Azərbaycan kişi adlarının izahlı lüğəti

  • QARAQUŞ

    qara quş; böyük quş; çalağan; cəsur insan

    Tam oxu »
  • QARAMAN

    qara rəngli, qaraşın, qarabuğdayı adam

    Tam oxu »
  • QARAŞ

    qaraşın; böyük, nəhəng, əzəmətli

    Tam oxu »
  • QARATAY

    böyüklərə, güclülərə bənzəyən; böyük, əzəmətli dağ

    Tam oxu »
  • QARAYUSİF

    qara Yusif; igid, qəhrəman, güclü Yusif

    Tam oxu »
  • QARDAŞ

    əsli “qarındaş” olub, bir anadan doğulan oğlanların qohumluq münasibətini bildirir

    Tam oxu »
  • QARDAŞAĞA

    böyük qardaş; bax: Qardaş və Ağa

    Tam oxu »
  • QARDAŞALI

    qardaş Alı, qardaş Əli

    Tam oxu »
  • QARDAŞBALA

    kiçik qardaş; bax: Qardaş və Bala

    Tam oxu »
  • QARDAŞƏLİ

    qardaş Alı, qardaş Əli

    Tam oxu »
  • QARDAŞXAN

    Qardaş xan; xan kimi qardaş

    Tam oxu »
  • QARTAL

    vüqarlı və qüvvətli quş; qorxmaz, cəngavər, bahadır; totem

    Tam oxu »
  • QARYAĞDI

    türkdilli tayfalardan birinin adı

    Tam oxu »
  • QASIM

    bölən, bölüşdürən, bölücü, pay verən

    Tam oxu »
  • QASIMALI

    pay bölüşdürən Əli; Əlinin verdiyi pay

    Tam oxu »
  • QASIMƏLİ

    pay bölüşdürən Əli; Əlinin verdiyi pay

    Tam oxu »
  • QASIMXAN

    bax: Qasım və Xan

    Tam oxu »
  • QASIRĞA

    fırtına, boran, güclü və şiddətli külək

    Tam oxu »
  • QASİB

    zorla alan, qəsb edən, mənimsəyən

    Tam oxu »
  • QASİBƏ

    zorla alan, qəsb edən, mənimsəyən

    Tam oxu »
  • QASİD

    xəbər aparıb-gətirən, çapar, poçtalyon

    Tam oxu »
  • QASİR

    nöqsanlı, qüsurlu (Sufi təsəvvürləri ilə bağlıdır)

    Tam oxu »
  • QAŞQAY

    nişan; xoşbəxt; müqəddəs; türk tayfalarından birinin adı

    Tam oxu »
  • QAYA

    iri və sərt daş,dağın irəli çıxan hissəsi; möhkəm, yenilməz, sarsılmaz

    Tam oxu »
  • QAYACAN

    qaya kimi möhkəm bədənli, qaya kimi sərt və möhkəm insan

    Tam oxu »
  • QAYAXAN

    möhkəm xan, yenilməz xan

    Tam oxu »
  • QAYARUH

    qaya kimi əzəmətli, möhkəm ruh

    Tam oxu »
  • QAYATƏKİN

    qayaya bənzəyən, qaya kimi; Qaya Təkin (atasından sonra xan olmağa hüququ olan varis)

    Tam oxu »
  • QAYBALI

    qeyb olan Əli, gizli Alı

    Tam oxu »
  • QAYƏ

    məqsəd, amal, dilək

    Tam oxu »
  • QAYIB

    gözlə görünməyən, məkanı bilinməyən; Allah, Tanrı

    Tam oxu »
  • QAYIBALI

    qeyb olan Əli, gizli Alı

    Tam oxu »
  • QAYIBƏLİ

    qeyb olan Əli, gizli Alı

    Tam oxu »
  • QAYIBƏY

    “qayı” (möhkəm, sağlam, qüvvətli, sərt) “bəy” sözlərindən düzəlmişdir. “Qayı”nın sel, daşqın, uçqun mənası da vardır

    Tam oxu »
  • QAYIBXAN

    gözə görünməyən, yeri bilinməyən xan, müqəddəs xan

    Tam oxu »
  • QAYIXAN

    möhkəm, sağlam xan; daşqın, sel kimi xan

    Tam oxu »
  • QAYIM

    birinin yerini tutan; bərk, möhkəm; simic, xəsis; namaz qılan

    Tam oxu »
  • QAYIM

    ayaq üstə duran; öz yerində olan, yerini tutan; qiyam edən

    Tam oxu »
  • QAYIMAĞA

    möhkəm, mətanətli ağa; iradəli ağa

    Tam oxu »
  • QAYITMAZ

    geri dönməz, əbədi yaşar

    Tam oxu »
  • QAYİB

    gözlə görünməyən, məkanı bilinməyən; Allah, Tanrı

    Tam oxu »
  • QAYİM

    ayaq üstə duran; öz yerində olan, yerini tutan; qiyam edən

    Tam oxu »
  • QAYSIN

    qayıdan, dönən; hiss edən, diqqətli olan; qoruyan

    Tam oxu »
  • QAYVALI

    qeyb olan Əli, gizli Alı

    Tam oxu »
  • QAZAN

    ad qazanma; əldə etmə, mənfəət götürmə

    Tam oxu »
  • QAZƏHMƏD

    qazi Əhməd; din uğrunda döyüşdə qalib gələn Əhməd; şəriət məhkəməsinin hakimi Əhməd

    Tam oxu »
  • QAZI

    dini rütbə, vəzifə; din uğrunda döyüşdə qalib çıxan; şəriət məhkəməsinin hakimi

    Tam oxu »
  • QAZIAĞA

    Qazı ağa; din yolunda müharibədə qalib gələn ağa

    Tam oxu »
  • QAZIBƏY

    Qazı//Qazi xan; şəriət məhkəməsi olan bəy

    Tam oxu »
  • QAZIƏHMƏD

    qazi Əhməd; din uğrunda döyüşdə qalib gələn Əhməd; şəriət məhkəməsinin hakimi Əhməd

    Tam oxu »