Azərbaycan dilinin dialektoloji lüğəti.

  • ZƏRİLXANA

    (Qazax) ayaqyolu

    Tam oxu »
  • ZƏRİS

    (Ordubad) zirinc

    Tam oxu »
  • ZƏRQOV

    (Zəngilan) xörək adı. – Arvat yaxşı zərqov bişimişdi, yeyib gəlmişıx

    Tam oxu »
  • ZƏRMƏNDİX’

    (Basarkeçər) əməköməci. – Uşağlar gedif zərməndix’ yığmağa

    Tam oxu »
  • ZƏRNİŞ

    (Oğuz) zirinc

    Tam oxu »
  • ZƏRVAF

    (Tovuz) zərli parça

    Tam oxu »
  • ZƏRZƏR

    (Quba) duzlanmış yabanı kəvər

    Tam oxu »
  • ZƏVƏRQARIN

    (Çənbərək, Karvansaray, Qazax) bax zağarqarın. – Zəvərqarın adam yoxuş yeri çıxə:limi? (Çənbərək)

    Tam oxu »
  • ZƏVƏRMƏX’

    (Gədəbəy) uzanmaq. – Görüηnən bir nə zəvərif, heş xəvəri varmı kın düynədən

    Tam oxu »
  • ZƏVİLLƏMƏG

    (Cəlilabad) zarımaq. – Az zəvillə sən də, baş-beynimi aparmaginan

    Tam oxu »
  • ZƏVRƏ

    (Borçalı) qıf

    Tam oxu »
  • ZƏVZƏX’

    (Ağdam, Cəbrayıl, Füzuli, Gədəbəy, Qarakilsə, Qazax, Zəngilan) bax zəvzəy. – Bı qəri həylə zəvzəx’ qəridi, axşamacan zəvze:r (Zəngilan); – Zəvzəy adam

    Tam oxu »
  • ZƏVZƏX’LƏMƏX’

    (Qazax) yersiz və boş-boş danışmaq. – Əli dünən mərəkədə yaman zəvzəx’lədi

    Tam oxu »
  • ZƏVZƏK

    (Beyləqan, Cəbrayıl, Kəlbəcər, Kürdəmir) bax zəvzəy. – Zəvzək gedə olma, bı çox pis şeydi (Beyləqan); – Zəvzək kişi gəldi, gənə baş-beynimiz gedər (Cə

    Tam oxu »
  • ZƏVZƏMƏX’

    (Cəbrayıl, Füzuli, Qarakilsə, Mingəçevir) həddindən artıq boşboş danışmaq. – Ay arvad, az zəvzə dana, tay yorulmadı:η? (Cəbrayıl); – Bu da ay zəvzədi

    Tam oxu »
  • ZƏVZƏY

    (Laçın) çoxdanışan. – Ay sən də zəvzəy adamsan ha

    Tam oxu »
  • ZƏVZİMƏG

    (İmişli) yalvarmaq. – Yıxıldı ayağına, başdadı zəvziməyə

    Tam oxu »
  • ZƏY

    (Cəbrayıl) tikə, hissə. – Mınnan sənə bir zəy də vermərəm

    Tam oxu »
  • ZƏYDUZ

    (İrəvan) zəylə duzun qarışığından hazırlanmış aşı maddəsi. – Bir az zəyduz qayır

    Tam oxu »
  • ZƏYDUZLAMAX

    (İrəvan) dərini aşılamaq üçün ona zəyduz sürtmək. – Dərini zəyduzlamışam

    Tam oxu »
  • ZƏYƏRƏK

    (İrəvan) kətan yağı. – Bir az zəyərək gəti, xəmirə qatax

    Tam oxu »
  • ZƏYİN

    (Qazax) biyar

    Tam oxu »
  • ZƏYLİX’

    (Ağdam, Mingəçevir, Şəki) lampanın boğazı, şüşə keçirilən yeri. – Lampanın zəyliyi qopuf, saxlamır (Ağdam)

    Tam oxu »
  • ZƏYVƏK

    (Füzuli) tənbəl. – Bı öküz zəyvəkdi

    Tam oxu »
  • ZƏYVƏYK

    (Füzuli) zəif, arıq. – Dünən Behbidin inəyi bir zəyvəyk bızav doğuf

    Tam oxu »
  • ZIBI

    (Cəbrayıl) böyük, yekə

    Tam oxu »
  • ZIBIĞ

    I (Bakı) zəhlətökən, sırtıq. – Mının kimi heç zıbığ adam görməmişəm II (Bakı) bax zıbı. – O, zıbığın biridü

    Tam oxu »
  • ZIBIX

    (Meğri) bax zıbı. – Gülünün Hüsən addı bir zıbıx gədəsi var, özü də dəmir yolda işde:r

    Tam oxu »
  • ZIBIN

    (Kürdəmir, Qəbələ, Oğuz) sırıqlı. – Hava soyuyuf, gərəx’ zıbın alam (Qəbələ); – Zıbın olmasa, so:xdan doaram (Oğuz)

    Tam oxu »
  • ZIBIRTIN

    (Kürdəmir) böyük və həm də yaraşıqsız. – Əhmədin oğlı elə zıbırtındı ki

    Tam oxu »
  • ZIFİ

    (Meğri) azacıq, lap az. – Ətdən bizə Fərəş zıfı də vermədi dadax

    Tam oxu »
  • ZIFLAMAX

    I (Basarkeçər, Mingəçevir) bax zırflamax. – Çualı ağzınatan zıfla taxılnan (Basarkeçər) II (Basarkeçər, Şuşa) bax zıplamağ

    Tam oxu »
  • ZIĞ

    I (Bakı, Culfa, Gədəbəy, Qarakilsə, Naxçıvan, Ordubad, Şərur) palçıq. – Zığdan indi dərbəşmək olmaz (Şərur); – Zığ bulaşıf şalvarın balağına, təmizdəη

    Tam oxu »
  • ZIĞAB

    I (Qubadlı, Salyan) bir yerdə qalıb iylənən su. – Bizim yerrərdə zığab ulmaz (Qubadlı); – Zığabı içməg olmaz (Salyan) II (Salyan) bax zağab

    Tam oxu »
  • ZIĞEL

    (Xanlar) qısaboylu və yekəqarın (adam). – Zığel adam da var

    Tam oxu »
  • ZIĞI

    (Bakı) bax zıqqi

    Tam oxu »
  • ZIĞIMAX

    (Tovuz) sürüşmək. – Ayağım yaman zığıyır qar olanda

    Tam oxu »
  • ZIĞIRQUŞ

    (Şuşa) zəhlətökən. – Mürsəl zığırquş adamdı

    Tam oxu »
  • ZIĞIT

    (Xanlar) ölüvay. – Bu da zığıt oğlu zığıt, bizə yoldaş olub

    Tam oxu »
  • ZIĞLA

    (Qazax) yumurtadan yenicə çıxmış, hələ tüklənməmiş quş balası

    Tam oxu »
  • ZIĞLI

    (Tərtər) bax zağlı II. – Bu inəyin südü zığlı süddü

    Tam oxu »
  • ZIĞLIX

    (Bərdə) palçıqlıq. – Hər yan zığlıxdı

    Tam oxu »
  • ZIĞMAX

    (Şərur) bax zığımax. – Avto:- nun təkəri zığdı, avto o sa:t yoldan çıxır

    Tam oxu »
  • ZIĞO

    (Kürdəmir) bax zığ I

    Tam oxu »
  • ZIĞZIĞ

    I (Kürdəmir) uşaq oyunu adı. – Uşağlar, gəlin zığzığ oyniyağ II (Qax, Oğuz, Tovuz, Zaqatala) alabaxta, quş adı

    Tam oxu »
  • ZIX

    (Culfa) bax zılx

    Tam oxu »
  • ZIXCALI

    (Meğri) dolu, basa-basa doldurulmuş. – Üş zıxcalı çüyal ma: verdi, ikisin də Qurbanın dədəsi Məşə Zeynala

    Tam oxu »
  • ZIXMA

    (Gədəbəy, Tovuz) yumruq, dürtmə. – Saηa bir zıxma vurram, bir il özüηə:lməssəη (Tovuz); – Bir zıxma vurram, böyrəyiη içiηə tüşər (Gədəbəy)

    Tam oxu »
  • ZIXMALAMAX

    (Gədəbəy) yumruqla vurmaq. – Elə zıxmaladım, heç məni vurmağa əl aça bildi ki?

    Tam oxu »
  • ZIXZIX

    (Qax, Zaqatala) sağsağan

    Tam oxu »