Azərbaycan dilinin frazeologiya lügəti

  • BAŞ GÖTÜRÜB GETMƏK

    uzaqlaşmaq, hara gəldi birdəfəlik çıxıb getmək; ~ baş alıb getmək, baş götürüb qaçmaq.

    Tam oxu »
  • BAŞ GÖTÜRÜB QAÇMAQ

    bax: baş götürüb getmək.

    Tam oxu »
  • BAŞ-GÖZ ELƏMƏK

    evləndirmək; ~ əl-ayağını bir yerə yığmaq, başını bağlamaq, ayağını kəndirləmək, başını bənd etmək.

    Tam oxu »
  • BAŞ İŞLƏTMƏK

    fikirləşmək, düşünmək, götür-qoy etmək.

    Tam oxu »
  • BAŞ KƏSMƏK

    çox baha satmaq, insafsızlıq eləmək.

    Tam oxu »
  • BAŞ QALDIRMAQ

    üsyan etmək, kütləvi etiraza qalxmaq, hərəkətə keçmək, dirçəlmək, ortaya çıxmaq.

    Tam oxu »
  • BAŞ QARIŞDIRMAQ

    vaxtı uzatmaq, hiylə işlətməklə diqqəti əsas məsələdən yayındırmaq.

    Tam oxu »
  • BAŞ QATMAQ

    1. Əhəmiyyətsiz şeylərlə diqqəti əsas məsələdən yayındırmaq, məşğul etmək, diqqəti başqa şeyə yönəltmək; aldatmağa çalışmaq; ~ fikrini yayındırmaq

    Tam oxu »
  • BAŞ QIRXMAQ

    fırıldaq işlətmək, aldatmaq, tovlayıb almaq.

    Tam oxu »
  • BAŞ QOŞMAMAQ

    maraqlanmamaq, bir işin arxasınca düşməmək, fikir verməmək, əhəmiyyət verməmək; bir işə müdaxilə etməmək, qarışmamaq, münasibət bildirməmək; ~ reaksiy

    Tam oxu »
  • BAŞ QOYMAQ

    canını fəda etmək, bir işi başa çatdırmaq üçün fədakarlıq göstərmək; ~ canından keçmək.

    Tam oxu »
  • BAŞ-QULAĞI GETMƏK

    narahat olmaq, dəng olmaq; ~ başı şişmək.

    Tam oxu »
  • BAŞ-QULAQ APARMAQ

    bax: baş-beynini aparmaq.

    Tam oxu »
  • BAŞ SINDIRMAQ

    çətin bir məsələ üzərində dərindən düşünmək; ~ baş yormaq.

    Tam oxu »
  • BAŞ SOXMAQ

    hər şeyə qarışmaq, müdaxilə etmək; ~ burnunu soxmaq.

    Tam oxu »
  • BAŞ TAPMAQ

    bax: baş açmaq.

    Tam oxu »
  • BAŞ TUTMAQ

    alınmaq, düzəlmək, nəticə vermək.

    Tam oxu »
  • BAŞ ÜSTƏ

    xahişə, tapşırığa razılıq əlaməti olaraq işlədilən ifadə; ~ gözüm üstə,  əlini gözünün üstünə qoymaq

    Tam oxu »
  • BAŞ VERMƏK

    təzahür etmək, törəmək, ortaya çıxmaq; ~ üz vermək.

    Tam oxu »
  • BAŞ VURMAQ

    1. Müəyyən sahəyə maraq göstərmək, həmin sahədə özünü sınamaq.  2. Bax: baş çəkmək.

    Tam oxu »
  • BAŞ YORMAQ

    bir şey üzərində dərindən düşünmək, çox fikirləşmək; ~ beynini işlətmək, başını işlətmək, baş sındırmaq

    Tam oxu »
  • BAŞA BƏLA OLMAQ (KƏSİLMƏK)

    hər dəfə problem yaratmaq, daim əngəl törətmək; ~ boğaza keçmək.

    Tam oxu »
  • BAŞA ÇATDIRMAQ

    qurtarmaq, tamamlamaq, yekunlaşdırmaq; ~ başa vurmaq, başa çıxmaq, başa gətirmək.

    Tam oxu »
  • BAŞA ÇƏKMƏK

    irəli, qabağa vermək, vəzifəyə təyin etmək.

    Tam oxu »
  • BAŞA ÇIXARMAQ

    layiq olmayan, heç bir xüsusi qabiliyyəti ilə fərqlənməyən birisinə yüksək vəzifə vermək, yuxarı başa keçirmək; ~ meymunu çiyinə çıxarmaq

    Tam oxu »
  • BAŞA ÇIXMAQ

    işi axıra qədər görmək, tamamlamaq, qurtarmaq; ~ başa çatdırmaq, başa vurmaq.

    Tam oxu »
  • BAŞA DÜŞMƏK

    anlamaq, qavramaq, dərk etmək; ~ ağlı kəsmək, başı çıxmaq, baş açmaq, baş tapmaq.

    Tam oxu »
  • BAŞA GƏLMƏK

    tamam olmaq, əmələ gəlmək, hasil olmaq, bitmək.

    Tam oxu »
  • BAŞA GƏTİRMƏK

    işi sona çatdırmaq, tamamlamaq; ~ başa çatdırmaq.

    Tam oxu »
  • BAŞA QAXINC ETMƏK

    edilmiş yaxşılığı üzə vurmaq, elədiyini dilə gətirmək; ~ başa vurmaq, başına qaxmaq, başına vurmaq, minnət qoymaq

    Tam oxu »
  • BAŞA ÖRPƏK BAĞLAMAQ

    kişiyə yaraşmayan hərəkət etmək, cəmiyyət içinə çıxmağa üzü olmamaq, iradəsiz olmaq.

    Tam oxu »
  • BAŞA SALMAQ

    anlatmaq, qandırmaq, izah etmək; ~ gözünü açmaq.

    Tam oxu »
  • BAŞA TORBA KEÇİRMƏK

    aldatmaq, hərifləmək, qanmaz yerinə qoymaq.

    Tam oxu »
  • BAŞA VURMAQ

    1. Sona çatdırmaq, bitirmək; ~ başa çatdırmaq, başa çıxmaq.  2. Etdiyi yaxşılığı dilə gətirmək; ~ başına qaxmaq, başına vurmaq, başa qaxınc etmək, min

    Tam oxu »
  • BAŞABAŞ GƏLMƏK

    nəticədə bərabərləşmək, hesabı düz gəlmək.

    Tam oxu »
  • BAŞAĞRISI OLMAQ

    qayğısını artırmaq, əziyyətə, narahatlığa səbəb olmaq.

    Tam oxu »
  • BAŞAĞRISI OLMASIN

    bir şeyi təfərrüatı ilə çatdırmaq istəyən adamın həmsöhbətinə müraciətlə işlətdiyi üzrxahlıq ifadəsi

    Tam oxu »
  • BAŞAĞRISI VERMƏK

    incitmək, vaxtını almaq, bezdirmək, yormaq; ~ təngə gətirmək.

    Tam oxu »
  • BAŞDAN ÇIXARMAQ

    öz fikrindən daşındırmaq, azdırmaq, aldatmaq; ~ ağlını almaq (aparmaq), ağlını başından çıxarmaq, ağlını əlindən almaq, yoldan çıxarmaq, qarğa beyni y

    Tam oxu »
  • BAŞDAN ELƏMƏK

    1. Başdansovdu yanaşmaq, yaxasını  qurtarmaq, yalan vədlə yola salmaq; ~ yola vermək, əlinə çöp vermək, ağzını boza vermək

    Tam oxu »
  • BAŞDAN GİRİB AYAQDAN ÇIXMAQ

    1. Çox axtarmaq, ələk-vələk etmək, hərtərəfli yoxlamaq, diqqətlə nəzərdən keçirmək; ~ altını üstünə çevirmək, altından vurub üstündən çıxmaq

    Tam oxu »
  • BAŞDAN OLMAQ

    1. Rədd olmaq, çıxıb  getmək.  2. Səs-küydən  dəng  olmaq, təngə gəlmək; ~ baş-beyni getmək (dağılmaq)

    Tam oxu »
  • BAŞI AÇILMAQ

    işləri azalmaq, asudə vaxt tapmaq, sərbəstləşmək, başı bəladan qurtulmaq, asudə olmaq; ~ başı ayazımaq, başı ayılmaq

    Tam oxu »
  • BAŞI AĞRIMAQ

    bir işdən ötrü başını bəlaya salmaq, təhlükə ilə üzləşmək; ~ bəlaya düşmək.

    Tam oxu »
  • BAŞI-AYAĞI BİLİNMƏMƏK

    xaotik, qarma-qarışıq olmaq, bir işdə aydınlıq olmamaq.

    Tam oxu »
  • BAŞI AYAZIMAQ

    işi azalmaq, asudə vaxt tapmaq, sərbəstləşmək; ~ başı açılmaq.

    Tam oxu »
  • BAŞI AYILMAQ

    qayğıları azalmaq, işi yüngülləşmək, rahat olmaq, əziyyətdən xilas olmaq; ~ başı açılmaq.

    Tam oxu »
  • BAŞI BAĞLANMAQ

    evlənmək, ailə qurmaq.

    Tam oxu »
  • BAŞI BƏDƏNİNƏ AĞIRLIQ ETMƏK

    təhlükəli işlərə girişmək, təhlükə qarşısında qalmaq.

    Tam oxu »
  • BAŞI BƏLALAR ÇƏKMƏK

    müsibət görmək, çox ağır vəziyyətlərdən keçmək.

    Tam oxu »