BOSSY
BOTANICAL
OBASTAN VİKİ
Botanicula
Botanicula — Yaromir Plaxi (Jára Plachý) və Amanita Design studiyası tərəfindən tərtib olunan, point-and-click adventure game janrında olan multiplatformalı videooyun. == Süjet == Oyun ağacda yaşayan 5 canlı haqda söyləyir. Onlar sonuncu toxumu hörümçəkkimi qara rəngdə olan parazitlərdən xilas edirlər. Bir neçə sonluqlu variantlar mövcuddur. Botaniculanın əsas xüsusiyyəti - qəhrəmanlarının unikal qabiliyyətləridir. Arı pətəyinə düşmüş açarı yalnız Pan Cubuqcuq çıxara bilər. Tabeolmayan cücülərdən lazımi əşyaları isə güclə Pan Laləgülü çıxara bilər. Lakin oyunun özündə bulmacalar və digər hadisələr bundan qat-qat daha maraqlıdı və ağlasığmazdır. == Gameplay == Amanita Design'ın əvvəlki oyunları kimi, Botanicula təxminən eyni modeli izləyir, fərq yalnız oyunda beş qəhrəmanın olmasındadır. Machinarium oyunundaki kimi, Botanicula da nə şifahi, nə də yazılı dialoq formaları yoxdur.