Azərbaycan dilinin dialektoloji lüğəti.

  • TATIRQAMAĞ

    (Şamaxı) büdrəmək. – At elə tatırqadı ki, az qaldım su:a yıxılam

    Tam oxu »
  • TATİ

    (Yardımlı) çardaqsız. – Dağda kümənün üsdin tati eleylər

    Tam oxu »
  • TATOR

    (Cəlilabad) quş adı

    Tam oxu »
  • TATO:UZ

    (Bakı) xəmirin kifayət qədər acımaması nəticəsində çörəyin üzərində əmələ gələn qabarcıqlar Tatouz atmağ (Bakı, Füzuli) – küt getmək

    Tam oxu »
  • TATOY

    (Çənbərək) Novruz bayramında uşaqların bir yerə yığışıb hazırladığı xörək. – Uşax tatoy bişimə:yetdi

    Tam oxu »
  • TAV

    (Tabasaran) baca. – Tav qurum tututdu

    Tam oxu »
  • TAVA

    I (Beyləqan, Gədəbəy, Goranboy, Mingəçevir, Şuşa, Tərtər) kiçik qazan. – Südü tavıya töx’düm (Beyləqan); – Tavada qatıx çaldım (Şuşa) II (Şəki) xörək

    Tam oxu »
  • TAVAĞIM

    tavağım eləməx’: (Çənbərək) gözləmək. – Əndiryaz adı tavağım eləmir kin, quyrux doğa

    Tam oxu »
  • TAVAX

    (Kəlbəcər) dəyirmanda dənin boğaz adlanan yerə tökülməsini tənzim edən çalova oxşar taxta hissə. – Daşın üsdə tavax var, dən oruya tökülər, ordan da d

    Tam oxu »
  • TAVAXIL

    tavaxıl eləməg: (Yardımlı) səbr eləmək. – Tavaxıl elə, görüm nə dey

    Tam oxu »
  • TAVALIĞ

    (Bakı) sal daş olan yer

    Tam oxu »
  • TAVALÖKÜSİ

    (Lənkəran) düyü unundan tavada bişirilən çörək. – Anam tavalöküsi bişirib

    Tam oxu »
  • TAVANA

    I (Şamaxı) yaxın adam, köməkçi, arxa. – Mə:m köməy eliyən bir tavanam yoxdı II (Gədəbəy) dözüm, taqət, güc

    Tam oxu »
  • TAVANALI

    (Şəmkir) dözümlü, davamlı. – Bozax qoyun tavanılıdı isdiyə, so:ğa. – Bez tavanalıdı, amma cuna yox

    Tam oxu »
  • TAVAR

    I (Qazax, Şamaxı, Şuşa) cavan şahin. – Tavar bir qırqavul tutuf (Qazax); – Bir tavar almışam, heç əvəzi yoxdu (Şuşa) II (Quba) cavan camış

    Tam oxu »
  • TAVARRAŞMAĞ

    (Salyan) böyümək. – Cücələr tavarraşıb

    Tam oxu »
  • TAVARRIXLANMAX

    (Tovuz) böyümək, ərsəyə çatmaq

    Tam oxu »
  • TAVASAR

    (Göyçay, Qax, Şamaxı, Şəki, Zaqatala) uzun qulplu tava. – Ay qız, tavasarı gəti yumurta bişirəcəm (Şamaxı)

    Tam oxu »
  • TAVAT

    (Borçalı, Qazax) gürcü zadəganı, knyaz. – Tavatdar varıydı, çürbəçür ağalar ona baxerdı (Borçalı)

    Tam oxu »
  • TAVATDAMAX

    (Karvansaray) tovlamaq. – Ə:, məni nə tavatdersıη?

    Tam oxu »
  • TAVAZA

    (Naxçıvan) quruluş, forma. – Hər şeyin özünün bir tavazası var Tavaziya tutmax (Cəbrayıl) – 1. dilə tutmaq; 2

    Tam oxu »
  • TA:VƏD

    (Kəlbəcər) ta ki. – Ta:vəd axşamatan gözdədi

    Tam oxu »
  • TA:VƏND

    (Gədəbəy) bax ta:vəd. – Ta:vənd anası gələnətən saxladım onu

    Tam oxu »
  • TAVIN

    (Qazax, Çənbərək, Mingəçevir) güləşmə zamanı münsiflik edən adam. – Bazardan aldım savını, mən kimin olom tavını (Qazax); – İsvahan mənim tavınım olan

    Tam oxu »
  • TAVIRĞA

    (Borçalı, Balakən) köçəri. – Tavırğa, yanı köçəri. – Biz tavırğıyıx (Borçalı); – Tavırğa kimi şeyix’, nəyimiz düzdü kü (Balakən)

    Tam oxu »
  • TAVIRĞI

    (Borçalı) bax tavırğa

    Tam oxu »
  • TAVLAMAX

    (Cəbrayıl, Şərur) yüngülvari qovurmaq. – Bu əti apar tavla (Şərur)

    Tam oxu »
  • TAVLAMIX

    (Laçın, Şərur) atın ayağındakı kəndirin ucunu bağlamaq üçün iri ağac mıx. – Tavlamıxı ciyədən açımmi? (Laçın)

    Tam oxu »
  • TAVLANMAX

    (Cəbraylı, Şərur) dolanmaq. – Ordan bir də tavlandı gəldi, bir də keşdi Arazın o tayına (Şərur); – Qoyun əvin başına tavlanır (Cəbrayıl)

    Tam oxu »
  • TAVLI

    (Axalsixi) kök, yağlı, piyli. – Çox tavlı bir qoç aldım

    Tam oxu »
  • TAVLİ

    (Dərbənd) pinti, səliqəsiz. – Üstbaşinnən tavliyə uxşuyandü

    Tam oxu »
  • TAVSIMAX

    (Cəbrayıl) vurnuxmaq

    Tam oxu »
  • TAVUL

    (Lənkəran) qayalıq

    Tam oxu »
  • TAVUN

    (Quba) baca. – Tavunimiz alçaxdı. – Bu gün günurtadan sunra dağılmış tavuni quymax gərəkdü

    Tam oxu »
  • TAVVƏT

    (Bərdə, Gədəbəy) bax ta:vəd. – Tavvət sən gələnəjən gözdüyəjəm (Bərdə); – Tavvət gün çıxanacan çox üşüdüm (Bərdə)

    Tam oxu »
  • TAY

    I (Cəlilabad, Şahbuz) daha. – Tay nə deyim? (Şahbuz); – Tay vədəxilaf olmiyəg (Cəlilabad) II (Dərbənd, Tabasaran) iki-üç yaşar erkək at

    Tam oxu »
  • TAYAÇÜY

    (Qəbələ) otun dağılmaması üçün tayanın üstündən və tərəflərindən uzadılan uzun ağac. – Əşrəf meşədən on tayaçüy gətirib

    Tam oxu »
  • TAYAĞ

    (Dərbənd) 1. səlbə 2. əlağacı. – Qoza tayağ atdım; – Atıb əlinnən tayağı gidər; – Məni var, una tayağ diyədəm

    Tam oxu »
  • TAYAX

    I (Zaqatala) qoz çırpmaq üçün uzun ağac. – Tayaxı atam çölə apardı II (Qax) süst, əzgin ◊ Tayax olmax (Qax) – süstləşmək, əzginləşmək

    Tam oxu »
  • TAYALIX

    (Kürdəmir) tayanın ortasına dikinə qoyulan ağac. – Meşədən bi-iki tayalıx kəs, tayya qoyacam

    Tam oxu »
  • TAYBAĞIRSAĞ

    (Qazax) zəif, arıq. – O, taybağırsağın biridi, onnan saηa nə köməx’

    Tam oxu »
  • TAYBƏT

    (İsmayıllı) toqqa. – Taybəti belə bağlallar

    Tam oxu »
  • TAYÇA

    (Ağdam) iri səbət. – İki tayça üzüm aparmışdım Qalıya satma:

    Tam oxu »
  • TAYDIRMAĞ

    I (Dərbənd) soyunmaq, çıxarmaq. – Gədə yatan so:ra üzü <özü> qurbağa paltarını taydırıb bir göyçəg qıza dönütdü II (Dərbənd) ayırmaq

    Tam oxu »
  • TAYƏLQULF

    (İmişli) bax tayqulp. – Tayəlqulfda mana su verdi

    Tam oxu »
  • TAYƏLLİ

    (Biləsuvar, Cəlilabad, Göyçay) su içmək üçün qulplu mis qab. – Ay qız, bir tayəlli su gəti. – Tayəllimiz köhnədi (Biləsuvar)

    Tam oxu »
  • TAYFA-TABIN

    (Culfa) qohum-əqrəba. – Bunun başında çox tayfa-tabın olur

    Tam oxu »
  • TAYICA

    (Cəlilabad) daha. – Küley tayıca da güjdəney

    Tam oxu »
  • TAYITMAĞ

    (Dərbənd) qadağan olmaq. – Habu şəylər bizə tayıtdı

    Tam oxu »
  • TAYQA

    (Zaqatala) araqçın

    Tam oxu »