1. Heyvan ölüsü, leş, cəsəd.
Kənddən bir dənə biyar araba gətirib, qabanın cəmdəyini içinə yıxıb, özüm də üstündə yola düşdüm.
Yolun üstündə qoxumuş bir köpək cəmdəyi düşmüşdü.
2. İnsan bədəni, bədən.
Neçə illər ondan sonra yolçular; Bir çuxurda iki cəmdək tapdılar.
[Məmmədəli:] Bacıoğlu! Yatırdıb ağzı yerdə o qədər goparam cəmdəyinə, şişib dama dönərsən.
◊ Cəmdəyinə döşəmək – bax canına döşəmək (“can”da).
Əminə… Sonanın tutqunluğuna əhəmiyyət verməyib onun cəmdəyinə döşəyirdi.
[Möhlətov:] Yaxşı danışan uşaqlardan bir-ikisini də kənara çəkib öyrədərəm. İclasda o ki var Heydərovun cəmdəyinə döşəyərəm.