Azərbaycan dilinin frazeologiya lügəti

  • İRAD TUTMAQ

    kəsirini, eybini demək; ~ nöqsan tutmaq, mız qoymaq.

    Tam oxu »
  • İRADƏSİNİ QIRMAQ (SINDIRMAQ)

    təzyiq etmək və qorxutmaqla tutduğu yoldan, mübarizədən çəkindirmək, məqsədindən döndərmək; ~ əzmini qırmaq

    Tam oxu »
  • İRAQ DÜŞMƏK

    ayrılmaq, aralanmaq, uzun zaman görüşə bilməmək.

    Tam oxu »
  • İRƏLİ ATMAQ

    bax: qabağa salmaq.

    Tam oxu »
  • İRƏLİ ÇƏKMƏK

    bax: qabağa çəkmək.

    Tam oxu »
  • İRƏLİ DÜŞMƏK

    1. Gözlənildiyindən daha çox qazanc götürmək; ~ qabağa düşmək.  2. Başqalarından daha tez hərəkət etmək; bələdçilik etmək; ~ yol göstərmək, qabağa düş

    Tam oxu »
  • İRƏLİ GETMƏK

    daha mütərəqqi fikirlər irəli sürmək; inkişaf etmək.

    Tam oxu »
  • İRƏLİ GƏLMƏK

    yaranmaq, qaynaqlanmaq.

    Tam oxu »
  • ... İRƏLİ SÜRMƏK

    “təşəbbüs”, “təklif”, “ittiham” və s. sözlərlə işlənərək “vermək”, “çıxış etmək” mənalarını bildirir; ~ ortalığa atmaq

    Tam oxu »
  • İRƏLİSİNİ-GERİSİNİ DÜŞÜNMƏK

    atacağı addımı, verəcəyi qərarı hərtərəfli təhlil etmək, ətraflı düşünmək, götür-qoy etmək, nə kimi nəticələr verəcəyini nəzərə almaq

    Tam oxu »
  • İSİNMƏDİK İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ

    birisinin hansısa işdən fayda və ya uduş gözlədiyi halda zərər çəkdikdə işlətdiyi ifadə.

    Tam oxu »
  • İSTEFA VERMƏK

    tutduğu vəzifədən öz xoşu ilə çıxmaq.

    Tam oxu »
  • İSTİ AŞINA SOYUQ SU QATMAQ

    işlərinə mane olmaq, işini korlamaq, əngəl törətmək; ~ aranı qatmaq, aşına su qatmaq.

    Tam oxu »
  • İSTİ İZLƏRLƏ

    cəld, çevik, ləngimədən, dərhal.

    Tam oxu »
  • İSTİ-SOYUQ GÖRMƏMƏK

    çətinlik görməmək, bərkə-boşa düşməmək.

    Tam oxu »
  • İSTİ VURMAQ

    günəşin şiddətli təsirindən süstləşmək, əzgin hala gəlmək.

    Tam oxu »
  • İSTİ YERİNƏ SOYUQ SU CALAMAQ

    bax: isti yerini soyuq eləmək.

    Tam oxu »
  • İSTİ YERİNİ SOYUQ ELƏMƏK

    vəziyyəti gərginləşdirmək, işini çətinə salmaq; ~ özünü işə salmaq, ağrımayan başına dəsmal bağlamaq

    Tam oxu »
  • İSTİQAMƏT ALMAQ

    bir səmtə doğru yönəlmək; ~ üz tutmaq, istiqamət götürmək.

    Tam oxu »
  • İSTİQAMƏT GÖTÜRMƏK

    bax: istiqamət almaq.

    Tam oxu »
  • İSTİQAMƏT VERMƏK

    istiqamətləndirmək, yönəltmək; ~ yol göstərmək.

    Tam oxu »
  • İŞ AÇMAQ

    1. Gözlənilmədən problem yaratmaq; ~ iş çıxartmaq.  2. Baş vermiş cinayət əməli ilə  bağlı təhqiqata başlamaq

    Tam oxu »
  • İŞ APARMAQ

    1. Müəyyən bir ideyanı yaymaq və ya hər hansı məqsədə nail olmaq üçün çalışmaq, təbliğat, təşviqat aparmaq

    Tam oxu »
  • İŞ AŞIRMAQ

    işin öhdəsindən gəlmək, problemi həll etmək.

    Tam oxu »
  • İŞ BAŞINA KEÇMƏK

    rəhbər vəzifə tutmaq, rəhbər işə keçmək.

    Tam oxu »
  • İŞ ÇEVİRMƏK (FIRLATMAQ)

    altdan-altdan iş görmək, plan qurmaq; ~ saman altından su yeritmək, qazan qaynatmaq.

    Tam oxu »
  • İŞ ÇIXARTMAQ

    gözlənilmədən problem yaratmaq; ~ iş açmaq.

    Tam oxu »
  • İŞ ÇIXMAQ

    1. Gözlənilməyən bir iş ortaya çıxmaq, bir hadisə üz vermək.  2. Səmərəsi olmaq, faydası olmaq.

    Tam oxu »
  • İŞ DÜZƏLTMƏK

    bir işin baş tutmasına kömək etmək; problemin həllində vasitəçi, yardımçı olmaq.

    Tam oxu »
  • İŞ İŞDƏN KEÇMƏK

    məsələdən vaxtında xəbər tutmamaq, gecikmək səbəbindən problemin həlli mümkünsüz olmaq; ~ ox yaydan çıxdı, olan olub, torba dolub

    Tam oxu »
  • İŞ KƏSMƏK

    cinayət əməlinə görə cəza müəyyənləşdirmək; ~ iş vermək.

    Tam oxu »
  • İŞ QALDIRMAQ

    baş vermiş cinayət əməli ilə  bağlı təhqiqata başlamaq; ~ iş açmaq.

    Tam oxu »
  • İŞ QARIŞDIRMAQ

    nizamı pozmaq; ~ problem çıxarmaq.

    Tam oxu »
  • İŞ TOXUMAQ

    pislik etmək məqsədilə birisini şərləmək; ~ böhtan atmaq, söz çıxartmaq; birisinə tələ qurmaq, pisliyinə çalışmaq; ~ torbasını tikmək

    Tam oxu »
  • İŞ ÜSTƏ QOYMAQ

    işə nəzarət etməyi tapşırmaq.

    Tam oxu »
  • İŞ VERMƏK

    1. Cəza vermək; ~ iş kəsmək.  2. Kiminsə haqqında çuğulluq etmək, onun pisliyi üçün çalışmaq.

    Tam oxu »
  • İŞARƏ VURMAQ

    sözü, fikri üstüörtülü, eyhamla demək, bildirmək; ~ söz atmaq.

    Tam oxu »
  • İŞDƏN BOYUN QAÇIRMAQ

    iş görmək istəməmək, imtina etmək və ya bunun üçün bəhanə gətirmək; ~ özünü işə verməmək, canını işə verməmək

    Tam oxu »
  • İŞDƏN GÖZ AÇMAMAQ

    işi çox olmaq, macalı olmamaq; ~ göz aça bilməmək.

    Tam oxu »
  • İŞDƏN-GÜCDƏN QALMAQ

    hər hansı səbəbdən işə getməmək; işini buraxmağa məcbur olmaq, heç bir iş görə bilməmək.

    Tam oxu »
  • İŞDƏN SOYUMAQ

    bax: əli işdən soyumaq.

    Tam oxu »
  • İŞƏ BAXMAQ

    məhkəmə prosesini aparmaq, araşdırmaq.

    Tam oxu »
  • İŞƏ DÜŞMƏK

    1. Çətinlik yaranmaq, çətinliklə üzləşmək; ~ başına qəza gəlmək, başını cəncələ salmaq, iş açmaq.  2

    Tam oxu »
  • İŞƏ DÜZƏLMƏK

    bir vəzifədə işə başlamaq, işləmək, çalışmaq, məşğul olmaq.

    Tam oxu »
  • İŞƏ DÜZƏLTMƏK

    bir yerdə işləməsinə imkan yaratmaq, vəzifəyə qoymaq.

    Tam oxu »
  • İŞƏ KEÇİRMƏK

    yararsız, lazımsız bir şeyi kiməsə sırımaq, xırıd eləmək.

    Tam oxu »
  • İŞƏ KEÇMƏMƏK

    alınmamaq, reallaşmamaq, dolaşıqlıqla üzləşmək; gərəksiz, lazımsız olmaq.

    Tam oxu »
  • İŞƏ QARIŞMAQ

    müdaxilə etmək, işin gedişinə təsir etmək; ~ əl vurmaq.

    Tam oxu »
  • İŞƏ SALMAQ

    1. İşlətməyə başlamaq, işlətmək; ~ hərəkətə gətirmək.  2. Dolaşdırmaq, çətin vəziyyətə düşməsinə səbəb olmaq; ~ başına bəla açmaq (gətirmək), kələyə s

    Tam oxu »
  • İŞƏ YARAMAQ

    bax: karına gəlmək.

    Tam oxu »