sif. Aypara şəklində olan. Qazamat divarları uca; Qapının yarımay deşiyindən; Zaman-zaman görünür bir qoca
is. Təqvim ayının yarısı. Birinci yarımayın maaşı. İkinci yarımayın planı
sif. Tam maye olmayan, çox duru olmayan, bir qədər qatı halda olan. Yarımmaye maddə
is. Yarım ay davam edən, yarım ay müddətində görülən, yarım aya nəzərdə tutulan. Yarımaylıq iş qalıb
sif. Məqsədinə, arzusuna, kamına çatmayan: nakam, bədbəxt, binəsib. Əfsus, bu günlərin ömrü az oldu; Körpə quşcuğazım yarımaz (z
bax yarımvəhşi
bax yarıbayğın. Yarım saat sonra [Sürəyya] yarımbayğın bir halda sayıqlamağa başladı. Ə.Məmmədxanlı
bax yarıbərk
sif. Tam bükülü olmayan, qismən bükülmüş. Qürbət sağ əlini enli və qalın toqqasına keçirib sol qıçını yarımbükük halda qatladı
“Yarım”dan kiç. Yarımca saat gözləyin. Yarımca gün vaxt lazımdır. – Salman [Mayaya] savışdı: – Bu istidə hara? Bir yarımca saat otur, mən də dururam
sif. 1. Ölümü yaxınlaşmış olan, ölümünə az qalmış; ölümcül. Yazıq yarımcandı, ölər, qalmaz. – Yarımcan arvad balalarından utanıb daha su istəmir
is. 1. İnsan və ya heyvanın ölməyə yaxın halı. 2. məc. Üzgünlük, əldən düşmə, çox yorğunluq; ölüvaylıq
sif. Tamamilə cır olmayan. Yarımcır alma növü
is. Dairənin, çevrənin yarısı
sif. 1. Sona, axıra çatdırılmamış; natamam, bitməmiş. Yarımçıq iş. // Zərf mənasında. Yarısında, ortasında, axıra çatdırmayaraq, natamam
“Yarımçıqlamaq”dan f.is
f. Yarımçıq etmək, tamamlamamaq, axıra, sona çatdırmamaq
is. Yarımçıq olma, natamamlıq, qeyri-kamillik, yarımçıq şeyin halı
dan. bax yarımçıq. Çörək yedikdən sonra Mirzə üzünü Usta Zeynala tutub: – Usta Zeynal, bu uşaqlar qurtarıblar, bunları belə qoymaq olmaz, yarımçılıqda
bax yarımlüt. Yarımçılpaq uşaq. Yarımçılpaq (z.) yerindən durmaq
sif. Bir qədər çürümüş, qismən çürümüş, başdan-başa çürüməmiş
is. 1. Dairənin yarısı. 2. Qövsvari yarıqapalı xətt. Yunis telefonu yerə qoyub cəld təqvim vərəqindəki qeydlərin hamısını bir yarımdairəyə aldı
sif. Yarımdairə şəklində olan. Yarımdairəvi xətt. Yarımdairəvi zal
bax yarımdairəvi
is. dan. Qolun əlin ucundan dirsəyə qədər olan hissəsinin yarısı (xalq arasında uzunluq ölçüsü)
sif. Sonradan işlənib hazırlanmalı olan məmulat, yarımhazır məmulat. Ət yarımfabrikatları
is. biol. Heyvan və bitki sistematikasında bölgü; fəsilə daxilində birbirindən fərqlənən qrup
is. idm. Birincilik uğrunda finaldan qabaq keçirilən oyun, görüş. Yarımfinala çıxmaq. Yarımfinal yarışları
is. köhn. Girvənkənin yarısı, iki yüz qram
1. sif. Yarım girvənkə çəkisində olan. Yarımgirvənkəlik daş. 2. is. Yarım girvənkə ağırlığında olan daş
is. Günbəzin yarısı; ortadan kəsilmiş kimi görünən günbəz. Divanxananın portalı üzərində quruluşca çox mürəkkəb və daşdan tikilmiş yarımgünbəz vardır
is. Hissənin yarısı
sif. Tamamilə aşılanmamış, qismən aşılanmış. Bu alçaq binaların damlarında … xal və yarımxam keçi, qoyun dərilərinə rast gəlmək olardı
sif. Yarımuçmuş, tamam uçulub dağılmamış, qismən uçulmuş. Yarımxaraba ev
sif. İlin yarısına aid olan; altıaylıq. Yarımillik hesabat. // Yarım il (altı ay) davam edən. Yarımillik yaradıcılıq məzuniyyəti
sif. Qismən isti olan, bir qədər isti. Yarımisti paltar
is. Tamamilə deyil, qismən işsiz olan adam, ayın, həftənin yalnız bəzi günlərində işləyən, özünə iş tapan adam
fiz. 1. sif. Keçiricilərlə dielektriklər (izolyatorlar) arasında aralıq vəziyyət tutan. Yarımkeçirici maddə
sif. Bir qədər kefli, azacıq sərxoş halda olan
sif. Yarım kilo ağırlığında olan. Yarımkiloluq daş
bax yarımqaba. Yarımkobud yunlu qoyunlar
is. bot. Gövdəsinin dib hissəsi oduncaqlaşmış, üst hissəsi isə ot olan bitki
is. Yarımkol bitmiş yer, sahə
sif. Tamamilə yox, qismən kosa olan, bir qədər kosa. Deyilənlərə görə, molla yarımkosa imiş. “M.N.lətif
sif. Tam oturaq halına keçməmiş, qismən köçəri həyat keçirən. Yarımköçəri həyat. Yarımköçəri xalq
is. Yarımköçəri həyat tərzi
is. Çox sıx olmayan kölgə, zəif işıqlanmış yer. Yarımkölgədə oturmaq. // Kölgəyə oxşayan şey. Günəş ləkələri əsasən çox tutqun nüvədən və onu əhatə ed
is. Qismən kristal halında olan, tam kristal olmayan cisim
sif. Yarımkristal halında olan
is. 1. Kürənin yarısı. 2. Həmin şəkildə olan şey. Beyin yarımkürəsi. – Yarımkürəyə oxşayan qarpız parçasının biri dilimlənərək yeyilmişdi