Bima-Sumban xalqları
Bima-Sumban xalqları - Şərqi İndoneziyada, Kiçik Zond adalarında (Qərbu Nusa-Tenqqara və Şərqi Nusa-Tenqqara əyalətləri) yaşayan Avstroneziya xalqları qrupu: bimalar Sumbava adasının şərqində (586 min nəfər, 2000), manqqarailər (586 min nəfər), endelər (120 min nəfər), nqadalar (70 min nəfər), nagelər və keolar (114 min nəfər) liolar (179 min nəfər) və b. Flores adasının qərbində:sumbalar (kamberalar, lauralar, mamborular, kodilər və başqaları da daxil olmaqla 235 min nəfər, Sumba adasında; havular (savular: 115 min nəfər) Savu adasında yaşayırlar. Ümumi sayları 2 milyon nəfərdən çoxdur.
== Dilləri və dinləri ==
Bima-Sumban xalqlarının təqribən 20 dili Avstroneziya dillərinin Mərkəzi Malayya-Polineziya qolunun Bima-Sumban qrupunu təşkil edir. Onların antropoloji tipində protoavstraliya substratının və Cənubi Asiya komponentlərinin izləri müşahidə olunur. Manddarailər və xüsusilə bimalar arasında müsəlmanlar; simbalar, nqadalar, liolar, naqelər, keolar və endelər arasında xristianlar; havular arasında isə ənənəvi etiqadlarını saxlayanlar üstünlük təşkil edirlər.
== Əsas məşğuliyyətləri ==
Əsas ənənəvi məşğuliyyətləri toxa əkinçiliyidir. Əsasən çəltik və digər dənli bitkilər becərirlər. (onların Qərbi İndoneziyadan gətirildiyi ehtimal olunur). Ənənəvi yerli bitkilər köküyumrulardır (yams, taro, maniok).