Azərbaycan dilinin izahlı lüğəti

  • KANÁRYA

    [coğr. addan] Otaqda qəfəsdə saxlanılan açıq-sarı rəngli oxuyan quş; sarıbülbül

    Tam oxu »
  • KANÁT

    [rus.] Liflərdən və ya məftillərdən eşilmiş çox möhkəm yoğun ip (kəndir); buraz. Polad kanat. ◊ Kanat yol – bax yol

    Tam oxu »
  • KANATÇI

    is. xüs. Kanat hazırlayan fəhlə

    Tam oxu »
  • KANATÇILIQ

    is. Kanatçının işi, peşəsi

    Tam oxu »
  • KANDAR

    is. Qapı ağzı; astana. Mən otağımın kandarında durub baxırdım. T.Ş.Simurq. Açdı Baba müəllim pəncərəni bir anda; Gördü biri yıxılıb qapının kandarında

    Tam oxu »
  • KANİFÓL

    [lat. colophonia] İynəyarpaqlı ağacların kitrəsindən hasil edilən, şüşəyəoxşar kövrək maddə (sənayedə yapışqan və izolyasiya materialı kimi, habelə ça

    Tam oxu »
  • KANİFOLLAMA

    “Kanifollamaq”dan f.is

    Tam oxu »
  • KANİFOLLAMAQ

    f. Çalğı alətinin yayına kanifol çəkmək. Skripkanın yayını kanifollamaq

    Tam oxu »
  • KANİFOLLANMA

    “Kanifollanmaq”dan f.is

    Tam oxu »
  • KANİFOLLANMAQ

    məsh. Kanifol çəkilmək (çalğı alətinin simlərinə)

    Tam oxu »
  • KANİSTR

    is. [ing.] Maye tökmək üçün germetik ağızlı qab

    Tam oxu »
  • KANKAN

    is. [fars.] köhn. Əl ilə quyuqazan; quyuçu. Kankanın vəsiyyəti qızıl öküzdür. (Ata. sözü). [Məmməd:] Atam kankan idi, amma acından ölməmək üçün arpa ə

    Tam oxu »
  • KANKANBAŞI

    is. köhn. Kankanların başçısı. Qoca kankanbaşı son nəfəsində bərk dolub qəhərləndi. S.Rəhimov

    Tam oxu »
  • KANKANLIQ

    is. Kankanın işi, sənəti, peşəsi; quyuçuluq. [Məşədi Hənifə] yayda biçinə gedər, qışda kankanlıq edər, payız vaxtı karxanalarda günəmuzd kərpic kəsərd

    Tam oxu »
  • KANÓE

    [isp.] Xüsusi tipli idman qayığı (bu qayıqda bir diz üstə durub sərbəst avarla avar çəkilir)

    Tam oxu »
  • KANONADA

    [fr.] 1. Toplardan tez-tez və ardıcıl açılan atəş. 2. Top atəşlərinin və mərmi partlayışlarının uzaqdan eşidilən səsi

    Tam oxu »
  • KANONER

    [fr. canoniere-dən] : kanoner qayığı – bax kanonerka

    Tam oxu »
  • KANONERKA

    [fr.] Dənizin sahilboyu ərazilərində, çaylarda və göllərdə hərbi əməliyyat aparmaq üçün döyüş gəmisi; kanoner qayığı

    Tam oxu »
  • KANSELYARİYA

    [lat.] bax dəftərxana. [Məmmədcəfər] kanselyariyada oturanda başını çox vaxt dala əyərdi. Qantəmir

    Tam oxu »
  • KÁNSLER

    [alm.] Bəzi dövlətlərdə yüksək vəzifəli şəxslərə verilən ad və bu adı daşıyan şəxs. // Almaniyada baş nazir

    Tam oxu »
  • KANTÁTA

    [ital.] 1. Musiqinin müşayiəti ilə xorla və tək oxunan, adətən təntənəli mahiyyət daşıyan böyük musiqi əsəri

    Tam oxu »
  • KANTÓN

    [fr.] Bəzi xarici ölkələrdə inzibati-ərazi bölgüsü

    Tam oxu »
  • KANYÓN

    is. [isp.] Sıldırımlı dar dərə

    Tam oxu »
  • KAP

    is. məh. Qarğıdalı, alma və b. meyvələrin yeyilməyən hissəsi, qalığı

    Tam oxu »
  • KAPELLA

    [orta lat.] mus. Müğənnilərdən və musiqi alətlərində çalan çalğıçılardan ibarət ansambl. Banduraçılar kapellası

    Tam oxu »
  • KAPELMÉYSTER

    [alm.] Keçmişdə dirijora verilən ad. // Hərbi orkestr dirijoru

    Tam oxu »
  • KAPELMEYSTERLİK

    is. köhn. Dirijorluq

    Tam oxu »
  • KAPİLLYAR

    [lat.] anat. Ən kiçik, incə qan damarı. Kapillyar damarlar

    Tam oxu »
  • KAPİTÁL

    [lat. capitalis-dən] 1. iqt. Sahibinə, muzdlu fəhlələri istismar yolu ilə izafi dəyər gətirən dəyər (sərmayə, istehsalat vasitələri və s

    Tam oxu »
  • KAPİTALİST

    is. 1. Kapitalizm cəmiyyətində hakim sinfin nümayəndəsi, muzdlu fəhlələri istismar edən kapital sahibi

    Tam oxu »
  • KAPİTALİZM

    [lat.] 1. İstehsal vasitələri üzərində xüsusi mülkiyyətə və muzdlu əməyin istismarına əsaslanan ictimai-iqtisadi formasiya

    Tam oxu »
  • KAPİTALLAŞDIRILMA

    “Kapitallaşdırılmaq” dan f.is

    Tam oxu »
  • KAPİTALLAŞDIRILMAQ

    məch. iqt. Kapitala çevrilmək

    Tam oxu »
  • KAPİTALLAŞDIRMA

    “Kapitallaşdırmaq” dan f.is

    Tam oxu »
  • KAPİTALLAŞDIRMAQ

    f. iqt. Kapitala çevirmək

    Tam oxu »
  • KAPİTALLAŞMA

    “Kapitallaşmaq”dan f.is

    Tam oxu »
  • KAPİTALLAŞMAQ

    f. iqt. Kapitala çevrilmək

    Tam oxu »
  • KAPİTAN

    [fr.] 1. Orduda: baş leytenant rütbəsindən sonra gələn zabit rütbəsi, habelə bu rütbəni daşıyan şəxs

    Tam oxu »
  • KAPÓT

    [fr.] 1. köhn. Evdə geyilən xalata oxşar enli qadın paltarı. Maşa şalına büründü, isti kapot geyindi, öz mücrüsünü götürüb dal qapıya çıxdı

    Tam oxu »
  • KAPRÁL

    [fr.] köhn. hərb. Bəzi ölkələrin ordularında və XVII əsrdən XIX əsrin birinci yarısına qədər rus ordusunda kiçik komanda heyətinə məxsus hərbi rütbə v

    Tam oxu »
  • KAPRİÇÇİO

    [ital.] mus. Sərbəst və oynaq musiqi əsəri. Fikrət Əmirovun “Azərbaycan” kapriççiosu

    Tam oxu »
  • KAPRİÇÇO

    [ital.] mus. Sərbəst və oynaq musiqi əsəri. Fikrət Əmirovun “Azərbaycan” kapriççiosu

    Tam oxu »
  • KAPRÓN

    [xar.] Süni lif növü. Kapron istehsalı. // Kaprondan hazırlanmış. Kapron corab. Kapron tor. Kapron ip

    Tam oxu »
  • KÁPSUL₁

    [lat.] əcz. Birdəfəlik dərman dozası üçün jelatindən, kağızdan və s.-dən qayrılmış, mədədə tez həll olunan qovuqcuq

    Tam oxu »
  • KÁPSUL₂

    [fr.] Piston (patronda, distansiya borucuqlarında və s.-də)

    Tam oxu »
  • KAPSULLU₁

    sif. Kapsula qoyulmuş. Kapsullu dərman

    Tam oxu »
  • KAPSULLU₂

    sif. Kapsulu olan. Kapsullu tüfəng

    Tam oxu »
  • KAPTÁJ

    [fr.] xüs. 1. Yer altından çıxan mədən suyunun, yaxud qazın torpağa hopmasının, axarkən çirklənməsinin qarşısını almaq və onlardan daha səmərəli istif

    Tam oxu »
  • KAPTENARMUS

    [fr.] köhn. Hərbi hissədə silah, ərzaq və sursata baxan şəxs

    Tam oxu »
  • KAPYUŞÓN

    [fr.] Üst paltara bənd edilmiş başlıq

    Tam oxu »