is. Perpendikulyar vəziyyət, perpendikulyar olma. Müstəvinin perpendikulyarlığı
[fr.] Dəmiryol stansiyasında qatarların yanaşıb dayandığı meydança; sərnişin platforması. Qatar perrona yanaşdı
is. [lat.] Göyün şimal yarımkürəsindəki bürcün adı
is. Paltar yuyulmasında istifadə olunan ağardıcı maddə
is. [lat.] 1. Şəxs, zat, adam. 2. Tanınmış adam
[fr.] Bədii əsərdə iştirak edən şəxs; surət, tip. Mənfi personaj. Komik personaj. – [“Arşın mal alan”da] səkkiz personaj iştirak edir
[lat. personalis – şəxsi] Hər hansı bir idarənin, müəssisənin şəxsi heyəti; bir peşə qrupuna daxil olan işçilər
[fr.] 1. rəs. Əşyanın, müşahidə nöqtəsindən uzaqlığından asılı olaraq, gözlə qavranılan cəhətlərinə uyğun şəkildə müstəvi üzərində təsviri
sif. 1. Perspektivi, gələcəyi olan, inkişaf etməyə yaxşı şəraiti olan. Perspektivli neft sahəsi. Perspektivli iş
is. Perspektivli olma, gələcəyi olma
sif. Perspektivi, gələcəyi olmayan, inkişaf etməyə şəraiti olmayan (bax perspektiv 3-cü mənada). Perspektivsiz mədən
is. Gələcəyi olmama, perspektivsiz olma
is. [isp.] mal. Cənubi Amerika ölkələrinin çoxunda dövriyyədə olan pul vahidi
[lat. pessimus – ən pis] bax bədbin
[lat.] bax bədbinlik
is. [fars.] 1. Sənət. [Dövlətlilərin] … peşə öyrənməyə də fikir verməyə macalları olmurdu. Ə.Əbülhəsən
[fars.] 1. is. Sənətkar. Kəndli qızıdır anam, bir peşəkardır babam. B.Vahabzadə. 2. sif. Bir işi, məşğuliyyəti, fəaliyyəti özünə peşə seçmiş
is. Sənətkarlıq
[fars.] bax avans. [Mayor Dilaraya:] Bəli, xanım, Cavanşir bəyin yalnız peşin olaraq bizdən aldığı məbləğ mühacirətdə sizə ömrünüzün axırına qədər kif
is. [fars.] Bəxşiş verilən, bağışlanan şey; hədiyyə, bəxşiş. Evlənmək istəyən bir qədər peşkəş özü ilə götürüb, bəyin qulluğuna gedib ondan izn almaq
is. [fars.] Öz səhvini və ya nöqsanını başa düşərək buna təəssüflənmə. Hacı Nəsir ikinci dəfə evlənməyə çox peşman idi
1. bax peşmanlıq. Bunun axırı peşmançılıqdır, – deyə İmamverdi qardaşını məzəmmət edərdi. S.S.Axundov
“Peşmanlamaq”dan f.is
f. Peşman olmaq, peşmançılıq çəkmək
is. Peşman olma, peşmançılıq. …Peşmanlıq qara boğanaq kimi birdən [Zeynalı] bürüyüb sıxmağa … başlayırdı
is. [fars.] Nazik tellər şəklində şərq şirniyyatı. Burada şit yağ, camış qatığı, həftəbecər, … peşmək və iki şüşə konyak var idi… B
[fr. petit – kiçik] Kiçik mətbəə şriftlərindən birinin adı. Mətni petitlə yığmaq
[rus. петлица] Rəsmi geyimlərin yaxalığına tikilən rəngli fərqlənmə nişanı
sif. [yun.] Petroqrafiya ilə əlaqədar olan, petroqrafiyaya aid olan. Petroqrafik tədqiqat
[yun. petros – daş, qaya və grapho – təsvir edirəm] Geologiyanın dağ süxurlarını, onların mineraloji və kimyəvi tərkibini, quruluşunu, yayılma, əmələg
is. [fars.] köhn. 1. İz, ləpir. 2. Ard, arxa. 3. Kətan kirişi
is. [ing.] Xəbər yetirən, məlumat çatdıran cihaz
is. [ing.] İnformasiya ötürmə və qəbul etmə
[fars.] : peyda etmək (eləmək) – büruzə vermək, göstərmək. Çox eləyib iztirab peyda; Allahdan etdilər təmənna
zərf [fars.] Dalbadal, birbirinin ardınca, arasıkəsilmədən. Hava qaralır, ildırım şığıyır, göy peydərpey guruldayır… Ə
is. [fars.] klas. Xəbər, sifariş. Vaqifəm, canana göndərdim peyğam; Gözüm yollarında qaldı sübhü şam
is. [fars.] 1. Müxtəlif dini etiqadlara görə, Allahın əmrlərini xəbər verən və şərh edən şəxs; rəsul, nəbi
is. bot. Açıq-göy rəngli yabanı gül
bax qarğıdalı
is. 1. Rəsulluq, nəbilik. Peyğəmbərlik tam ruhanilikdir, çünki insanlıq dərəcəsində peyğəmbərlikdən daha yüksək mövqe yoxdur
is. Üzvi gübrə kimi işlədilən saman, xəzəl və s. qatışığından ibarət heyvan və quş ifrazatı. At peyini
bax peyinsəpən
is. zool. Peyinliklərdə yaşayan cücü
“Peyinləmək”dən f.is
f. Peyinlə gübrələmək, peyin vermək. Bostanı peyinləmək
“Peyinlənmək”dən f.is
məch. Peyinlə gübrələnmək, peyin verilmək
sif. Peyin səpilmiş, peyin tökülmüş, peyin verilmiş. Peyinli lək
is. Peyin yığılmış yer, peyin olan yer. [Sərçələr qışda] gündüzlər özlərini həyətə, tövləyə, pəyəyə, peyinliyə, evlərin dəhlizlərinə soxaraq yem
sif. k.t. Əkiləcək sahəyə peyin səpmək üçün işlədilən. Peyinsəpən maşın. // İs. mənasında. Peyinsəpəni təmir etmək