BƏSTƏR
BƏSTİ
OBASTAN VİKİ
Bəsti
Bəsti — Azərbaycan qadın adı. Aşıq Bəsti — XIX əsrin tanınmış qadın aşığı. Bəsti Cəfərova — aktrisa. Azərbaycanın xalq artisti (1998) Bəsti Bağırova – Bəsti Sevdiyeva – xanəndə, əməkdar artist. Bəsti Qasımova — Azərbaycanlı müğənni, AzTV-nin solisti.
Aşıq Bəsti
Aşıq Bəsti (tam adı:Bəsti Kərbəlayı Bayraməli qızı; 1836, Lev – 1936, Lev, Kəlbəcər rayonu) — XIX əsrin tanınmış qadın Azərbaycan aşığı. == Həyatı == Aşıq Bəsti 1836-cı ildə Kəlbəcərin Lev kəndində dünyaya gəlib. Təhsil almasa da ağılı və hazırcavablığı ilə seçilib. Aşıq Ələsgər, Ağdabanlı Aşıq Qurban kimi ustad aşıqların şeir məclislərində tez-tez iştirak edirmiş. Aşıq Bəstinin özünün də çoxlu şagirdləri olub. == Yaradıcılığı == Əsasən bayatı, gəraylı, qoşma və ağılar yazıb. Onun həyatı çətinliklərlə dolu olub. 17–18 yaşlarında bir çobanı sevmiş, amma bəylər çobanı qətlə yetirdiyindən bu sevgi vüsala çatmadan tamamlanmışdır. Bu hadisədən sonra ata-anası onu ərə vermək istəmişlərsə də, o ömrünün sonuna qədər ərə getməmişdir. Şeirlərinin əsas mövzusunu haqsızlıqlardan şikayət, zülmkarlara üsyan motivləri təşkil edir.
Bəsti Bağırova
Bəsti Məsim qızı Bağırova (10 aprel 1906, Abdullabəykürd, Yelizavetpol qəzası – 27 fevral 1962, Bağçakürd, Qasım İsmayılov rayonu) – Azərbaycanda məşhur pambıq ustası. Azərbaycanda iki əl ilə pambıq yığımı hərəkatının təşəbbüsçüsü. İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1947, 1950). == Həyatı == 1905-ci ildə Goranboy rayonun Bağçakürd kəndində anadan olmuşdur. 1930–1933-cü illərdə Azərbaycan SSR Qasım İsmayılov rayonu "Bağçakürd"(sonralar B. Bağırova adına) kolxozunun kolxozçusu, 1933–1950-ci illərdə həmin kolxozda manqa başçısı və 1953–1962-ci illərdə sədri olmuşdur. Bakı Ali Partiya Məktəbini bitirmişdir (1952). AKP-nin XXIII–XXV qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (I–III çağırış), Azərbaycan SSR Ai Sovetinin (IV–V çağırış) deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. 3 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla, ÜİKTS-in böyük qızıl medalı ilə təltif edilmişdir. Bağçakürd kəndinə Bəsti Bağırovanın tunc büstü qoyulmuşdur.
Bəsti Cəfərova
Bəsti Cəfərova (13 iyun 1959, Bakı) — aktrisa. Azərbaycanın xalq artisti (1998), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru (2013). Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi (2023) == Həyatı == Bəsti Əli qızı Cəfərova 13 iyun 1959-cu ildə Bakıda doğulub. 1976-cı ildə Bakı şəhəri 82 nömrəli tam orta məktəbi bitirib və həmin ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik dövründə baş rejissor, Əkrəm Əylislinin "Quşu uçan budaqlar" psixoloji dramını tamaşaya hazırlayan Tofiq Kazımovun dəvətilə Akademik Milli Dram Teatrına çağırılıb və adı çəkilən əsərdə Səltənət rolunu oynayıb. Milli rejissorlarımızın fəxri, səhnə klassiklərimizin cərgəsində layiqli yer tutan, böyük sənətkar Adil İsgəndərovun kursunda təhsil alan Bəsti Cəfərova ali təhsilini 1980-ci ildə başa vurub. Təyinatla Akademik Milli Dram Teatrına göndərilib və aktyor truppasına aktrisa götürülüb. Bəsti Cəfərova Akademik Milli Dram Teatrda işləyə-işləyə rejissor Vaqif İbrahimoğlunun Tədris teatrında hazırladığı özünün işləməsində "Mən Dədə Qorqud…" (Oğuz Xatunu və Dəli Domrulun anası), Antuan de Sent Ekzüperinin "Təskinlik verməyi unutmayın" ("Kiçik şahzadə", Qızılgül, Göl çiçəyi, və Fanarçı), Yuğ Dövlət Teatrında Məhəmmədhüseyn Şəhriyarın "Heydərbaba" əsəri əsasında səhnələşdirildiyi "Salam" (Qadın) əsərlərinin tamaşalarında da cazibəli rollar oynayıb. Akademik teatrda oynadığı rollar səhnə təcəssümündə daha geniş şəkildə üzə çıxıb. Səltənət ("Quşu uçan budaqlar", Ə. Əylisli), Nazlı ("Əliqulu evlənir"), Bənövşə ("Nişanlı qız" S. Rəhman), Qadın ("Sizi deyib gəlmişəm…", Anar), Əsmər ("Günah", R. Əlizadə), Bədidə və Nigar ("Qanlı Nigar", S. Şendil), Gülruh ("Şeyx Xiyabani"), Azadə xanım ("Dəlilər və ağıllılar"), Ağabəyim ağa ("Hökmdar və qızı"), Lalə ("Büllur sarayda"), Sürəyya ("Tənha iydə ağacı"), Xurşidbanu Natəvan ("Xurşidbanu Natəvan", İ. Əfəndiyev), Solmaz ("Od gəlini", C. Cabbarlı), Martrio ("Dişi canavar", F. Q. Lorka), Qonerilya ("Kral Lir", V. Şekspir), Qaliyə və Adlay ("Sokratı anma gecəsi", Ç. Aytmatov və M. Şahanov), Ədilə ("Poçt şöbəsində xəyal", Elçin), Fedra ("Fedra", J. Rassin), Afət ("Afət", H. Cavid), Qadın ("İnsan səsi", J. Kokto), Xanuma ("Xanuma", A. Saqarelli), Jivka ("Nazirin xanımı", B. Nuşiç), Qətibə İnanc ("Qətibə İnanc", M. S. Ordubadi) və s.
Bəsti Qasımova
Bəsti Sevdiyeva
Sevdiyeva Bəsti Sevdiyar qızı (1958, Ceyildağ) – xanəndə, əməkdar artist. == Həyatı == Bəsti Sevdiyar qızı 1958-ci ildə Bakı şəhəri Qaradağ rayonu Ceyildağ qəsəbəsində anadan olmuşdur. Əslən şamaxılıdır. 1965-ci ildə 224 saylı orta məktəbin I sinfinə daxil olmuş və 1975-ci ildə həmin məktəbi bitirmişdir. Onun hələ məktəb illərindən musiqiyə, ifaçılığa çox böyük həvəsi vardır. Mədəniyyət evində fəaliyyət göstərən özfəaliyyət dərnəyində çalışmış və bir çox müsabiqələrin diplomantı, laureatı, həmçinin "Oxu tar" 1973–1975-ci illərin qalibi olmuşdur. Məhz bu müsabiqələrdə korifey sənətkarlar Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, İslam Rzayev, Şövkət Ələkbərova və başqalarının iştirakı və seçimi Bəsti Sevdiyevanın gələcəkdə peşəkar xanəndə, müğənni kimi yetişməsinə dəlalət etmişdir. Artıq B. Sevdiyeva 17 yaşında Xalq artisti İ. Rzayevə anturaj olaraq M. Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə iştirak etmişdir. 1977-ci ildə o, M. A. Əliyev adına Az. Dövlət İncəsənət İnstitutunun musiqili komediya teatrı aktyoru fakültəsinə daxil olmuş və 1982-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir.

Digər lüğətlərdə