CÖVHƏR

is. [ ər. əsli farsca “gövhər”dən]
1. Hər hansı bir üzvi maddənin distillə və s. kimyəvi üsulla ayrılan yığcam məhlulu, şirəsi. Nanə cövhəri (bax cövhərnanə).
□ Cövhərini çəkmək – distillə etmək, distillə vasitəsilə cövhərini, xülasəsini almaq.
2. köhn. Neft, ağ neft.
[Hacı Sultan] Hərdən qənd və cövhər də alıb satır… S.Hüseyn.
[Şərəf xala:] Qəbir üstünə getmişdim. Gec qayıtdım.
Cövhər ala bilmədim, dükanlar bağlı idi. H.Sarabski.

3. məc. Bir şeyin (əsərin, sənədin, yazının, nitqin və s.-nin) qısa, yığcam xülasəsi, əsas qayəsi, məğzi: əsil mətləb.
// məc. Əsil, mayə, zat, kök.
Eşq dərdi, ey müalic qabili-dərman deyil; Cövhərindən eyləmək cismi cüda asan deyil. Füzuli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CÖVHƏR təbiət — xassə
  • CÖVHƏR cavahir — daş-qaş
  • CÖVHƏR zat — mahiyyət — əsil — maya

Omonimlər

  • CÖVHƏR CÖVHƏR I is. [ ər. ] Mahiyyət, əsas maya. Asəf Zeynallının istedadının mayasında əsil sənət cövhəri var idi
CÖNGƏ
CÖVHƏRNANƏ

Digər lüğətlərdə