Azərbaycan dilinin dialektoloji lüğəti.

  • PİPİG

    (Göyçay) narın çiçək olan tərəfi

    Tam oxu »
  • PİRAN

    (Ağdam, Cəbrayıl) yabanı bitki adı. – Mən qurdu pirannan şaxladım (Cəbrayıl)

    Tam oxu »
  • PİRDAX

    pirdax durmağ: (Şamaxı) yapıxmamaq. – Qıyığı gənnən vır ki, yorğança pirdax dursun

    Tam oxu »
  • PİRƏC

    (Zərdab) paltar sərmək üçün ip. – Yuyulmuş paltarları pirəcdən as

    Tam oxu »
  • PİRƏM

    (Bakı, Əli Bayramlı) yonqar. – Pirəm ocağda yaxçı yanar; – O pirəmləri yığ, bas piçə (Bakı)

    Tam oxu »
  • PİRƏN

    (Tərtər) bax piran. – Pirən qışdax yerrərində çox olur

    Tam oxu »
  • PİRKAR

    (Salyan) doyunca. – Lap pirkar yidim, çox sağ ol!

    Tam oxu »
  • PİRPİNƏG

    (Dərbənd) bax pilpireg. – Papağində pirpinəg uturmuşdu, hiç xəbəri də yuxdu

    Tam oxu »
  • PİSDƏQARIN

    (Bakı, Salyan, Şamaxı, Şuşa) azyeyən. – Çimnaz pisdəqarın uşağdı (Salyan); – Əli yaman pisdəqarın adamdı (Şamaxı)

    Tam oxu »
  • PİSDİKLİK

    (Şərur) cüzam xəstəliyi

    Tam oxu »
  • PİSGƏ

    (Tabasaran) bax piskə

    Tam oxu »
  • PİSGƏNDƏ

    (Bakı) qabığı soyulub qurudulmuş əncir

    Tam oxu »
  • PİSİX’MƏX’

    (Gəncə, Şəmkir, Tovuz) dilxor olmaq. – Həsən toyda yaman pisix’di (Gəncə); – Pisix’mə, qardaş adamı daηlıyar da:! (Şəmkir)

    Tam oxu »
  • PİSKƏ

    (Dərbənd) daban, dəyirman daşlarının işini nizamlayan hissə. – Dəgirman lap iri çəkmağa başlayutdu, piskəni bir az aşağa elə

    Tam oxu »
  • PİSSİCƏ

    (İmişli) yeyilmə (yara adı)

    Tam oxu »
  • PİŞGİL

    I (Meğri) qoyun peyini II (Meğri) qoyun qığı

    Tam oxu »
  • PİŞİ

    (Bakı, Gəncə) üzərinə şəkər tozu səpilmiş yağlı qoğal

    Tam oxu »
  • PİŞİB

    (Quba) cır meyvə

    Tam oxu »
  • PİŞİGƏYAĞI

    (Dərbənd) yabanı bitki adı. – Çüdilərün ən daddusi pişigəyağıdən uladu

    Tam oxu »
  • PİŞİGÜZÜMÜ

    (Culfa) üzüm növü adı

    Tam oxu »
  • PİŞİKCİYNAĞI

    (İmişli, Qazax, Şəmkir) yabanı bitki adı. – Pişikciynağını do:ğaya tökəllər (Şəmkir)

    Tam oxu »
  • PİŞİKDIRNAĞI

    (Laçın) yabanı bitki adı

    Tam oxu »
  • PİŞİKSÜPÜRGƏSİ

    (Ucar) narın süpürgə. – Pişiksüpürgəsiynən eyvan süpürrük

    Tam oxu »
  • PİŞİNTİ

    (Qğuz) xörək. – Pişintini bulamağ üçün çömçə olur

    Tam oxu »
  • PİŞKAN

    (Lənkəran) bax peşkan

    Tam oxu »
  • PİŞMƏ

    (Qazax) xörək

    Tam oxu »
  • PİŞMƏCƏ

    pişməcə olmax: (Qazax) istidən səpmək. – Qoltuğuun altı pişməcə oluf

    Tam oxu »
  • PİŞMİŞ

    (Qazax) xörək. – Bir az pişmiş var, gəlin yə:x!

    Tam oxu »
  • PİŞPİŞƏ

    (İmişli, Ucar) yabanı bitki adı. – Pişpişə paltara yapışsa, qopbaz (Ucar)

    Tam oxu »
  • PİŞPİŞİ

    I (Bakı, Qazax, Laçın, Mingəçevir, Zəngilan) bax pişpişə. – Pişpişi lazımsız otdu (Qazax); – Yunda o qədər pişpişi var ki, artdamağ olmur (Zəngilan);

    Tam oxu »
  • PİŞRAZ

    (Bakı) tezyetişən üzüm növü adı

    Tam oxu »
  • PİŞRO

    pişro gəlmeg: (Bakı) qarşıqarşıya gəlmək

    Tam oxu »
  • PİT

    (Cəlilabad) çərçivə. – Ağuşgənin piti diyəsən əyridi Pit qoyməy (Cəlilabad) – çiy kərpic qoymaq. – Evin uxarısinə pit qoyəndə pit ev de:yük

    Tam oxu »
  • PİTBALA

    (Cəlilabad, Masallı) qaz balası

    Tam oxu »
  • PİTƏ

    I (Balakən, Zaqatala) 1. tənzif. – Bazara gedirsavsa, mağa beş metir pitə al (Zaqatala) 2. tənzifdən baş yaylığı

    Tam oxu »
  • PİTİX’

    (Tovuz) qadın paltarlarında naxış, bəzək. – Pitiyi cavannar düzəldərdi paltarın üsdünə

    Tam oxu »
  • PİTİRAĞ

    (Dərbənd) yabanı bitki adı. – Yaninnən keçeydim, pitirağ şalvaruma yapuşdi

    Tam oxu »
  • PİTNƏ

    (Zaqatala) yarpız

    Tam oxu »
  • PİTPİTİ

    (Qazax) kol adı

    Tam oxu »
  • PİVAS

    (Quba) xoşxasiyyət. – Asıl adama bizdərdə pivas adam diyədülər

    Tam oxu »
  • PİYA

    (Qazax) paho (ədat). – Piya, nə yaxşı oxuyur!

    Tam oxu »
  • PİYAZ

    (Oğuz) alaq otu

    Tam oxu »
  • PİYƏ

    (Mingəçevir) ağac şirəsi

    Tam oxu »
  • PİYPALAN

    (Çənbərək) yağlı ət. – Piypalan cəmdəyi neçiyə satdıηız?

    Tam oxu »
  • PİZƏ

    (Lənkəran) həsir toxumaq üçün bitki növü. – Həsiri pizədən toxuyullar

    Tam oxu »
  • POCƏ

    (Yardımlı) yamac

    Tam oxu »
  • POĞA

    (Sabirabad) evin üst tirlərini saxlamaq üçün dirək

    Tam oxu »
  • POXRUT

    (Zaqatala) qaralmış qoz (ağacda)

    Tam oxu »
  • POLUŞ

    (Zaqatala) qaba

    Tam oxu »
  • POMPAL

    (Zəngilan) bax pampal. – Pompalı aşa: <aşağı> sort götürüllər

    Tam oxu »