Azərbaycan dilinin frazeologiya lügəti

  • CANI İT CANIDIR

    hər əzaba, çətinliyə dözə bilən, ən çətin şəraitə belə uyğunlaşan sağlam və canıbərk adam haqqında işlədilən ifadə

    Tam oxu »
  • CANI QURTARMAQ

    sıxıntıdan azad olmaq, dərd-bəladan xilas olmaq.

    Tam oxu »
  • CANI RAHAT OLMAQ

    sıxıntıdan çıxmaq, asudə olmaq, rahatlaşmaq.

    Tam oxu »
  • CANI SIXILMAQ

    darıxmaq, bezmək.

    Tam oxu »
  • CANI ÜZÜLMƏK

    işləməkdən və xəstəlikdən arıqlamaq, zəifləmək.

    Tam oxu »
  • CANI YANINDA QALMAQ

    birinin nigaranlığını çəkmək, narahat olmaq; ~ ürəyi yanında olmaq.

    Tam oxu »
  • CANI YANMAQ

    istəmək, acımaq; ~ rəhmi gəlmək, ürəyi yanmaq, yazığı gəlmək.

    Tam oxu »
  • CANIM SƏNƏ DESİN

    danışıqda bir şeyi sadalama, əsas bir  məqamı vurğulama anında işlənir.

    Tam oxu »
  • CANIMIN CANI ÇIXSIN

    çarəsiz halda güzəştə getmək, ağır bir təkliflə könülsüz razılaşmaq məqamında işlədilən ifadə.

    Tam oxu »
  • CANIMIN DƏRDİNDƏN

    məcburiyyətdən, məcbur olaraq.

    Tam oxu »
  • CANINA BAXMAQ

    yemək-içməyinə və istirahətinə diqqət etmək, özünə yaxşı qulluq etmək.

    Tam oxu »
  • CANINA CƏFA BASMAQ

    özünə əziyyət vermək, ağır zəhmətə dözmək, çətinliyə qatlaşmaq; ~ canına qəsd etmək.  

    Tam oxu »
  • CANINA ÇƏKMƏK (HOPMAQ)

    tam mənimsəmək.

    Tam oxu »
  • CANINA DÖŞƏMƏK

    bax: qabırğasına döşəmək.

    Tam oxu »
  • CANINA DUAÇI OLMAQ

    alqış etmək, minnətdarlıq etmək; hal-əhval zamanı qarşı  tərəfə cavab kimi söylənilən ifadə.

    Tam oxu »
  • ... CANINA DÜŞMƏK

    “küçə”, “şəhər”, “bazar” və bu kimi məkan bildirən sözlərlə işlənərək “bir yeri başdan-ayağa gəzmək” mənasını ifadə edir

    Tam oxu »
  • CANINA ƏZİYYƏT VERMƏMƏK

    özünü yormamaq, işləməmək; ~ özünü işə verməmək, əlini ağdan-qaraya vurmamaq.

    Tam oxu »
  • CANINA ƏZİYYƏT VERMƏMƏK

    özünü yormamaq, işləməmək; ~ özünü işə verməmək, əlini ağdan-qaraya vurmamaq.

    Tam oxu »
  • CANINA İŞLƏMƏK

    təsir etmək, sirayət etmək.

    Tam oxu »
  • CANINA QƏSD ETMƏK

    1. Öldürmək, həyatına son qoymaq.  2. Əzab-əziyyətə qatlaşmaq, həddindən artıq çalışmaq; ~ canına cəfa basmaq

    Tam oxu »
  • CANINA QIYMAQ

    öldürmək, intihar etmək.

    Tam oxu »
  • CANINA QORXU DÜŞMƏK

    bərk qorxmaq, narahatlıq keçirmək, xoflanmaq; ~ canına vəlvələ (vicvicə) düşmək, ürəyinə qara-qorxu dolmaq

    Tam oxu »
  • CANINA QORXU (LƏRZƏ, OD) SALMAQ

    bərk qorxutmaq, həyəcanlandırmaq; ~ kürkünə birə salmaq, təşvişə salmaq, canına vəlvələ (vicvicə) salmaq

    Tam oxu »
  • CANINA OD DÜŞMƏK

    1. Bir şeydən duyğulanmaq, sevgidən alışıb-yanmaq.  2. Narahat olmaq; ~ iztirab çəkmək (keçirmək).

    Tam oxu »
  • CANINA ÜŞÜTMƏ DÜŞMƏK

    bərk  qorxmaq, həyəcanlanmaq, narahat olmaq.

    Tam oxu »
  • CANINA VƏLVƏLƏ (VİCVİCƏ) DÜŞMƏK

    bir şey olacağından qorxaraq bərk həyəcan keçirmək, bərk qorxmaq; ~ təşvişə düşmək, təlaş keçirmək, canına qorxu düşmək

    Tam oxu »
  • CANINA VƏLVƏLƏ (VİCVİCƏ) SALMAQ

    bərk qorxutmaq; ~ təşvişə salmaq, canına qorxu (lərzə, od) salmaq.

    Tam oxu »
  • CANINA YATMAQ (SİNMƏK)

    ürəyincə olmaq, xoşlamaq; ~ ürəyinə yatmaq, döşünə yatmaq.

    Tam oxu »
  • CANINA YAZIĞI GƏLMƏMƏK

    özünü çox əziyyətə salmaq, incitmək, hədsiz çalışmaq.

    Tam oxu »
  • CANINA YEL DƏYMƏMİŞ

    bax: yel dəyməmiş.

    Tam oxu »
  • CANINA YEL KEÇMƏYƏ QOYMAMAQ

    bir işi dərhal, əlüstü, isti-isti, ləngimədən görmək, fürsəti fövtə verməmək; ~ fürsətdən istifadə etmək

    Tam oxu »
  • CANINDA AZ YOXDUR

    çoxbilmiş, gizlindən iş görən adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • CANINDA OLMAQ

    birinə xas olmaq, təbiətində, qanında olmaq.

    Tam oxu »
  • CANINDAN BEZMƏK

    özünü düşünməmək, hər şeydən usanmaq; ~ təngə gəlmək, cana doymaq.

    Tam oxu »
  • ... CANINDAN ÇIXMAMAQ

    mübtəla olmaq, qurtula bilməmək (qorxu, xəstəlik və s. haqqında).

    Tam oxu »
  • CANINDAN KEÇMƏK

    bir şey uğrunda özünü fəda etmək, yolunda ölümə getmək; ~ başından keçmək, canını qurban vermək, başını vermək

    Tam oxu »
  • CANINDAN PUL ÇIXMAMAQ

    bax: əli cibinə getməmək.

    Tam oxu »
  • CANINDAN ÜŞÜTMƏ KEÇMƏK

    bax: canına üşütmə düşmək.

    Tam oxu »
  • CANINI ALLAHA TAPŞIRMAQ

    ölmək; ~ ruhunu təslim etmək, axirətə qovuşmaq.

    Tam oxu »
  • CANINI ALMAQ

    öldürmək, məhv etmək.

    Tam oxu »
  • CANINI ATƏŞƏ YAXMAQ

    sevmək, vurulmaq.

    Tam oxu »
  • CANINI AZAR ALMAQ

    tənbəl, həvəssiz olmaq, könülsüz iş görmək.

    Tam oxu »
  • CANINI BAĞIŞLAMAQ

    1. Bax: canını tapşırmaq.  2. Öldürməmək.

    Tam oxu »
  • CANINI BOĞAZINA YIĞMAQ

    bezdirmək; ~ təngə gətirmək.

    Tam oxu »
  • CANINI ÇÖLƏ ATMAQ

    sağlamlığına fikir verməmək, öz qeydinə qalmamaq.

    Tam oxu »
  • CANINI ÇÜRÜTMƏK

    əzabla yaşamaq, kiməsə görə özünü fəda etmək, bir şey uğrunda davamlı, bəzən hədər yerə zəhmət çəkmək, çox çalışmaq; ~ canını oda yaxmaq, can qoymaq,

    Tam oxu »
  • CANINI DİŞİNƏ TUTMAQ

    könülsüz, həvəssiz olmaq, bir işi candərdi görmək, yaxud özünü nəyəsə dözməyə məcbur etmək.

    Tam oxu »
  • CANINI EŞQ ODUNA YAXMAQ

    aşiq olmaq, vurulmaq, sevmək.

    Tam oxu »
  • CANINI ƏSİRGƏMƏMƏK

    fədakarlıq etmək; ~ can yandırmaq.

    Tam oxu »
  • CANINI ƏZİYYƏTƏ VERMƏK

    dinclik bilmədən gecə-gündüz çalışmaq; ~ yanını yerə qoymamaq.

    Tam oxu »