Azərbaycan dilinin dialektoloji lüğəti.

  • KƏKBİR

    (Qazax) kəfgir. – Xingalı qazannan kəkbirnən çəkəllər

    Tam oxu »
  • KƏKƏMAZ

    (Salyan) bax katamaz. – İnəg doğannan so:ra ilk sütün pişirirsən olur kəkəmaz

    Tam oxu »
  • KƏKƏRDİ

    (Zəngilan) qab-qacaq yığılıb daşınan iri xurcun

    Tam oxu »
  • KƏKƏŞ

    (Cəbrayıl) lovğa

    Tam oxu »
  • KƏKƏŞDƏMMƏX’

    (Cəbrayıl, Meğri) lovğalanmaq. – Nə kəkəşdənirsən, a Nərman, səni tanımırıx? (Meğri)

    Tam oxu »
  • KƏKƏZZƏMƏG

    (Salyan) çımxırmaq. – Kimin ussünə kəkəzzənirsən, onı yiyəsiz görmisən nədi?

    Tam oxu »
  • KƏKİL

    (Füzuli, Qazax) cır tut ağacı. – Kəkil gəri yaxşı yammaz (Füzuli)

    Tam oxu »
  • KƏKİLDARAX

    (Dərbənd, Qax, Zaqatala) bax keklitarax

    Tam oxu »
  • KƏKLİYİ AZMAĞ

    (Bakı, Salyan) məc. mədəsi pozulmaq. – Neçə gündü kəkliyim azıb, heç nə istemirəm (Bakı)

    Tam oxu »
  • KƏKOY

    (Qazax, Tovuz) pəltək

    Tam oxu »
  • KƏKRƏ

    (Naxçıvan, Salyan) acı ot

    Tam oxu »
  • KƏKRİ

    (Tovuz) dəmirçilikdə işlədilən alət adı. – A Kərim, o kəkriyi gəti baltıyı düzəldəx’

    Tam oxu »
  • KƏKÜŞDÜ

    (Gədəbəy) gəlmə. – Bizim kətdə də kəküşdülər var

    Tam oxu »
  • KƏL

    I (Şəki) keçəl ◊ Kəl olmax – keçəl olmaq. – Başına yara düşüf kəl o:ltdı II (Ordubad) üzüm tənəyinin cavan zoğu

    Tam oxu »
  • KƏLBƏZ

    kəlbəz vaxtı: (Ucar) ciftləşmə vaxtı. – Kəlbəz vaxdı donuz adama hücum eliyir

    Tam oxu »
  • KƏLBUĞA

    (Kəlbəcər) buğaya gəlmə həddinə çatmış camış düyəsi. – Kələ:lənə kəlbuğa de:rıx

    Tam oxu »
  • KƏLƏ

    (Ağcabədi, Qazax, Tovuz) buğa. – Alma kələ, satma pələ, tutam buynuz, tüşməz ələ (Ağcabədi)

    Tam oxu »
  • KƏLƏ-KÜLƏ

    (Ordubad) çınqıllıq, xırda daşlıq. – Kələ-külədə əkin olmaz; – Bı yerrər qabaxda kələ-küləydi

    Tam oxu »
  • KƏLƏBAŞ

    (Salyan) yekəbaş; qanmaz. – Sən kələbaşsan, səni başa salmağ çətindi

    Tam oxu »
  • KƏLƏCİ

    (Ordubad) suda əzilmiş qurut. – Qurudun suda əzilmişinə kələci deyərıx

    Tam oxu »
  • KƏLƏCOŞ

    I (Basarkeçər, Borçalı, Gəncə, Qazax, Tərtər) qurut, yağ və kartofdan hazırlanmış xörək. – Anam daddı kələcoş pişirmişdi, doyuncax yedim (Basarkeçər);

    Tam oxu »
  • KƏLƏÇ

    (Cənubi Azərbaycan) dəyirmanda taxıl ölçmək üçün işlədilən qab, ölçü qabı. – Kələçi yaxşı doldur

    Tam oxu »
  • KƏLƏÇƏR

    (Çənbərək, Gədəbəy) çoxbilmiş. – Yamanca kələçər kişidi, alladammasan onu sən (Gədəbəy)

    Tam oxu »
  • KƏLƏÇİ

    (Qazax) kiçik kələf. – Maηa bir kələçi if borc ver

    Tam oxu »
  • KƏLƏDAYI

    (Salyan) kobud, mərifətsiz. – Kələdayı olma

    Tam oxu »
  • KƏLƏDURAN

    (Tovuz) bax kaladuran

    Tam oxu »
  • KƏLƏFƏTİR

    (Ağcabədi, Borçalı, Cəbrayıl, Qazax) fəsəlidən bir qədər böyük və nazik şəkildə yağsız bişirilən çörək

    Tam oxu »
  • KƏLƏFIR

    (Gədəbəy) bax kalafır. – Kələfırı yağda pişirrəx’

    Tam oxu »
  • KƏLƏFLƏMƏX’

    (Füzuli) yumaqlamaq. – Yunu ku əyriv qutardıx, qutarannan ayna mını sarıyırıx, çəvrif kələfliyirix’

    Tam oxu »
  • KƏLƏG

    (Cəlilabad) əkin sahələri arasında torpaq topasından düzəldilən nişan ◊ Kələg vırmağ – əkin sahələri arasında nişan qoymaq

    Tam oxu »
  • KƏLƏXUVAGİ

    (Dərbənd) gəlinin sağdışı və soldışı. – Gəlinin kələxuvagiləri övbəöv gezüb tuyə diyədülər

    Tam oxu »
  • KƏLƏK

    I (Qazax, Tovuz) kiçik, keyfiyyətsiz qovun və ya qarpız. – Kələyi yeməzdər, adam naçaxlar (Qazax) II (Yardımlı) divar

    Tam oxu »
  • KƏLƏKEY

    (Culfa, Qarakilsə, Laçın, Ordubad, Zəngilan) yeni doğmuş heyvanın ilk südündən bişirilən yemək. – Mən sə:r inəyin kələkeyin yemişəm (Ordubad)

    Tam oxu »
  • KƏLƏKƏ

    (Ağdam, Cəlilabad, Culfa, Göyçay, İmişli, Kəlbəcər, Masallı, Ordubad, Sabirabad, Salyan, Şahbuz, Zəngilan) bax kələkey

    Tam oxu »
  • KƏLƏMAMA

    (Dərbənd) bayquş. – Şa:- pərünün damində kələmama çux uturutdu

    Tam oxu »
  • KƏLƏMBİR

    (Şərur) istiot. – Kələmbirəm qalxaram; Qızılgüldən qorxaram

    Tam oxu »
  • KƏLƏMO

    (Zərdab) balıq növü adı. – Oğlan bazarda kələmo satırdı

    Tam oxu »
  • KƏLƏMSUYUĞU

    (Ağdaş) kələm və düyüdən hazırlanmış xörək. – Bu gün kələmsuyuğu yedim

    Tam oxu »
  • KƏLƏMÜLƏ

    (Kürdəmir) başbilən, ağsaqqal

    Tam oxu »
  • KƏLƏNBİR

    (Naxçıvan) ağac adı. – Bırda kələnbir çox bitir

    Tam oxu »
  • KƏLƏNTƏ

    (Cəbrayıl, Culfa, Ordubad, Ucar) dəryaz. – Ədil kələnteynən ot vurur (Cəbrayıl)

    Tam oxu »
  • KƏLƏNTƏR

    I (Bakı, Bərdə) kök, sağlam. – Ziveydə kələntər arvatdı (Bərdə) II (Cəlilabad) bilikli, çoxbilmiş. – Oların axılkəsənnərinnən iki kələntər arvad gətir

    Tam oxu »
  • KƏLƏNTİ

    (Culfa, Ordubad, Ucar) bax kələntə. – Kələntiynən ot biçəllər

    Tam oxu »
  • KƏLƏPIR

    (Gədəbəy, Xanlar) bax kalafır. – Əti dorğoysan, yağda pişireysən, oloy kələpır (Xanlar)

    Tam oxu »
  • KƏLƏPIRT

    (Basarkeçər) bax kalafır. – Heyvanın ətinnən teccə bir kələpırt qayır yə:x’

    Tam oxu »
  • KƏLƏSƏR

    (Ağcabədi, Ağdam, Füzuli, Göyçay, Ucar, Tərtər) təzə əkilmiş tənək. – Bı kətdə kələsər çoxdu (Ağcabədi); – O təzə əkilmə tənəx’lərə kələsər de:rix’, a

    Tam oxu »
  • KƏLƏTAN

    (Ordubad) hörümçək. – Bizdər hörümçəx’ demərıx, kələtan deyərıx

    Tam oxu »
  • KƏLƏVƏR

    (Füzuli) bitki adı

    Tam oxu »
  • KƏLƏY

    (Qarakilsə, İmişli, Şahbuz) yan tərəfləri daşla hörülmüş ağıl, heyvan salınan yer. – Yayda malı kələyə salırıx (Qarakilsə); – Kələyə ma salıllar (Şahb

    Tam oxu »
  • KƏLƏZ

    (Qax, Qazax, Quba, Oğuz, Şəki, Zaqatala) kərtənkələ. – İlana ağı verən kələz olar (Şəki)

    Tam oxu »