Azərbaycan dilinin frazeologiya lügəti

  • SƏNƏ GÜVƏNDİYİM DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ

    arxa, dayaq hesab edilən, güvənilən şəxs etimadı doğrultmadıqda təəssüflə işlədilən ifadə.

    Tam oxu »
  • SƏNGƏRƏ YATMAQ

    bax: suyun dibinə yatmaq.

    Tam oxu »
  • SƏNGƏRİ DƏYİŞMƏK

    mövqeyini, mənsub olduğu düşərgəni, məsləkini dəyişmək.

    Tam oxu »
  • SƏNİNKİ SƏNDƏ, MƏNİMKİ MƏNDƏ

    razılığa gələ bilmədikdə münasibətlərə son qoymaq məqsədilə qarşı tərəfə deyilən ifadə.

    Tam oxu »
  • SƏRÇƏNİ GÖZÜNDƏN VURMAQ

    bax: quşu gözündən vurmaq.

    Tam oxu »
  • SƏRÇƏYƏ TOPDAN ATƏŞ AÇMAQ

    xırda və əhəmiyyətsiz bir işə həddindən artıq enerji sərf etmək.

    Tam oxu »
  • SƏRHƏDİ KEÇMƏK

    ədəb-ərkan gözləməmək, böyük-kiçik yeri bilməmək; ~ həddini aşmaq, cızığından çıxmaq.

    Tam oxu »
  • SƏS-KÜY SALMAQ (QOPARMAQ)

    uca səslə danışmaq, qışqırmaq; ~ səs salmaq, səsini başına atmaq, hay basmaq (salmaq, vurmaq).

    Tam oxu »
  • SƏS SALMAQ

    uca səslə danışmaq; ~ səsi aləmi basmaq, səs-küy salmaq (qoparmaq), sükutu pozmaq; şayiə yaymaq, dedi-qodu eləmək; ~ söz qoşmaq, vedrə bağlamaq, şeypu

    Tam oxu »
  • SƏS VERMƏK

    1. Seçki zamanı namizədlərdən birini dəstəkləmək. 2. Səslənməklə kiminsə çağırışına cavab vermək. 3. İclas, müzakirə, disput, müdafiə və s

    Tam oxu »
  • SƏS YIĞMAQ

    seçki və müsabiqələrdə vətəndaşların, iştirakçıların dəstəyinə (səsverməsinə) nail olmaq.

    Tam oxu »
  • SƏSƏ SALMAMAQ

    bir şeyi ört-basdır etmək, ətrafdakılardan gizlətmək, haqqında danışmamaq; ~ məsələni ağartmamaq.

    Tam oxu »
  • SƏSİ AĞIR GƏLMƏK

    müsbət cavab verməmək, məsələyə soyuq yanaşmaq, istəməmək, könlü olmamaq.

    Tam oxu »
  • SƏSİ ALƏMİ BASMAQ

    uca səslə danışmaq; ~ səs salmaq.

    Tam oxu »
  • SƏSİ ALINMAQ

    seçki hüququndan məhrum edilmək; öz fikrini bildirməyə qoymamaq.

    Tam oxu »
  • SƏSİ BAŞINA DÜŞMƏK

    kiminsə və ya nəyinsə səsindən qıcıqlanmaq, əsəbiləşmək.

    Tam oxu »
  • SƏSİ ÇIXMAQ

    bilinmək, eşidilmək, aşkar olmaq; ictimai rezonans doğurmaq, səs-küyə səbəb olmaq; ~ üstü açılmaq, üzə çıxmaq

    Tam oxu »
  • SƏSİ KƏSİLMƏK

    susmaq, danışmamaq; ~ səsini içinə salmaq.

    Tam oxu »
  • SƏSİ QUYUNUN DİBİNDƏN GƏLMƏK

    zəif, güclə eşidilmək.

    Tam oxu »
  • SƏSİ ÖZÜNƏ XOŞ GƏLİR

    ətrafdakılara məhəl qoymadan ucadan danışan adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • SƏSİ SONRA ÇIXACAQ

    səs-küy yaradacaq bir hadisə, hərəkət haqqında işlədilən ifadə; ~ zurnası sonraya qalıb.

    Tam oxu »
  • SƏSİNƏ SƏS VERMƏK

    çağırışa cavab vermək, birlik, həmrəylik göstərmək.

    Tam oxu »
  • SƏSİNİ BAŞINA ATMAQ

    dava-dalaş etmək, qışqırmaq, ucadan ittiham tonu ilə danışmaq; ~ səs-küy salmaq (qoparmaq).

    Tam oxu »
  • SƏSİNİ ÇIXARMAQ (QALDIRMAQ)

    dözməmək, etiraz etmək.

    Tam oxu »
  • SƏSİNİ İÇİNƏ SALMAQ

    qorxudan və s.-dən susmaq; susmağa məcbur olmaq;~ səsini kəsmək, nəfəsini çəkə bilməmək, səsi kəsilmək

    Tam oxu »
  • SƏSİNİ KƏSMƏK

    1. Susmaq, danışmamaq, nitqini dayandırmaq; ~ ağzını qıfıllamaq, ağzını möhürləmək, səsini içinə salmaq, nəfəsini içinə çəkmək

    Tam oxu »
  • SƏSİNİN YOĞUN YERİNƏ SALMAQ

    kobud, yüksək tonla danışmaq.

    Tam oxu »
  • SIĞAL VERMƏK (VURMAQ, ÇƏKMƏK)

    bəzək, yaraşıq vermək, yaraşıq üçün saçlarına, üst-başına səliqəli görkəm vermək.

    Tam oxu »
  • SIXIB SUYUNU ÇIXARTMAQ

    1. Sıxışdırmaq; ~ sorğu-suala çəkmək. 2. Bərk tənqid etmək; ~ abrını vermək (almaq), abrını ətəyinə bükmək

    Tam oxu »
  • SIXMA-BOĞMAYA SALMAQ

    bax: qısma-boğmaya salmaq.

    Tam oxu »
  • SIMSIRIĞINI SALLAMAQ

    qaşlarını çataraq və alnını qırışdıraraq öz sifətinə acıqlı, yaxud narazı bir ifadə vermək; ~ qaşqabağını sallamaq (tökmək), qaşqabağını turşutmaq

    Tam oxu »
  • SINAĞA ÇƏKMƏK

    bax: sınaqdan çıxarmaq.

    Tam oxu »
  • SINAQDAN ÇIXARMAQ

    yoxlamaq, təcrübədən keçirmək; ~ imtahana çəkmək.

    Tam oxu »
  • SINAQDAN ÇIXMAQ

    bərkdən-boşdan, yoxlamalardan uğurla keçərək etimadı doğrultmaq; ~ özünü doğrultmaq.

    Tam oxu »
  • SINAQLARDAN ÇIXMAQ

    çətinliklər görmək; ~ bərkə-boşa düşmək.

    Tam oxu »
  • SIRADAN ÇIXARMAQ

    məhv etmək; ~ sapanda qoyub atmaq, aradan götürmək, başına daş salmaq; korlamaq, zay etmək; ~ abır qoymamaq

    Tam oxu »
  • SIRADAN ÇIXMAQ

    korlanmaq, xarab olmaq, yararsız hala düşmək.

    Tam oxu »
  • SIRĞA ELƏYİB QULAĞINDAN ASMAQ

    bax: qulağında sırğa etmək (olmaq).

    Tam oxu »
  • SITQI SIYRILMAQ

    xoşu gəlməmək; incimək; ~ zəhləsi getmək.

    Tam oxu »
  • SİÇAN DEŞİYİ AXTARMAQ

    qorxusundan gizlənməyə yer axtarmaq; ~ siçan deşiyini satın almaq.

    Tam oxu »
  • SİÇAN DEŞİYİNİ SATIN ALMAQ

    bax: siçan deşiyi axtarmaq.

    Tam oxu »
  • SİÇAN OLMAMIŞ DAĞARCIQ DƏLİR

    dan. birisi yaşına və səviyyəsinə uyğun olmayan hərəkət etdikdə kinayə ilə işlədilən ifadə.

    Tam oxu »
  • SİÇAN-PİŞİK OYNAMAQ

    aldatmaq, bir-birinə kələk gəlmək.

    Tam oxu »
  • SİFƏT ELƏMƏK

    bax: sifət göstərmək.

    Tam oxu »
  • SİFƏT GÖSTƏRMƏK

    özünü qaşqabaqlı aparmaq, mimika ilə narazılıq, xoş qarşılamamaq, sərt münasibət bildirmək, nəyəsə çox ciddi etiraz etmək; ~ sifətini turşutmaq

    Tam oxu »
  • SİFƏTİNDƏN ZƏHRİMAR YAĞMAQ (TÖKÜLMƏK)

    çox hirsli, qaşqabaqlı olmaq; ~ üz-gözündən zəhrimar yağmaq (tökülmək), üzündən zəhrimar (yağmaq) tökülmək

    Tam oxu »
  • SİFƏTİNİ İTİRMƏK

    dəyişmək (mənfi mənada), mənəvi keyfiyyətlərini itirmək, əqidəsindən üz döndərmək, dəyərlərə arxa çevirmək; ~ yolunu azmaq

    Tam oxu »
  • SİFƏTİNİ QORUMAQ

    istənilən şəraitdə əqidəsinə və məsləkinə sadiq olmaq, mənəvi keyfiyyətlərini saxlamaq.

    Tam oxu »
  • SİFƏTİNİ TURŞUTMAQ

    bax: üzünü turşutmaq.

    Tam oxu »
  • SİLAH DİLİ İLƏ DANIŞMAQ

    güc tətbiq etmək, zorakılığa əl atmaq.

    Tam oxu »