Azərbaycan dilinin frazeologiya lügəti

  • İT XILI, KÖPƏK SÜRÜSÜ

    bax: at ilxısı, köpək sürüsü.

    Tam oxu »
  • İT İLİNDƏ

    qədimdə, çox uzaq keçmişdə, yaddan çıxmış bir dövrdə.

    Tam oxu »
  • İT İLİNDƏN QALMA

    köhnə, qədim.

    Tam oxu »
  • İT KÖKÜNDƏ

    bax: it günündə.

    Tam oxu »
  • İT KÖKÜNƏ DÜŞMƏK

    bax: it gününə düşmək.

    Tam oxu »
  • İT-QURD AĞZINA DÜŞMƏK

    səviyyəsiz adamların söhbətlərinin mövzusu olmaq; ~ dilə-dişə düşmək.

    Tam oxu »
  • İT OTARAN

    işsiz, gücsüz, avara, mənasız adam haqqında.

    Tam oxu »
  • İT ÖLƏR, O ÖLMƏZ

    pis, yaramaz və canıbərk adamlar haqqında deyilən ifadə.

    Tam oxu »
  • İT ULAMAQ

    xaraba qalmaq, boşalmaq, boş olmaq; ~ bayquş ulamaq.

    Tam oxu »
  • İT YERİNƏ QOYMAMAQ

    hörmət etməmək, saymamaq; ~ adam yerinə qoymamaq.

    Tam oxu »
  • İT YİYƏSİNİ TANIMIR

    qarışıqlıq, gurluq, xaos olan yer haqqında; ~ kimin əlinin kimin cibində olduğu bilinməmək.

    Tam oxu »
  • İT ZÜLMÜ ÇƏKMƏK

    çox çətinliklərlə üzləşmək, ağır əzablara qatlaşmaq.

    Tam oxu »
  • İTAƏTDƏ DURMAQ

    tabe olmaq, sözə qulaq asmaq, özbaşına hərəkət etməmək.

    Tam oxu »
  • İTAƏTDƏN ÇIXMAQ

    itaətsizlik etmək, tabe olmamaq; sözə, əmrə, göstərişə əməl etməmək.

    Tam oxu »
  • İTDƏN ALIB İTƏ VERMƏK

    ciddi danlamaq, biabır etmək; ~ abrını vermək (almaq).

    Tam oxu »
  • İTƏ ATSAN, GÖZÜ AĞARAR

    çox turşumuş, duzlu, dadsız yemək haqqında işlədilən ifadə.

    Tam oxu »
  • İTƏ DAŞ ATIRSAN, … DƏYİR

    hər hansı peşə və ya vəzifə sahibinin sayca hədsiz çox olduğunu bildirən ifadə.

    Tam oxu »
  • İTƏ DÖNMƏK

    bərk hirslənmək, qeyzlənmək, hamını acılamaq.

    Tam oxu »
  • İTƏLƏYİB YERİNDƏ DURMAQ

    tam oxşamaq.

    Tam oxu »
  • İTİ AÇIB DAŞI BAĞLAMAQ

    bütün yollarını bağlamaq, çətin vəziyyətdə qoyub qarşısına maneələr çıxartmaq.

    Tam oxu »
  • İTİ QUYRUĞUNDAN BAĞLASAN, DURMAZ

    şaxtalı hava, çox soyuq yer haqqında işlədilən ifadə.

    Tam oxu »
  • İTİ ÖLDÜRƏNƏ SÜRÜTDÜRMƏK

    işi təşəbbüs göstərən adamın özünə gördürmək.

    Tam oxu »
  • İTİB GETMƏK

    1. Başqa şeylər içində, arasında əriyib getmək, qeyb olmaq.  2. Bir yerə gedib geri dönməmək, yox olmaq

    Tam oxu »
  • İTİN ABRINI VERMƏK

    birini etdiyi pis əməllərə görə şiddətli danlamaq, ağır sözlərlə təhqir etmək.

    Tam oxu »
  • İTİN DİLİNİ BİLMƏK

    bic, çoxbilmiş olmaq.

    Tam oxu »
  • İTİN DİŞİ, MOTALIN DƏRİSİ

    seyrçi qalmaq, hər hansı bir məsələyə qarışmaq istəmədiyini bildirmək üçün işlədilən ifadə.

    Tam oxu »
  • İTİN QABAĞINA OT, ATIN QABAGINA ƏT QOYMAQ

    bax: atın qabağına ət, itin qabağına ot qoymaq.

    Tam oxu »
  • İTİN SÖZÜNÜ DEMƏK

    təhqir etmək, ağır, pis sözlər demək; ~ dişinin dibindən çıxanı demək, abırdan salmaq.

    Tam oxu »
  • İTİNƏ DƏ ÇATASI PULU VAR

    çox dövlətli, zəngin insan haqqında deyilən ifadə.

    Tam oxu »
  • İTİNƏ TÖK

    həddindən çox, lap çox, bol.

    Tam oxu »
  • İTKİYƏ GETMƏK

    məhv olmaq, zay, çıxdaş olmaq.

    Tam oxu »
  • İTLƏ DOSTLUQ EDİB ÇOMAĞI YERƏ QOYMAMAQ

    tədbirli davranmaq; ~ ehtiyatı əldən verməmək (buraxmamaq).

    Tam oxu »
  • İY ALMAQ

    harada olduğunu duymaq, axtarıb tapmaq.

    Tam oxu »
  • İY BASMAQ

    hər tərəfə pis qoxu, iy yayılmaq; ~ iy götürmək.

    Tam oxu »
  • İY BİLMƏK

    bir şeyi qabaqcadan duymaq, hiss etmək; ~ ürəyinə dammaq.

    Tam oxu »
  • İY GÖTÜRMƏK

    bax: iy basmaq.

    Tam oxu »
  • İYİ BURNUNDAN GETMƏMƏK

    hansısa qoxunu daim hiss etmək, duymaq.

    Tam oxu »
  • İYNƏ AĞZINDAN ÇIXMAQ

    təzəcə tikilmək, lap təzə, yeni olmaq.

    Tam oxu »
  • İYNƏ ATSAN, YERƏ DÜŞMƏZ

    bir yerdə həddən çox adam olduğunu bildirmək üçün işlədilən ifadə; ~ ayaq basmağa yer olmamaq.

    Tam oxu »
  • İYNƏ BATIRANA ŞİŞ BATIRMAQ

    pisliyə qarşı daha çox pislik etmək; ~ əvəzini çıxmaq, cavabını vermək.

    Tam oxu »
  • İYNƏ GÖZÜNDƏN KEÇMƏK

    zərif, incə, arıq olmaq.

    Tam oxu »
  • İYNƏ HARA, SAP DA ORA

    bir-biri ilə sıx bağlılığı olan şəxs və ya əşyaların bir yerdə olması zərurətini bildirən ifadə.

    Tam oxu »
  • İYNƏ İLƏ GOR QAZMAQ

    çox böyük zəhmət və əziyyət tələb edən çətin, ağır işlə məşğul olmaq; ~ dənizi çömçə ilə boşaltmaq, Sizif əməyi

    Tam oxu »
  • İYNƏ OLUB GÖZƏ BATMAQ (GİRMƏK)

    müsbət keyfiyyətləri və uğurları ilə kimi isə qıcıqlandırmaq, xoşa gəlməmək.

    Tam oxu »
  • İYNƏ OLUB YOXA ÇIXMAQ

    qeyb olmaq, itmək, tapılmamaq.

    Tam oxu »
  • İYNƏ UDMUŞ İTƏ DÖNMƏK

    çox zəifləmək, arıqlamaq; ~ əldən düşmək.

    Tam oxu »
  • İYNƏ ÜSTÜNDƏ OTURMAQ

    çox narahat olmaq, nigaran qalmaq; ~ tikan üstündə oturmaq, köz üstündə oturmaq.

    Tam oxu »
  • İYNƏDƏN SAPA QƏDƏR

    hər şey, hər nə varsa, bütünlüklə.

    Tam oxu »
  • İYNƏNİN GÖZÜNDƏN KEÇİRMƏK

    son dərəcə əziyyət çəkmək, həddən artıq çətin bir işi incə üsullarla həll etmək.

    Tam oxu »
  • İYNƏNİN UCU BOYDA

    son dərəcə kiçik, zərrə qədər.

    Tam oxu »