CÖVLAN

is. [ ər. ] Dolanma, hərlənmə, dövri hərəkət; dövretmə, dövran.
Könlüm bulanır küçədə cövlanını görcək; Nitqim tutulur hərzəvü hədyanını görcək. M.Ə.Sabir.
Qarlı küləyin cövlanı sakitləşmək əvəzinə daha qüvvətlə davam eləməkdə idi. B.Bayramov.

□ Cövlan etmək (vurmaq) – dolanmaq, hərlənmək, fırlanmaq, dövr etmək, dövrə vurmaq. Odur, atlılar dəstə-dəstə, ya tək-tək uzaqdan görsənirlər.
Bir qeyriləri də şəhərdən çıxıb aşağı tərəf çapırlar, bunlar hamısı cövlan edirlər. C.Məmmədquluzadə.
[Dəli Səmədin] axşamadək peşəsi şəhəri cövlan etmək idi. Çəmənzəminli.
Bəndalı qəfəsdən çıxmış aslan kimi cəld balaca açıq həyətdə bir cövlan vurdu. Mir Cəlal.

Cövlana çıxmaq – gəzməyə, dolanmağa çıxmaq.
Əlioğlu Qara oğlan xallı atın belində cövlana çıxmışdı. S.Rəhimov.
Gəl, gəl çıxaq cövlana; Qoy qızışsın ortalıq. M.Rahim.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CÖVLAN dolanma — hərlənmə

Etimologiya

  • CÖVLAN Farsca “fırlanmaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
CÖVHƏRNANƏ
CÖVLANGAH
OBASTAN VİKİ
Deh-i Cövlan
Deh-i Cövlan (fars. ده جولان‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 7 ailədə 26 nəfəri kişilər və 27 nəfəri qadınlar olmaqla cəmi 53 nəfərdir.

Digər lüğətlərdə

предписа́ние распя́ливание смра́дить те́мбровый цинкова́ться авиатра́сса бессмы́сленность вда́вливаться завери́тель нерв нонконформи́стка окуна́ть подравня́ть прокля́тие тышкорить юрайдать cycling heartbreak hypothalamus mahout Napier's bones ordering stewed знатный латка