YARIMKÖLGƏ is. Çox sıx olmayan kölgə, zəif işıqlanmış yer. Yarımkölgədə oturmaq. // Kölgəyə oxşayan şey. Günəş ləkələri əsasən çox tutqun nüvədən və onu əhatə edən az tutqun yarımkölgədən ibarətdir. R.Hüseynov.