BAYCAN

“Azərbaycan” adının ixtisar şəkli; bay varlı, dövlətli.
BAYBURA
BAYDAR
OBASTAN VİKİ
Seymur Baycan
Seymur Baycan (22 aprel 1976, Füzuli) — yazıçı, publisist. Ən yeni dövr Azərbaycan Ədəbiyyatının II mərhələsinin, müstəqillik dövrü yazıçılarındandır. Bir çox romanı, əsəri ilə məşhurdur. Seymur Baycan 22 aprel 1976-cı ildə ildə Füzuli rayonunda anadan olub. C.Naxçıvanski adına hərbi məktəbi bitirib. Qafqaz universitetinin "Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində oxuyub.Universiteti yarımçıq qoyub. Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və s. dillərə çevrilmiş və çap olunmuşdur. "Ət və ət məhsulları" romanı ilə Dünya ədəbiyyatına skelet-roman anlayışını gətirmişdir.[mənbə göstərin] Digər çap olunmuş romanları: “18.6 cm”, “Körpüsalanlar”, “Quqark”. Publisistik fəaliyyəti dönəmində "Reytinq", "Milli yol", "Gündəlik Azərbaycan" və digər qəzetlərlə əməkdaşlıq etmişdir.
Alazan Baycan
Alazan Baycan və ya Hacı Həsənzadə ― azərbaycanlı mühacir şair və həkim. Qazax Müəllimlər Seminariyasında, Azərbaycan Dövlət Universitetində və İstanbul Universitetində təhsil alıb. Mühacir kimi Türkiyə və Almaniyada yaşayıb. 1943-cü ildən 1947-ci ilədək əsir düşərgələrində həkim və tərcüməçi kimi fəaliyyət göstərib. == Haqqında == Hacı Həsənzadə 1913-cü il may ayının 12-də Qazaxda anadan olub. Orta məktəbi Qazaxda bitirdikdən sonra Qazax Müəllimlər Seminariyasına daxil olub. 1929-cu ildə seminariyanı bitirib bir il müddətində Balakəndə müəllimlik edib. 1931-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub. 1933-cü ildə universiteti ataraq əvvəlcə İrana, daha sonra isə Türkiyəyə keçib. 1934-cü ildə İstanbul Universitetinin Tibb fakültəsinə daxil olub.