qotman ◊ Çaqqala vurmax – qotmanlamaq, qotman halında yığmaq. – Nəsir çaldığı otu çaqqala vurdu

    Tam oxu »
  • ÇAQQALA

    (Culfa, Qarakilsə, Naxçıvan, Ordubad, Şərur, Zəngilan) kal, yetişməmiş (meyvə). – Ərix’ hələ çaqqaladı, dəymi:f (Zəngilan); – Əriyi çaqqala yemə, qızd

    Tam oxu »
  • ÇAQQALARMIDI

    (Ağdaş) cır armud. – Çaqqalarmıdı çox qalan armıddı

    Tam oxu »
  • ÇAQQALBAŞI

    (Ağcabədi) çubuqları bir neçə dəfə kəsilmiş hər hansı bir ağacın toppuzlaşmış baş hissəsi. – Çaqqalbaşını ojaxda, puşda yandırırıx

    Tam oxu »
  • ÇAQQALÇARIĞI

    (Xanlar) uşaqların çeyil (b a x II) otundan barmaqları arasına keçirib toxuduqları kiçik oyuncaq, çarıq

    Tam oxu »
  • ÇAQQALSÜRÜTMƏSİ

    (İmişli) uşaq oyunu adı. – Oxərtə çaqqalsürütməsi oyneyib, əyağa dura bilmir

    Tam oxu »
  • ÇAQQANA

    (Cəbrayıl) pambıq qərzəyi. – Uşaxlar pambux yığanda çoxun çaqqanada qoyur

    Tam oxu »
  • ÇAQQANAĞ

    I (Kürdəmir, Salyan) bax çaqqana. – Çaqqanağları təndirə at, çörək yapacam (Kürdəmir) II (Salyan) balıqqulağı

    Tam oxu »
  • ÇAQQI

    I (Meğri, Ordubad) cib bıçağı. – Çaqqı polatdan olar (Ordubad); – Şəhərdən mq: bir çaqqı alarsan (Meğri) II (Cəbrayıl) soyuq

    Tam oxu »
  • ÇAQQILDAX

    (Qazax) qoyunların yununa yapışıb qurumuş qığ ◊ Çaqqıldax bağlamax – qoyunların yununa qığ yapışıb qurumaq

    Tam oxu »
  • ÇAQQIŞMAĞ

    (Salyan) yola getməmək. – Müdür düz bir aydı mənnən çaqqışır

    Tam oxu »
  • ÇAQQIŞMAX

    (Cəlilabad) yumurta döyüşdürmək. – Yumırtda qoymırduğ, dəyişirdüy, çaqqışırduğ

    Tam oxu »
  • ÇAQQU

    (Dərbənd) 1. b a x çaqqı I. – Çaqqu balaca ulutdu 2. qatlanmayan bıçaq. – Bir çaqqum var, heç kəsmiyədi

    Tam oxu »
  • ÇAL

    (Xanlar, Qax, Qazax) dağ döşü, yamac. – O dağın bəri döşünə çal de:rix’ (Xanlar); – Büyün Əjdər qoyunu oxarıdakı çalda otarerdı (Qazax)

    Tam oxu »
  • ÇALA

    I (Kürdəmir, Şəki) lək, çəltik ləki. – Çalaları süynən dolduruf üsdünnən çəltiyi saçiylər; – Çalaları donquz dağıtdı (Şəki); – Bı çala suvarılmamış qa

    Tam oxu »
  • ÇALAĞANÇARDAĞI

    (Zəngilan) uşaq oyunu adı. – Gəlin çalağançardağı oynuyax

    Tam oxu »
  • ÇALASƏR

    (Naxçıvan, Ordubad) mətbəxdə su saxlamaq üçün quyuya oxşar yer. – Çalasərin suyuni təzələ (Ordubad)

    Tam oxu »
  • ÇALASI

    I (Ağcabədi, Ağdam, Borçalı, Böyük Qarakilsə, Çənbərək, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Xanlar, Kəlbəcər, Qax, Qarakilsə, Qazax, Tovuz, Salyan, Ş

    Tam oxu »
  • ÇALATI

    (Şəki) bax çalası I. – Fatmiyə dinə bi dıqıdı çalatı versin

    Tam oxu »
  • ÇALAY

    (Ordubad) azacıq böyümüş, yetişməmiş yemiş

    Tam oxu »
  • ÇALCAR

    (Şərur) vəl

    Tam oxu »
  • ÇALÇAMIR

    (Gədəbəy) palçıq. – Pu sa:t dağe:tməyin ləzəti yoxdu, çalçamırdı yeryurt

    Tam oxu »
  • ÇALÇIDAR

    (Gədəbəy) dolaşıq, qarışıq. – Onda yaman çalçıdardı işdər

    Tam oxu »
  • ÇALDIRMAX

    (Gədəbəy) üyütdürmək. – Gediη nən bir az dən çaldırıηnan

    Tam oxu »
  • ÇALƏ

    (Lerik) maya

    Tam oxu »
  • ÇALGEÇİR

    (Meğri) xəbərçi, sözgəzdirən. – Xanlar çux çalgeçir adamdı

    Tam oxu »
  • ÇALĞI

    I (Balakən, Basarkeçər, Cəbrayıl, Gədəbəy, Yardımlı, Goranboy, İmişli, Qazax, Oğuz, Şəki, Şuşa, Tovuz, Ucar) bax çalqi

    Tam oxu »
  • ÇALĞILAMAX

    (Cəbrayıl, Gədəbəy, Şəki, Şuşa) çalğı ilə süpürmək, təmizləmək. – Eşiyi çalğılıyıf palazı salıf otu:rux (Şəki); – Tez oluηnan buraları çalğılaηnan, a

    Tam oxu »
  • ÇALĞU

    I (Cəbrayıl, Zəngilan) bax çalqi. – Çalğunu gəti, bıraları çal, təmizdə (Zəngilan); – Təbriz qarı çalğuynan süpürdü (Cəbrayıl) II (Dərbənd) bax çalqu

    Tam oxu »
  • ÇALXAÇI

    (Bərdə, Gəncə, Xanlar) xəbərçi, araqarışdıran. – Çalxaçı adamnan mə:m zəhləm gedir (Gəncə)

    Tam oxu »
  • ÇALXAMA

    (Böyük Qarakilsə, Xanlar) ovduq

    Tam oxu »
  • ÇALXAR

    (Laçın, Meğri, Naxçıvan) tuluq. – Çalxarı təmiz saxla (Laçın); – Yəxşi çalxar dübir dəisinnən, dana dərisinnən uley (Meğri)

    Tam oxu »