PERSONÁL

[ lat. personalis – şəxsi] Hər hansı bir idarənin, müəssisənin şəxsi heyəti; bir peşə qrupuna daxil olan işçilər. Tibb personalı.
PERSONÁJ
PERSPEKTİ́V
OBASTAN VİKİ
Tibbi personal
Tibbi personal — tibb müəssisələrində xidmət edən tibb işçiləridir. == Vəzifələr üzrə bölünməsi == Ali — ali və aspirantura tibbi və əczaçılıq təhsili olan bir həkim və digər mütəxəssislər. .Orta – feldşer , sanitar feldşer, feldşer-laborant, hərbi feldşer, tibb bacısı, feldşer-akuşer, diş həkimi, diş texniki, Epidemioloq həkim köməkçisi(parazitoloq), sanitar köməkçisi, dezinfeksiya təlimçisi , sanitar təlimçisi , entomoloq köməkçisi, əczaçı, Rentgen laboratoriyasının köməkçisi, fiziki terapiya təlimçisi, süd mətbəxinin rəhbəri, tibbi statistika rəhbəri, optometriya, eləcə də bir sıra ölkələrdə paramedik, laboratoriya işçisi, fizioterapevt, rentgenoloq, dietoloq və s. .Kiçik – tibb bacısı, kiçik tibb bacısı, tibbi qeydiyatçı (poliklinikada), sanitar, baxıcı, dayə, dezinfeksiyaçı və s.
Personalizm
Personalizm (lat.persona-şəxsiyyət)-Şəxsiyyəti ilkin reallıq və ali ruhi sərvət, bütün aləmi isə ali şəxsiyyətin (Allahın) yaradıcı fəallığının təzahürü hesab edən cərəyan. P. Leybnitsin monadologiyası ilə ilə əlaqədardır və XIX əsrin sonu XX əsrin əvvələrində yaranmışdır. Aləmin elmi-materialst anlayışına qarşı çıxan personalizmin konsepsiyasına görə təbiət ruh-"şəxsiyyətlərin" məcmusundan ibarətdir (Plüralizm), "Ali şəxsiyyət"-hər şeyə qadir Allahdır (Teizm). B. Boun, R. Flüellinq, E. Braytmen, E. Munye, J. Lakrua bu cərəyanın görkəmli nümayəndələri hesab olunurlar. Personalizmin formalaşması XIX əsrin sonunda Rusiya və ABŞ-də başlamışdır. Personalist fəlsəfənin əsas prinsipləri N. A. Berdyayev və L. Şestov tərəfindən formulə edilmişdir. Sonralar isə həmin ideyalar N. O. Losskinin, S. N. Bulqakovun, A. Belının, Vyaç. İvanovun yaradıcılığında öz əksini tapmışdır. Personalizmin Fransada yayılması həmin cərəyanın inkişafında xüsusi mərhələni təşkil edir. Onun ən böyük nümayəndəsi Emmanuel Munyedir (1905– 1950).

Digər lüğətlərdə

ве́псы вихля́ющий де́рзко забве́ние ка́риес легкова́тость пове́дать при́гарь торжеству́ющий уни́зить футбо́лка гу́сельки диэле́ктрик маркше́йдерский ополови́ниванье политэконо́м роси́нка барвица скобка шанец ornate supplant tenacula периферийный разум