Azərbaycan dilinin frazeologiya lügəti

  • İŞIQUCU GÖRÜNMƏK

    çətin, dolaşıq bir məsələnin həllində müsbət irəliləyiş olmaq.

    Tam oxu »
  • İŞIQUCU QOYMAMAQ

    güman yeri qalmamaq.

    Tam oxu »
  • İŞİ AXSAMAQ

    geri qalmaq, çatdıra bilməmək, işi yaxşı getməmək.

    Tam oxu »
  • İŞİ ALLAHA QALMAQ

    çətin, ağır, çıxılmaz vəziyyətdə olmaq.

    Tam oxu »
  • İŞİ BAŞ TUTMAMAQ

    işləri yolunda getməmək, planlaşdırdığı işi gerçəkləşdirə bilməmək.

    Tam oxu »
  • İŞİ BAŞINDAN AŞMAQ

    həddindən artıq işi olmaq, bərk məşğul olmaq; ~ adı yadından çıxmaq, adını özgədən soruşmaq, udqunmağa vaxt tapmamaq, başını qaşımağa vaxtı olmamaq

    Tam oxu »
  • İŞİ BATIRMAQ

    işi yarıtmamaq, uğursuzluğa düçar olmaq.

    Tam oxu »
  • İŞİ BƏRKƏ DÜŞMƏK

    bax: işi dolaşığa düşmək.

    Tam oxu »
  • İŞİ BİŞİRMƏK

    bax: dağ eləmək.

    Tam oxu »
  • İŞİ BİTMƏK

    sonu çatmaq, ilişmək, tutulmaq, cəzasını almaq; ~ bayatısı çoxdan çağırılmaq, fatihəsi oxunmaq (verilmək), kitabı bağlanmaq, qanı getmək, kəlmeyi-şəha

    Tam oxu »
  • İŞİ BURMAQ

    bir işin düzəlməsinə mane olmaq, əngəlləmək.

    Tam oxu »
  • İŞİ ÇƏTİNƏ DÜŞMƏK

    bax: işi dolaşığa düşmək.

    Tam oxu »
  • İŞİ DAĞ ELƏMƏK

    bax: dağ eləmək.

    Tam oxu »
  • İŞİ DAŞDAN KEÇMƏK

    çətinliklə qarşılaşmaq, hər işi əzab-əziyyətlə, çox çətinliklərlə başa gəlmək.

    Tam oxu »
  • İŞİ DOLAŞIĞA DÜŞMƏK

    çətinlik qarşısında qalmaq, dolaşıb-qalmaq, çıxış yolu tapmamaq; ~ dara düşmək, işi bərkə düşmək, işi çətinə düşmək, işi düyünə düşmək, tərs gətirmək,

    Tam oxu »
  • İŞİ DÜŞMƏK

    kiməsə ehtiyacı olmaq, müraciət, xahiş etmək zərurəti yaranmaq.

    Tam oxu »
  • İŞİ DÜYÜNƏ DÜŞMƏK

    bax: işi dolaşığa düşmək.

    Tam oxu »
  • İŞİ DÜZ GƏTİRMƏK

    işi istədiyi kimi getmək, işi uğurlu olmaq; ~ bəxti gətirmək, bəxti ayaq üstə olmaq, rast gətirmək, xeyir tapmaq, aşığı alçı durmaq, bağlı qapı üzünə

    Tam oxu »
  • İŞİ XARAB OLMAQ

    vəziyyəti pisləşmək, çətin vəziyyətə düşmək, uğursuzluğa düçar olmaq; ~ işi şuluq olmaq,  işi yaş olmaq

    Tam oxu »
  • İŞİ İŞƏ QATMAQ

    1. İşi qarışdırmaq, qarma-qarışıq hala gətirmək.  2. Bir neçə işi birdən görmək; ~ bir əldə iki (beş) qarpız tutmaq

    Tam oxu »
  • İŞİ KORLAMAQ

    nədəsə səhv etmək, müdaxilə nəticəsində pis vəziyyət yaratmaq.

    Tam oxu »
  • İŞİ MÜŞKÜLƏ DÜŞMƏK

    bax: işi dolaşığa düşmək.

    Tam oxu »
  • İŞİ RAST GƏTİRMƏMƏK

    fəaliyyətində uğur qazanmamaq.

    Tam oxu »
  • İŞİ ŞULUQ OLMAQ

    çətin vəziyyətə düşmək, təhlükə qarşısında qalmaq; ~ işi xarab olmaq.

    Tam oxu »
  • İŞİ TƏRS GƏTİRMƏK

    bax: tərs gətirmək.

    Tam oxu »
  • İŞİ UZATMAQ

    işi bilərəkdən vaxtında qurtarmamaq, qəsdən gecikdirmək.

    Tam oxu »
  • İŞİ YAŞ OLMAQ

    bax: işi xarab olmaq.

    Tam oxu »
  • İŞİN ALTINA GİRMƏK

    hər hansı bir işi öz öhdəsinə götürmək, məsuliyyəti öz üzərinə götürmək; ~ boynuna götürmək (çəkmək)

    Tam oxu »
  • İŞİN DALINA DÜŞMƏMƏK

    ardıcıl olmamaq, əhəmiyyət verməmək, məsuliyyətsizlik etmək; ~ boş buraxmaq, boş tutmaq, bənd olmamaq

    Tam oxu »
  • İŞİN İÇİNDƏ OLMAQ

    problemin mahiyyətinə varmaq, işlə bağlı əsas məqamlardan xəbərdar olmaq; ~ işin içinə girmək.

    Tam oxu »
  • İŞİN İÇİNDƏN ÇIXMAQ

    üzləşdiyi çətin, mürəkkəb vəziyyətdən hər hansı bir yolla xilas olmaq; ~ canını qurtarmaq.

    Tam oxu »
  • İŞİN İÇİNDƏN İŞ ÇIXMAQ

    əsas iş həll olunmamış əlavə problemlər ortaya çıxmaq.

    Tam oxu »
  • İŞİN İÇİNDƏN QƏNBƏRQULU ÇIXMAQ

    bax: qənbərqulu çıxmaq.

    Tam oxu »
  • İŞİN İÇİNƏ GİRMƏK

    bax: işin içində olmaq.

    Tam oxu »
  • İŞİN QABAĞINA KÖTÜK İTƏLƏMƏK

    bir işə mane olmağa, qarşısını almağa çalışmaq; ~ badalaq gəlmək (vurmaq).

    Tam oxu »
  • İŞİN QULPUNDAN YAPIŞMAQ (TUTMAQ)

    kömək etmək, yardımçı olmaq; ~ əl yetirmək.

    Tam oxu »
  • İŞİN ÜSTÜNDƏ DURMAQ

    iş yerində olmaq, idarə etmək, bilavasitə rəhbərlik etmək; ~ işin üstündə olmaq.

    Tam oxu »
  • İŞİN ÜSTÜNDƏ OLMAQ

    bax: işin üstündə durmaq.

    Tam oxu »
  • İŞİN ÜSTÜNƏ ÇIXMAQ

    aşkar etmək, başqalarından gizlədilən, xəlvəti görülən bir  işlə qəflətən  qarşılaşmaq.

    Tam oxu »
  • İŞİN ÜSTÜNƏ DÜŞMƏK

    bütün diqqəti bir işə yönəltmək.

    Tam oxu »
  • İŞİN ÜSTÜNÜ AÇMAQ

    əsl həqiqəti üzə çıxarmaq, aşkar etmək.

    Tam oxu »
  • İŞİN ÜSTÜNÜ BASDIRMAQ

    hadisənin açılmasına mane olmaq, onu hər vəchlə gizlətmək.

    Tam oxu »
  • İŞİNDƏ OLMAQ

    başqa şeylərə əhəmiyyət vermədən öz işi ilə məşğul olmaq.

    Tam oxu »
  • İŞİNƏ GƏLMƏK

    faydalı olmaq, uyğun olmaq; ~ işinə yaramaq.

    Tam oxu »
  • İŞİNƏ QARIŞMAQ

    müdaxilə etmək, təsir etməyə çalışmaq.

    Tam oxu »
  • İŞİNƏ YARAMAQ

    bax: karına gəlmək.

    Tam oxu »
  • İŞİNİ BİLƏN

    öz xeyrini, mənfəətini güdən, ehtiyatlı və tədbirli; gördüyü işi yaxşı bacaran, peşəkar.

    Tam oxu »
  • İŞİNİ BİLMƏK

    bax: hesabını aparmaq.

    Tam oxu »
  • İŞİNİ BİTİRMƏK

    məhv etmək, yox etmək, öldürmək; ~ axırına çıxmaq, xəşilini çalmaq.

    Tam oxu »
  • İŞİNİ BURMAQ

    mane olmaq, hər vəchlə işini pozmaq; ~ pəl vurmaq (qatmaq).

    Tam oxu »