CƏMİYYƏT

\[alm. Gesselschaft; fr. Sociètè; ing. Society; lat. Societas; osm. tr. cemiyet; ər. ج حًُّ \] – şüurlu fərdlərdən və xüsusilə aralarında təşkilatlanma əlaqələri və qarşılıqlı əməllər olan insanlardan ibarət topluluq. Ərəb dilindən keçmişdir, kökü cəmə`a \[ج غً \] felidir, toplaşmaq, cəm olmaq, yığışmaq deməkdir. İnsan-ların birgə fəaliyyətinin tarixən qərarlaşmış formalarının məcmu-su. Dar mənada ümumi, xüsusi və təkcə əlamətlərinin vəhdəti halında götürülmüş konkret cəmiyyət kimi və ayrıca region, ölkə kimi nəzərdən keçirilə bilər. Tarixən müəyyənləşmiş iqtisadi quruluş və ona uyğun üstqurum. İbtidai cəmiyyət. Sosializm cəmiyyəti. Kapitalizm cəmiyyəti. Bir yerə yığışan insanlara və dini terminologiyada məscidə namaz qılmaq üçün bir yerə yığışan insanlara da camaat \[جياػح \] – deyilir.
CƏDƏL
CƏVVAD
OBASTAN VİKİ
Cəmiyyət
Cəmiyyət — mövcudluğun ümumi şərtləri, maraqlar, normalar, dəyərlər, dünya haqqında təsəvvürlər və identiklik əsasında birləşmiş fərdlərin birgə həyat fəaliyyətinin müxtəlif formaları. Başqa sözlə cəmiyyət insanların birliyi olub, özündə cəmiyyətin siyasi, iqtisadi həyatı, sosial və mədəni həyatını birləşdirən qeyri-dövlət strukturudur. O, müxtəlif maraqlara sahib olan insanların müəyyən yaşayış məskənlərində sivil əlaqə və ünsiyyət formasıdır. Cəmiyyət sözün geniş mənasında maddi həyatın, canlı təbiətin bir ,hissəsi olan, tarixən inkişaf edən, insanların fəaliyyəti formasıdır. Sözün dar mənasında isə bəşər tarixinin müəyyən bir mərhələsi (kapitalizm, feodalizm) və ya konkret sosial bir orqanizmdir (Fransa cəmiyyəti, Avropa cəmiyyəti və s ölkələr.). Cəmiyyət müəyyən qayda üzrə qurulmuş struktura malik olan bütöv bir sistem sayılmışdır. == Təsnifat == Sosioloqlar cəmiyyətləri üç geniş kateqoriyaya ayırırlar: sənayedən əvvəlki, sənaye və postsənaye. === Sənayedən əvvəlki === Sənayedən əvvəlki cəmiyyətlərdə insan və heyvan əməyinin istifadəsi ilə həyata keçirilən qida istehsalı əsas iqtisadi fəaliyyətdir. Bu cəmiyyətləri texnologiya səviyyəsinə və qida istehsal etmə üsullarına görə bu qruplara bölmək olar: ovçuluq və yığıcılıq, maldarlıq, bağçılıq və kənd təsərrüfatı. ==== Ovçuluq-yığıcılıq ==== Belə cəmiyyətlərdə qida əldə etməyin əsas forması gündəlik yabanı bitkilərin toplanması və vəhşi heyvanların ovlanmasıdır.
Aqrar cəmiyyət
Aqrar cəmiyyət — cəmiyyətin ilkin inkişaf mərhələsi olub, insanın fiziki qabliyyəti, əl alətləri və təbii faktorlarla təcəssüm edilir. Qərb alimləri cəmiyyətin inkişafının əsasını təşkil edən iqtisadi münasibətlər baxımından üç mərhələyə bölürlər: aqrar cəmiyyət, sənaye cəmiyyəti informasiya cəmiyyəti. Aqrar cəmiyyətdə insanlar, əsasən, heyvandarlıqla və əkinçiliklə məşğul olurdular. Aqrar cəmiyyətdə əsas rol insanını birbaşa iştirakı tələb olunan, uzun dövr tələb edən material mübadilələrə malik idi.
Açıq Cəmiyyət
Açıq cəmiyyət siyasətin, iqtisadiyyatın, sosial sferanın və ya mədəniyyətin liberallığından ibarət idarəçilik üsuludur. Burada hamının taleyinə birlikdə aid olan ümumi qərarlar hamının, yəni əksəriyyətin və ya nisbi çoxluğun birgə razılığı əsasında qəbul edilir. == Karl Popper tərifi == Popper tərəfindən verilən tərifə görə, açıq cəmiyyət həqiqət üzərində heç kimin monopoliyasının tanınmadığı, fərqli insanların fərqli baxış və maraqlara malik ola bilməsinin qəbul edildiyi və bütün insanların sülh şəraitində yaşaya bilməsi üçün hakimiyyət institutlarının hamının hüquqlarını bərabər qoruduğu ictimai modeldir. == Açıq cəmiyyətin qapalı cəmiyyətdən fərqi == Qapalı cəmiyyətlə müqayisədə açıq cəmiyyət təbiətlə harmonikliyə daha yaxındır. Belə ki, bu ikincidə cəmiyyətin təkamül yolu çoxsaylı yasaq və qadağalar vasitəsilə süni müəyyənləşdirilib, ona diqtə edildiyindən, son nəticədə bu inkişaf ümumi dünya harmoniyasından təcrid şəkildə baş verir və, buna görə də, cəmiyyətin deqradasiyası ilə nəticələnirsə, əksinə, açıq cəmiyyətdə təkamül, bütün hallarda ətraf dünya ilə harmoniya, adaptasiya şəraitində baş verir ki, bu da ümumi təkamül və təbii seçmə nəzəriyyələri ilə mütabiqdir; Ən optimal variantın axtarılıb tapılması zamanı məhdud qrupun intellekt potensialına söykənən qapalı cəmiyyətdə çeşidli götür-qoy imkanının mövcud olmaması səbəbindən, burada «təsadüfi» qərarların qəbul edilməsi ehtimalı maksimumdursa, əksinə, çoxsaylı variantların generasiyası və inteqrasiyasına hüdudsuz imkanların mövcud olduğu, hər şeyin yüz ölçülüb, bir biçildiyi açıq cəmiyyətdə belə risk minimumdur; Qapalı modeldə inkişaf yalnız xarici rəqabət tərəfindən birtərəfli stimullaşdırılırsa, açıq cəmiyyətdə daxili rəqabət də, daxil olmaqla, bu cür stimul ikitərəflidir; Monoton qapalı cəmiyyətdən fərqli olaraq, rəngarəng açıq cəmiyyətdə hər kəsin öz tələbatlarını (zövqünü, marağını, ehtiyacını...) ödəməsi üçün seçim imkanı, təkliflər assortimenti ifrat böyükdür; Qapalı modeldə hər kəsin öz əqidə və marağını reallaşdırması üçün vasitələri həddən artıq məhduddursa (cəmiyyətdən təcrid olmaq və ya onu tərk etmək kimi variantlar çərçivəsində), açıq cəmiyyətdə belə vasitələr hüdudsuzdur (mətbu müzakirəsi açmaqdan tutmuş, mitinq, nümayiş, boykot və s. qədər); Qapalı modeldə bütün hallarda konkret azlığın marağı ilə hesablaşılırsa, açıq cəmiyyətdə ədalət prinsipinə uyğun olaraq, həmişə əksəriyyətin marağının təmin olunması ön planda durur; İnersial qapalı cəmiyyətlə müqayisədə çevik açıq cəmiyyət xarici embarqolara qarşı daha dözümlüdür. İrak, Kuba, İran və Yaponiya dövlətləri buna nümunə ola bilər ki, bunlardan əvvəlinci ikisi xarici sanksiyalardan iflic vəziyyətinə düşdüsə, sonuncu ikisində reaksiya o qədər də ciddi olmadı (Yaponiya, İkinci Dünya Müharibəsindən sonra sanksiyalara məruz qalmışdı) və s...
Cəmiyyət (Xocavənd)
Cəmiyyət (əvvəlki adı: Ninki) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Cəmiyyət kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Ninki kəndi Cəmiyyət kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cəmiyyət kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Toponimikası == Vaxtilə gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adını da dəyişdirib Ninki adlandırmışdılar. 1992-ci ildən yaşayış məntəqəsinin keçmiş adı bərpa edildi. Cəmiyyət ərəb dilində "birlik", "camaat", "yığın" deməkdir. == Tarixi == === Tarixi abidələri === Cəmiyyət kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Cəmiyyət Mühəndisliyi
Cəmiyyət Mühəndisliyi — Sosial Mühəndislik (Social Engineering "Political Science") Zehin memarlığı, və ya daha kompleks bir ifadəylə "İctimai psixoloji şüur memarlığı" deyilən fəaliyyətdir. Daha çox əhalinin dar görüşlü qisminə və ya nəzərdə tutulmuş xüsusi şəxslərə qarşı həyata keçirilir. Cəmiyyət mühəndisliyi strategiya, marketinq, təlim, dini və ya başqa məqsəd güdən insanlar tərəfindən: uşaqlar, gənclər, yoxsullar, ya da qadınlar kimi daha müdafiəsiz qruplara tətbiq olunur. Bu cür təbliğat və təşkilatlar, alternativ və ya rəqib düşüncəni düşmanlaşdıra da bilər. İnsanlıq tarixindən indiyə kimi bir çox idarəedicilər və siyasətçilər bu metodları çox yaxşı bilir və bu sənəti mahir icra edirlər. == == Xakerlər və fırıldaqçı insanlar tərəfindən, şəxsə özü ilə əlaqədar gizli məlumatları verməyə razı etmək və aldatmaq üçün istifadə də olunur. Bu yola əl atan peşəkarlaşmış insanlar, cəmiyyət psixologiyasını yaxşı bildikləri üçün məhkəmə qarşısında olanda belə özlərini qoruya və qarşısındakı hakimin qərarına təsir belə göstərə bilirlər.
Cəmiyyət adaları
Cəmiyyət adaları (fr. Îles de la Société), Yoldaşlıq adaları — Sakit okeanın cənubunda, Polineziyada arxipelaq. Fransanın mülkü. == Sahəsi == Sahəsi 1,6 min km2 . == Əhalisi == Əhalisi 235,3 min (2012). İnzibati mərkəzi Papeete şəhəridir. == Coğrafi xüsusiyyətləri == İki qrup: Küləktutan və Küləktutmayan adalardan ibarətdir. Ən böyük adası Taitidir (sahəsi 1042 km2 ). Adaların çoxu vulkan mənşəlidir, mərcan rifləri ilə əhatələnmişdir. Maksimum hündürlüyü 2241 m (Taiti adasında).
Qlobal cəmiyyət
Qlobal cəmiyyət — == Haqqında == "Cəmiyyət" istilahı gündəlik elmi dildə müxtəlif mənalarda istifadə edilir. Sosiologiya cəmiyyət haqqında elm kimi meydana gəlmişdir, yəni ictimai fikrin uzun müddət davam edən inkişafı gedişində ictimai həyatın dövlət, din və onların doğurduğu təsisat və məqsədli qruplar kimi təşkil olunmuş formaları ilə yanaşı, həm də spontan proseslərin də baş verdiyi aşkar edildikdə yaranmışdır. Onlar həm birgə yaşayış formalarını yaradır, həm də onları dəyişdirir və insanın iradəsindən asılı olmayaraq özlərinin təbii qanunları ilə idarə olunur. Bu spontan yaranan və meydana çıxan proses və formalar müəyyən bütövlük, adamların ictimai həyatının həm məqsədəuyğun şəkildə təşkil edilmiş, həm də spontan surətdə baş verən bütün hadisələrinə təsir göstərən tamlıq yaradır. XVIII əsrdə cəmiyyət anlayışı meydana çıxan zaman o, müxtəlif şərhlərə yol verən geniş məna daşıyırdı. Bunun nəticəsində ədəbiyyatda "cəmiyyət" istilahının həm də müxtəlif istifadə edilmə üsulları əmələ gəlir. Bu istilaha aşağıdakı müxtəlif mənaları göstərmək olar: Cəmiyyətin geniş və ya geniş toplu kimi başa düşüldüyü təriflər. Bəziləri cəmiyyətin yer üzündə yaşayan bütün adamları əhatə etdiyini hesab edərək, bu anlayışın tutumu ilə "bəşəriyyət" anlayışının tutumunu eyniləşdirirlər. Digərləri onun tutumunu ərazi birliklərinə qədər daraldır, məsələn, Azərbaycan cəmiyyəti Azərbaycan Dövləti sərhədləri daxilində yaşayan bütün adamları və mövcud olan bütün ictimai həyat formalarını əhatə edir. Polşa sosioloqu F.Znanieski cəmiyyəti birgə mövcud olan və çarpazlaşan, dövlət, millət, din kimi vahid hakim qrupa tabe olan qruplar sırası kimi müəyyən edir və bu mənada milli, katolik və s.
Sinifsiz cəmiyyət
Sinifsiz cəmiyyət — müəyyən sosial-iqtisadi sinifləri olmayan cəmiyyət; kommunizmin məqsədlərindən biri. Həmçinin bu termini ibtidai icma cəmiyyətlərinə şamil etmək olar. Marksist nəzəriyyədə mühüm konsepsiya. Sinifsiz cəmiyyət baxışının mənşəyini bizim eramızdan çox əvvəl — yəhudi peyğəmbərlərində, Çin alimlərində və qədim yunan şairlərində tapmaq olar. Lakin Marks, Engels və ümumən marksist məktəb tərəfindən həyata keçirilən utopik sosializmdən elmi sosializmə keçidlə sinifsiz cəmiyyətin son məqsədi sinfi cəmiyyətə xas olan istismara, zülmə, insanlar arasında zorakılığa, özgəninkiləşdirməyə qalib gəlmək kimi təqdim olunmağa başladı. əməyin, insanların təcrid olunması, insan imkanlarının məhdudlaşdırılması və s. Sinif bölgüsü istehsal vasitələri üzərində xüsusi mülkiyyətə əsaslandığı üçün bu vasitələrin ictimailəşməsi ilə sinifsiz cəmiyyət, yəni sosializm sıx bağlıdır. == Marksist tərif == Marksist nəzəriyyədə ovçu-yığıcı qəbilə cəmiyyəti, ibtidai kommunizm sinifsiz idi. Hamısı bir qəbilə üzvləri kimi əsasən bərabər idilər və ibtidai istehsal üsulunun müxtəlif funksional istifadələri, nə qədər sərt və təbəqəli olsalar da, sadəcə öz saylarına görə sinfi cəmiyyət yarada bilməzdilər və yarada bilməzdilər. Kənd təsərrüfatına keçidlə məhsuldar qüvvələrin inkişafı prosesində artıq məhsul istehsal etmək, yəni təcili tələbatı ödəmək üçün lazım olandan artıq istehsal etmək imkanı yarandı.
Səhmdar cəmiyyət
Səhmdar cəmiyyəti — nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş kommersiya təşkilatıdır. Sahibkarlıq fəaliyyətinin bu təşkilati-hüquqi formasının fərqləndirici xüsusiyyəti nizamnamə kapitalının emissiya qiymətli kağızlar – səhmlər hesabına formalaşmasıdır. Bu zaman səhmdar cəmiyyətinin iştirakçısı olan hər bir səhmdar müəyyən sayda səhmə sahib olur. Səhmdarlar, şirkətin mövcudluğuna heç bir təsiri olmadan səhmlərini başqa səhmdarlara ötürə bilirlər. Səhmdarın cəmiyyətin tərkibindən ayrılması ona aid olan mülkiyyətin və ya onun pul ekvivalentinin verilməsi ilə yox, yalnız ona məxsus olan səhmlərin özgəninkiləşdirilməsi ilə mümkündür. Müasir korporativ hüquqda səhmdar cəmiyyəti inkorporasiya və məhdud məsuliyyət anlayışları ilə əlaqədə işlədilir. Buna görə də səhmdar cəmiyyətləri ümumən korporasiyalar və məhdud məsuliyyətli şirkətlər kimi qəbul olunur. Bəzi dövlətlərin yurisdiksiyalarında səhmdar cəmiyyətlərinin məhdud məsuliyyət olmadan da qeydiyyatdan keçməsi mümkündür. Böyük Britaniya və başqa dövlətlərdə belə şirkətlər qeyri-məhdud şirkətlər (ing. unlimited company) kimi fəaliyyət göstərirlər.
Virtual cəmiyyət
Virtual icma, həmçinin internet-icma, virtual cəmiyyət və ya internet-cəmiyyət — qarşılıqlı maraq və ya məqsədləri həyata keçirmək üçün potensial olaraq coğrafi və siyasi sərhədləri keçən, spesifik sosial media vasitəsilə əlaqə quran fərdlərin sosial şəbəkəsi. Ən geniş yayılmış virtual icmalardan bəziləri sosial şəbəkə xidmətləri altında fəaliyyət göstərən onlayn icmalardır. Hovard Reynqold 1993-cü ildə nəşr olunan "The Virtual Community" kitabında virtual icmalardan bəhs etmişdir. Kitabın müzakirəsi Reynqoldun "The WELL"dəki sərgüzəştlərindən, kompüter vasitəçiliyi ilə kommunikasiyadan, sosial qruplardan və informasiya elmindən ibarətdir. İstinad edilən texnologiyalara "Usenet", MUD-lər və onların törəmələri MUSH və MOO, "Internet Relay Chat" (IRC), çat otaqları və elektron poçt siyahıları daxildir. Reynqoldun həmçinin virtual icmaya mənsub olmağın şəxsi psixoloji rifah, eləcə də bütövlükdə cəmiyyət üçün potensial faydalarını qeyd edir. Eyni zamanda, işə cəlb edilməsinin virtual təcrübə icmalarına müsbət təsir etdiyini göstərmişdir. Virtual icmaların hamısı qarşılıqlı əlaqəni təşviq edir, bəzən xüsusi bir maraq ətrafında və ya sadəcə ünsiyyət qurmaq üçün fokuslanır. Bəzi virtual icmalar hər ikisini edir. İcma üzvlərinə müxtəlif vasitələrlə ortaq bir həvəs üzərindən qarşılıqlı əlaqəyə icazə verilir: mesaj lövhələri, çat otaqları, sosial şəbəkələr ümumdünya hörümçək torunun saytları və ya virtual dünyalar.
Əlincə (cəmiyyət)
Əlincə — 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti == Haqqında == Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-cı ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. === Yaradılmasında məqsəd === Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək, elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. == Cəmiyyətin strukturu == "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Dövlətsiz cəmiyyət
Dövlətsiz cəmiyyət — dövlət tərəfindən idarə olunmayan cəmiyyət. Dövlətin olmadığı cəmiyyət bəşəriyyətin tarixdən əvvəlki dövrlərində normal olsa da, bu gün az sayda dövlətsiz cəmiyyət mövcuddur. Çünki bəzi regionlarda nominal dövlət orqanları çox zəif olsa da, demək olar ki, bütün dünya əhalisi hər hansı bir suveren dövlətin ərazisi daxilində yaşayır. Tarix boyu bəzi dövlətsiz xalqlar ətraflarında olan dövlətə tabe cəmiyyətlərə inteqrasiya etmişdirlər. Bəzi siyasi fəlsəfələr, xüsusən də anarxizm dövləti arzuolunmaz bir qurum, dövlətsiz cəmiyyətləri isə ideal hesab edir, marksizm isə hesab edir ki, post-kapitalist cəmiyyətdə dövlətə ehtiyac qalmayacaq və o yox olacaq. == Siyasi ideal kimi == Bəzi siyasi fəlsəfələr dövləti arzuolunmaz hesab edir və dövlətsiz cəmiyyətin formalaşmasını əsas məqsəd hesab edirlər. Nümunə üçün anarxizmin əsas prinsipi dövlətsiz cəmiyyət ideyasının müdafiəsidir. Anarxo-kapitalizm özəl qurumları dəstəkləyərkən dövlətə qarşı çıxır. Marksizmdə isə hesab edilir ki, post-kapitalizm cəmiyyətində arzuolunmaz bir qurum olan dövlət lazımsız olacaq və yox olacaq. Bu mövzudakı digər bir anlayış isə anarxo-kommunizmdir ki, bu ifadədən bəzən Marksın post-kapitalist cəmiyyətini təsvir etmək üçün istifadə edilir.
Farslaşmış cəmiyyət
Farslaşmış cəmiyyət (ing. Persianate) — fars dili və ədəbiyyatı, İran mədəniyyəti, incəsənəti və/yaxud kimliyinə əsaslanan və ya ondan güclü şəkildə təsirlənən cəmiyyət. "Persianate" termini Marşall Qudvin Simms Hocson tərəfindən yaradılmış bir neologizmdir. O, 1974-cü ildə yazdığı "The Venture of Islam: The expansion of Islam in the Middle Periods" kitabında bunu belə müəyyənləşdirmişdir: "Fars dilinin yüksəlişi sırf ədəbi nəticələrdən daha çox idi: Bu, islam dünyasında yeni ümumi mədəni oriyentasiya daşımağa xidmət etmişdir…. Müsəlmanlar arasında sonradan yaranan yüksək mədəniyyətə malik daha çox yerli dillərin əksəriyyəti… əsas ədəbi ilhamları üçün tamamilə və ya qismən fars dilindən asılı qalmışdı. Biz fars dilində daşınan və ya farscadan alınmış ilhamı əks etdirən bütün bu mədəni ənənələri genişləndirməklə "Persianate" adlandıra bilərik". Termin etnik farsları, həm də əsasən etnik cəhətdən qeyri-fars olan, lakin linqvistik, maddi və ya bədii mədəni fəaliyyətləri fars mədəniyyətindən təsirlənmiş və ya ona əsaslanmış cəmiyyətləri nəzərdə tutur. XIX əsrdən əvvəlki farslaşmış cəmiyyətlərə misal olaraq Səlcuqilər, Teymurilər, Moğollar, və Osmanlı sülalələrini göstərmək olar.
Nağdsız cəmiyyət
Nağdsız cəmiyyət — maliyyə əməliyyatlarının fiziki əskinaslar və ya sikkələr şəklində pulla deyil, əməliyyat iştirakçıları arasında rəqəmsal məlumatların (adətən pulun elektron təqdimatı) ötürülməsi yolu ilə həyata keçirildiyi iqtisadiyyat vəziyyəti. Nağdsız cəmiyyətlər barter və digər nağdsız mübadilə üsullarından yaranmışdır. XX əsrin sonu və XXI əsrin əvvəllərində kredit kartları, debet kartları, mobil ödənişlər və bitkoin kimi rəqəmsal valyutalardan istifadə etməklə nağdsız əməliyyatlar mümkün oldu. Dünyanın bir çox ölkələrində ticarət və investisiyalarda rəqəmsal uçot, idarəetmə və mübadilə üsullarından istifadənin artması, habelə nağd puldan istifadə edilən əməliyyatların yerdəyişməsi, onların əməliyyatlarla əvəzlənməsi ilə əlaqədar nağdsız cəmiyyət konsepsiyası elektron formada geniş müzakirə olunub. Bəzi ölkələr indi nağd puldan istifadə edilən əməliyyatlara və əməliyyatların məbləğinə məhdudiyyətlər qoyur. == Tarixi == Gündəlik həyatda nağdsız əməliyyatların və hesablaşmaların tətbiqi tendensiyası 1990-cı illərdə, elektron bankçılığın adi hal alması ilə başladı. 2010-cu illərdə PayPal, rəqəmsal pul kisəsi sistemləri, Apple Pay, elektron kart və ya smartfonla kontaktsız və NFC ödənişləri və elektron hesablar kimi rəqəmsal ödəniş üsulları bir çox ölkədə geniş yayılmışdı. 2020-ci illərə qədər əməliyyatlarda külli miqdarda nağd puldan istifadə qismən onların çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadəsi ilə bağlı yaranan şübhələrə görə azalıb. Bəzi satıcılar və pərakəndə satıcılar nağd ödənişlərə o qədər məhdudiyyət qoyurlar ki, onlar öz hərəkətləri üçün “nağd pulla müharibə” ifadəsini işlədirlər. 2016-cı ildə ABŞ istehlak bazarı sorğusuna əsasən, respondentlərin 75%-i ödəniş üsulu kimi kredit və ya debet kartına üstünlük verdiyi halda, respondentlərin yalnız 11%-i nağd pula üstünlük verib.
İnklüziv cəmiyyət
İnklüziv cəmiyyət - sosial ədalət prinsiplərinə əsaslanaraq yaşından, cinsindən, seksual oriyentasiyasından, etnik mənsubiyyətindən, irqindən, qabiliyyətindən, dinindən, immiqrasiya statusundan və sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq bütün fərd və qruplara cəmiyyətə giriş və tam iştirak imkanı verir. İnklüziv cəmiyyətlərə doğru hərəkat mütərəqqi xarakter daşıyır və tədricən baş verir. Təəssüf ki, inklüziv cəmiyyətlərə nail olmaq üçün maneələr yaratmaqda davam edən dərin köklü normalar mövcuddur. İnklüziv cəmiyyətlərin inkişafına mane olan məsələlərə sənədsiz miqrantlar kimi insan hüquqlarının inkar edilməsi, təhsil, səhiyyə kimi sahələrin əlçatan olmaması və s. daxildir. Xüsusilə əlilliyi olan şəxslərin təhsilə çıxışı çox zaman qapalı qalır. İnklüzivlik əlilliyi olan şəxslərin gündəlik fəaliyyətlərə cəlb edilməsi və onların əlil olmayan həmyaşıdlarına bənzər şəkildə resurslar və imkanlara çıxışının təmin edilməsi kimi müəyyən edilir. Başqa sözlə inklüziv cəmiyyət fərdin özünü sağlam mühitdə tapması və potensialının cəmiyyət tərəfindən tanınma və cəmiyyətdə sosial əlaqələr qurub inteqrasiya edə bilmə qabiliyyəti hesab edilir. Bu inkişafyönümlülük, təhsil, iş, könüllülük və başqa formalarda ola bilər. == Maneələr == Sosial müdafiənin genişləndirilməsi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün davamlı inkişaf məqsədlərinə çatmaq üçün zəruridir.
Ekonometrik Cəmiyyət
Ekonometrik Cəmiyyət — 1930-cu ildə Raqnar Friş, İrvinq Fişer və Çarlz Rusun təşəbbüsü ilə yaradılan Beynəlxalq İqtisadçılar İttifaqı: “Ekonometrik Cəmiyyət, statistika və riyaziyyatla qarşılıqlı əlaqədə iqtisadi nəzəriyyənin inkişafı üçün beynəlxalq cəmiyyət” adı ilə. == Haqqında == Econometrica, Journal of Mathematical Economics, Theorical Economics jurnallarını nəşr edir; 1978-ci ildən cəmiyyət nüfuzlu iqtisadi mükafatlardan birini - Friş medalını təqdim edir. Bir sıra müntəzəm seminarlar və konfranslar təşkil edir, ən böyük tədbir İqtisadi Cəmiyyətin illik Ümumdünya Konqresidir. Cəmiyyət üzvləri üçün peşəkar mükafatlardan biri cəmiyyətin ayrı-ayrı tədbirlərində mütəmadi olaraq təşkil edilən “ad mühazirələrindən” birinə dəvət etməkdir: Fişer-Şults mühazirəsi (Avropa konfransı), Marşak mühazirəsi (Avropadan kənarda regional tədbirlər və Şimali Amerika), Walras-Bowley mühazirəsi (Şimali Amerika Konfransı), Frisch Memorial Lecture (Dünya Konqresi), Coles Lecture (Şimali Amerika Yay Konfransı). Üzvlük ödənişli və ödənişsizdir, 2015-ci ildən etibarən qiymət illik 115 ABŞ dolları (onlayn kitabxanaya çıxış ilə) və ya ildə 175 dollar təşkil edir (əlavə olaraq jurnalların çap nömrələrinə abunə daxildir). İdarə heyətinin seçkilərində və yeni tamhüquqlu üzvlərin seçilməsində səsvermə hüququ verən “tam üzv” (ing. fellow) statusu var; Hər il icma üzvləri arasından bir neçə onlarla yeni tam üzv seçilir.
Postsavadlı cəmiyyət
Postsavadlı cəmiyyət — multimedia texnologiyasının savadlılığın, oxumaq və ya yazmaq qabiliyyətinin artıq zəruri və ya ümumi olmadığı nöqtəyə qədər irəlilədiyi hipotetik cəmiyyət. Bu termin hələ 1962-ci ildə Marşall MakLuhanın "Qutenberq qalaktikası"nda görünür. Bir çox elmi-fantastik cəmiyyətlər, Rey Bredberinin "Farengeyt 451" romanında", Den Simmonsun "İlium" romanında və Qari Şteynqartın "Super kədərli əsl sevgi hekayəsi"ndə olduğu kimi postsavadlıdır. Post-savadlı cəmiyyət yazı sistemlərini tətbiq etməyən və estetik ənənələri şifahi ədəbiyyat və şifahi tarix formasını alan, incəsənət, rəqs və nəğmənin köməyi ilə müasir və ya tarixi şifahi mədəniyyətlərdən fərqlənir). Post-savadlı cəmiyyət yazılı sözü yazılmış səslərlə (CD-lər, audiokitablar), yayımlanan şifahi söz və musiqi (radio), şəkillər (JPEG) və hərəkətli təsvirlərlə (televiziya, film, MPG, axın videosu, video oyunlar, virtual) əvəz edərdi. reallıq). Post-savadlı cəmiyyət hələ də savadlı, oxumağı və yazmağı bilən, lakin istəməyən insanları əhatə edə bilər. Əksər insanlar media savadlı, multimedia savadlı, vizual savadlı və transliterasiya qabiliyyətinə malik olardılar. Kris Hecsin yazdığı "İllüziya imperiyası" və Nil Postmanın yazdığı "Özümüzü ölənə qədər əyləndirmək" adlı qeyri-bədii kitabları hər ikisi savaddan sonrakı mədəniyyətin qəfil yüksəlişini müşahidə edir. == Həmçinin bax == Daniel Bell Postsənaye cəmiyyəti == İstinadlar == == Əlavə ədəbiyyat == The Dawn of the Post-literate Age, by Patrick Tucker, THE FUTURIST Magazine, November–December 2009.
Açıq Səhmdar Cəmiyyət
Səhmdar cəmiyyəti — nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş kommersiya təşkilatıdır. Sahibkarlıq fəaliyyətinin bu təşkilati-hüquqi formasının fərqləndirici xüsusiyyəti nizamnamə kapitalının emissiya qiymətli kağızlar – səhmlər hesabına formalaşmasıdır. Bu zaman səhmdar cəmiyyətinin iştirakçısı olan hər bir səhmdar müəyyən sayda səhmə sahib olur. Səhmdarlar, şirkətin mövcudluğuna heç bir təsiri olmadan səhmlərini başqa səhmdarlara ötürə bilirlər. Səhmdarın cəmiyyətin tərkibindən ayrılması ona aid olan mülkiyyətin və ya onun pul ekvivalentinin verilməsi ilə yox, yalnız ona məxsus olan səhmlərin özgəninkiləşdirilməsi ilə mümkündür. Müasir korporativ hüquqda səhmdar cəmiyyəti inkorporasiya və məhdud məsuliyyət anlayışları ilə əlaqədə işlədilir. Buna görə də səhmdar cəmiyyətləri ümumən korporasiyalar və məhdud məsuliyyətli şirkətlər kimi qəbul olunur. Bəzi dövlətlərin yurisdiksiyalarında səhmdar cəmiyyətlərinin məhdud məsuliyyət olmadan da qeydiyyatdan keçməsi mümkündür. Böyük Britaniya və başqa dövlətlərdə belə şirkətlər qeyri-məhdud şirkətlər (ing. unlimited company) kimi fəaliyyət göstərirlər.
Cəmiyyət-i İslami
Cəmiyyət-i İslami (fars. افغانستان اسلامی جمعیت‎) Əfqanıstan'da Müsəlman bir siyasi partiya."Cəmiyət-i İslami" fars dilində İslam cəmiyyəti deməkdir.Partiyanın əksəriyyətini Əfqanıstanın qərb və şimal hissəsində yaşayan taciklər təşkil edir.Sovet-Əfqan mühatibəsi və Əfqanıstan vətəndaş müharibəsində Bu partiya daha çox fəallıq etmişdir.Qurucusu Səlahəddin Rəbbani olsa da, 1968-2011 ci ilə qədər rəhbəri Bərhaədin Rəbbani olub.
Məhdud Məsuliyyətli Cəmiyyət
Məhdud Məsuliyyətli Cəmiyyət (ing. Private limited company) — bir və ya bir neçə şəxs (fiziki şəxs və ya hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları əmlakın dəyəri həddində risk daşıyırlar. == Hüquqi şəxsin yaradılması == Bütün dünyada olduğu kimi, Azərbaycanda da hüquqi şəxsin ən çox yayılmış formalarından biri məhdud məsuliyyətli cəmiyyətdir. Cəmiyyətin iştirakçıları (təsisçiləri) cəmiyyətin, cəmiyyət isə iştirakçıların (təsisçilərin) öhdəliklərinə görə məsuliyyət daşımır. MMC-nin hər bir üzvü yalnız malik olduğu pay həddində məsuliyyət daşıyır. Başqa sözlə, əgər iştirakçı nizamnamə kapitalına 100 manat yatırıbsa, onun məsuliyyəti də məhz bu məbləğlə məhdudlaşır. Azərbaycan Respublikası Mülki məcəlləsinin (sonradan “MM” adlanacaq) 87-ci maddəsinə əsasən, heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Cəmiyyətin bir və ya bir neçə təsisçisi ola bilər. Təsisçilər həm fiziki, həm də hüquqi şəxslər ola bilər.
Texnologiya və cəmiyyət
Hər birimizin həyatında müstəsna yer tutan və gündəlik həyatımızın ayrılmaz parçasına çevrilən texnologiya, daha dəqiq desək, texnoloji avadanlıqlar, hər zaman elm adamlarının diqqət mərkəzində olubdur və məhz buna görə də daim müxtəlif elmi sahələrin nümayəndələri tərəfindən tədqiq edilmişdir. Lakin, hər bir mövzuya fərqli, qeyri-ənənəvi prizmadan baxmağı sevən sosioloqlar texnologiya mövzusuna da fərqli bucaqdan yanaşaraq olduqca maraqlı nüansları kəşf etmişlər. Sosiologiya elmində texnologiya tək bir formada yox, texnologiyanın cəmiyyətlə əlaqəsi kimi tədqiq olunur. Demək olar bütün sahələrdə olduğu kimi bu sahədə də fikir ayrılığı mövcuddur; technological determinism və social determinism.[mənbə göstərin] Sosioloqları maraqlandıran əsas sual odur ki, hansı amil hansına daha çox təsir edərək onun formalaşmasında rol oynayır. Yəni ki, texnologiya cəmiyyəti formalaşdırır, yoxsa cəmiyyətin ehtiyacları və istəyi texnoloji sənayenin gedişatını müəyyənləşdirir? Bu sualdan da aydın göründüyü kimi sosiologiya sahəsində bu mövzuya dair iki təzadlı perspektiv var. Bir qrup (technological determinism cərəyanı) iddia edir ki, texnoloji inkişaf cəmiyyəti formalaşdırır və onun inkişaf istiqamətlərini müəyyən edir. Digər qrupa görə isə (social determinism) cəmiyyətin istəkləri texnologiya sənayesinin vəziyyətini müəyyən edir, yəni ki, texnoloji sənaye sırf cəmiyyətin ehtiyaclarına görə çalışır. == Texnoloji determinism == Dünya tarixində bu günə kimi bir çox dönüş nöqtələri olub, və bu dönüş nöqtələrindən biri plan Sənaye İnqilabı məhz texnoloji innovasiyaların sahəsində gerçəkləşib. 18-ci əsrdə baş verən Sənaye İnqilabı ilk öncə qərbi Avropa, daha sonra isə Amerika və bütün dünyanın mənzərəsini köklü şəkildə dəyişdi.
Yeni Şirvan (cəmiyyət)
Yeni Şirvan — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxı şəhərində fəaliyyət göstərmiş xeyriyyə cəmiyyəti. == Tarixi == Bakının baş memarı olmuş ali təhsilli ilk azərbaycanlı memar Zivərbəy Əhmədbəyovun təşəbbüsü ilə təşkil olunmuşdur (1919). Cəmiyyətin əsas məqsədi S.Şaumyanın göstərişi ilə erməni-daşnak və bolşevik hərbi birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı 1918-ci ildə həyata keçirilmiş soyqırımları zamanı xüsusi qəddarlıqla dağıdılmış və yandırılmış Şamaxı şəhərini bərpa etmək olmuşdur.
Əlavə Məsuliyyətli Cəmiyyət
MMC-dən fərqli olaraq əlavə məsuliyyətli cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə əlavə məsuliyyət daşıyırlar. Bunun səbəbi şirkətə kredit vasitələrinin cəlb edilməsini asanlaşdırmaqdır. Ona görə ki, kreditorlar MMC-lərə vəsait verməyi riskli hesab edirlər.
Açıq Cəmiyyət Vəqfləri
Əvvəllər Açıq Cəmiyyət İnstitutu adlanan Açıq Cəmiyyət Fondları (ing. OSF) — biznes maqnatı Corc Soros tərəfindən yaradılmış qrantlar şəbəkəsi. Açıq Cəmiyyət Fondları ədaləti, təhsili, ictimai sağlamlığı və müstəqil medianı inkişaf etdirmək məqsədilə bütün dünyada vətəndaş cəmiyyəti qruplarına maliyyə dəstəyi verir. Qrupun adı Karl Popperin 1945-ci ildə yazdığı "Açıq Cəmiyyət və Onun Düşmənləri" kitabından ilhamlanıb. 2015-ci ildən etibarən OSF-nin Qərbi Afrika üçün Açıq Cəmiyyət Təşəbbüsü və Cənubi Afrika üçün Açıq Cəmiyyət Təşəbbüsü kimi bir qrup ölkə və regional fondları əhatə edən 37 ölkədə filialları var idi; onun qərargahı Nyu Yorkda ing. 224 West 57th Street ünvanındadır. 2018-ci ildə OSF Macarıstan hökuməti tərəfindən fondun fəaliyyətini hədəfləyən qanunvericiliyə cavab olaraq Budapeştdəki Avropa ofisini bağladığını və Berlinə köçdüyünü elan etdi. 2021-ci ilə kimi OSF 1993-cü ildə yarandığı gündən bəri 16 milyard dollardan çox xərclər, əsasən təşkilatın missiyasına uyğun olaraq QHT-lərə verilən qrantlar barədə məlumat verib. == Tarixi == 28 may 1984-cü ildə biznes maqnatı Corc Soros öz Fondu (Nyu-York şəhəri) ilə Macarıstan Elmlər Akademiyası arasında Soros Fondunun Budapeştdə təsis sənədi haqqında müqavilə imzaladı. Bunun ardınca Şərq Blokunda ölkələrin real sosializmdən uzaqlaşmasına kömək etmək üçün regionda bir neçə fond yaradıldı.
Açıq Cəmiyyət Fondları
Əvvəllər Açıq Cəmiyyət İnstitutu adlanan Açıq Cəmiyyət Fondları (ing. OSF) — biznes maqnatı Corc Soros tərəfindən yaradılmış qrantlar şəbəkəsi. Açıq Cəmiyyət Fondları ədaləti, təhsili, ictimai sağlamlığı və müstəqil medianı inkişaf etdirmək məqsədilə bütün dünyada vətəndaş cəmiyyəti qruplarına maliyyə dəstəyi verir. Qrupun adı Karl Popperin 1945-ci ildə yazdığı "Açıq Cəmiyyət və Onun Düşmənləri" kitabından ilhamlanıb. 2015-ci ildən etibarən OSF-nin Qərbi Afrika üçün Açıq Cəmiyyət Təşəbbüsü və Cənubi Afrika üçün Açıq Cəmiyyət Təşəbbüsü kimi bir qrup ölkə və regional fondları əhatə edən 37 ölkədə filialları var idi; onun qərargahı Nyu Yorkda ing. 224 West 57th Street ünvanındadır. 2018-ci ildə OSF Macarıstan hökuməti tərəfindən fondun fəaliyyətini hədəfləyən qanunvericiliyə cavab olaraq Budapeştdəki Avropa ofisini bağladığını və Berlinə köçdüyünü elan etdi. 2021-ci ilə kimi OSF 1993-cü ildə yarandığı gündən bəri 16 milyard dollardan çox xərclər, əsasən təşkilatın missiyasına uyğun olaraq QHT-lərə verilən qrantlar barədə məlumat verib. == Tarixi == 28 may 1984-cü ildə biznes maqnatı Corc Soros öz Fondu (Nyu-York şəhəri) ilə Macarıstan Elmlər Akademiyası arasında Soros Fondunun Budapeştdə təsis sənədi haqqında müqavilə imzaladı. Bunun ardınca Şərq Blokunda ölkələrin real sosializmdən uzaqlaşmasına kömək etmək üçün regionda bir neçə fond yaradıldı.
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti — Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. == Tarixi == Bakı şəhəri icməli su ilə XX əsrin müxtəlif dövrlərində tikilmiş kəmərlər vasitəsilə 4 mənbədən təchiz olunur – Şollar və Xaçmaz yeraltı suları, Ceyranbatan su ambarı və Kür çayı, lakin 80 illərin sonu – 90-cı illərin əvvəllərində baxımsızlıq nəticəsində su təchizatı sistemində ciddi çətinliklər yaranmışdır. 1993-cü ildə ölkədə sabitlik bərqərar olunduqdan sonra qarşıda duran əsas vəzifə iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, su təchizatı sistemindəki çətinlikləri də aradan qaldırılmaqdan ibarət idi. İlk növbədə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılmasına imkan verə biləcək bir qurumun yaradılmasına başlandı. Bununla əlaqədar olaraq, iki sabiq dövlət qurumu olan "Kommunsənayesutəchizatı" İstehsalat Birliyi və "AzSuGEO" Elmi-Tədqiqat İnstitutunun əsas və dövriyyə vəsaitlərinin zəminində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 1995-ci ildə Abşeron Regional Səhmdar Su cəmiyyəti yaradılmışdır. Həmin dövrdə MDB ölkələri arasında ilk dəfə olaraq "Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi" üçün beynəlxalq maliyyə institutlarından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu və bu layihə uğurla həyata keçirildi. İqtisadiyyatın digər sahələrində olduğu kimi, su təchizatı sisteminin yaxşılaşdırılması istiqamətində aparılan islahatlar bu gün də uğurla davam etdirilir və daha da genişləndirilir.
"Filma" Səhmdar Cəmiyyəti
"Filma" — Azərbaycanda film istehsalı ilə məşğul olmuş səhmdar cəmiyyət. == Filmoqrafiya == Arşın mal alan (film, 1917) Arvad (film, 1916) Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) Ayaqyalın məhəbbət (film, 1916) Bir alçalmanın tarixi (film, 1919) Knyaz Dəmir Bulat (film, 1916) Neft və milyonlar səltənətində (film, 1916) Ölümünə bir saat qalmış (film, 1916) Yeni tərzdə köhnə əhvalat (film, 1916) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
"Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyəti
Əlincə — 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti == Haqqında == Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-cı ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. === Yaradılmasında məqsəd === Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək, elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. == Cəmiyyətin strukturu == "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Allahsızlar Cəmiyyəti
"Mübariz Allahsızlar İttifaqı" (ilk adı: "Allahsızlar Cəmiyyəti") — 1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş din əleyhinə təşkilat. == Tarixi == 1924-cü ilin yanvarında AK(b)P Mərkəzi Komitəsi Siyasi Bürosu Din Əleyhinə Komissiya yaratmışdır. Komissiya tərəfindən şəhər və kəndlərdə "Allahsızlar Cəmiyəti" təşkil olunur. 1929-cu ildən din əleyhinə hücum daha da güclənir və həmin il "Allahsızlar Cəmiyyəti" "Mübariz Allahsızlar İttifaqı"na çevrilmişdir.
Amerika Anestezioloqlar Cəmiyyəti
Amerika Anestezioloqlar Cəmiyyəti (ing. American Society of Anesthesiologists) — 1905-ci ildə təsis edilmiş cəmiyyət.
Amerika Neftçi Geoloqlar Cəmiyyəti
Amerika Neftçi Geoloqlar Assosiasiyası və ya qısaca ANGA (ing. American Association of Petroleum Geologists və ya qısaca ing. AAPG) — təkibində 31000 üzvi olan dünyanın ən böyük geoloji cəmiyyətlərindən biri. ANGA-nin məqsədi geologiya elminin (xüsusilə də neftin və qazın kəşfiyyatı və hasilatı geologoiyası) inkişafı, neft sənayəsində texnologiyaların tətbiqinə stimul vermək və neft sənayesində yüksək peşəkar davranışa töhfə verməkdən ibarətdir. ANGA 1917-ci ildə yaradılmış və cəmiyyətin mənzil-qərargahı Talsada, Oklahomada yerləşir. Hal-hazırda üzvlərinin təxminən 1/3-i ABŞ-dan kənarda yaşayır. ANGA AAPG Explorer və AAPG Bulletin elmi jurnallarını nəşr etdirir, texniki konfrans və sərgi də daxil olmaqla illik görüşlər keçirir, digər konfranslara sponsorluq edir və üzvlərinin dünya üzrə təhsilini davam etdirməsinə şərait yaradır, tələbələrin cəmiyyətə cəlb olunması və üzvlərinə digər xidmətlər göstərir. ANGA-ya həmçinin aşağıdakı bölmələr də daxildir. Ətraf Mühit Geoelmləri bölməsi, Peşəkar İşlər bölməsi və Enerji və Minerallar bölməsi daxildir. Cəmiyyət ilk dəfə Ay səthində gəzmiş ABŞ kosmonavtı Harrison Şmiti də sıralarına daxil etmişdir.
Amerikan Coğrafiya Cəmiyyəti
Amerikan Coğrafiya Cəmiyyəti (ing. American Geographical Society) — Amerika Birləşmiş Ştatlarının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Nyu-York şəhərində yerləşir. == Tarixi == Cəmiyyətin əsası 1851-ci ildə qoyulmuşdur.
Amur çayı cəmiyyəti
Qara əjdaha cəmiyyəti (kyucitay; 黑龍會; şincitay: 黒竜会, kokuryukay) və ya Amur çayı cəmiyyəti – 1901-45-ci illərdə Yaponiyada mövcud olmuş ultramillətçi təşkilat. Cəmiyyətin əsas məqsədi Yaponiyanın Asiyadakı maraqlarını müdafiə etmək və Asiya qitəsindəki genişlənməsini yaymaq idi. == Tarixi == Təşkilat 1901-ci ildə ultramillətçi təşkilat olan Qenyoşanın xələfi kimi Ryohey Uçida tərəfindən qurulmuşdur. Təşkilatın ilk məqsədi Rusiyanı Şərqi Asiyadan – Amur çayının cənubundan uzaqlaşdırmaq idi. Uçida və bir çox yapon millətçiyə görə Amur çayı Yaponiyanın şimal-şərqi Asiyadakı milli müdafiə parametri idi. Təşkilat "Kokuryu" (daha sonra "Ajia jiron") adlı jurnal nəşr etdirmiş, Rusiyanın Sibir və Mancuriyadakı fəaliyyətlərini izləmək üçün casuslar yetişdirmiş və sərt xarici siyasət qəbul etməsi üçün hökumətə təzyiqlər etmişdir. Panasiyaçılıq idealogiyasını mənimsəyən təşkilat 1900-cü illərin əvvəllərində Sun Yatsen və Emilio Aqinaldo kimi inqilabçıları dəstəkləmişdir. Rus-yapon müharibəsi, Koreyanın ilhaqı və Yaponiyanın Sibirə müdaxiləsi zamanı təşkilat gizli siyasi fəaliyyətlər üçün öz üzvlərini göndərmişdir. 1920-ci və 1930-cu illərdə təşkilat diqqətini daxili məsələlərə yönəltmiş, solçu və liberal fiqurlara hücum etmiş və milli rekonstruksiya tələb etmişdir. Əsasən Kyuşudan olan keçmiş samuraylardan ibarət olan təşkilatın üzvləri heç vaxt çox olmamış və dövlət tərəfindən rəsmi şəkildə tanınmamışdır.
Andorra Qırmızı Xaç Cəmiyyəti
Andorra Qırmızı Xaç Cəmiyyəti (ing. Andorra Red Cross, ARCS) — Andorra daxilində fövqəladə yardım, fəlakət yardımı və təhsil verən bir humanitar təşkilatdır. == Tarixi == Təşkilat 1980-ci ildə təsis edilib və 1994-cü il martın 24-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının 162-ci Milli Cəmiyyəti üzvü olaraq rəsmən tanınmışdır. Onun mərkəzi Andorra la Vella şəhərində yerləşir.
Anqola Qırmızı Xaç Cəmiyyəti
Anqola Qırmızı Xaç Cəmiyyəti (ing. Angola Red Cross, ARC) — 1978-ci ildə təsis edilən təşkilat. Qərargahı Luanda şəhərində yerləşir. Cəmiyyətdə təxminən 20 000 üzv və könüllü var (1998-ci ildəki hesablamalara əsasən). == Tarixi == 1978-ci ildə hökumət qərarı ilə təsis edilib və 1986-cı ildə Beynəlxalq Qırmızı Xaç Hərəkatına qoşulub; 1986-cı ildə ilk ümumi toplantısı keçirilmişdir. 1996-cı ildə Angola Qırmızı Xaç Cəmiyyəti Anqolanın Səhiyyə Nazirliyi ilə müqavilə imzalamış, bundan sonra əsas yardımçı şirkətin əsas səhiyyə xidmətləri sahəsində dövlət idarəçiliyinin rolu rəsmən təsdiqlənmişdir. Həm milli, həm də əyalət səviyyəsində fəaliyyət göstərir. 1998-ci ildə ikinci bir fövqəladə ümumi qurultay keçirilmiş, yeni bir qətnamə təsdiq edilmiş, yeni prezident, yeni baş katib və milli şura seçilmişdir; Maliyyə Komissiyası da daxil olmaqla İcraiyyə Komitəsi yaradılmışdır. == Bölmələri == Cəmiyyət 18 əyalətin 17-də əyalət nümayəndə heyətləri vasitəsilə təmsil olunur, bəzi vilayətlərdə yerli və ya bələdiyyə bölmələri vardır. == İdarəetməsi == Anqolun Qırmızı Xaç Cəmiyyətinin idarəetmə orqanlarına Baş Assambleya, Milli Şura, İcra Komitəsi və yerli nümayəndə heyətlərinin nümayəndələri daxildir.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb. "Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin edən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirən iri dövlət şirkətidir. Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin inzibati binası Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230 ünvanında yerləşir. == Azərbaycanda dəmiryolu tarixi == === 1878–1917 === Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verildi.
Azərbaycan Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (1920-1996-cı illərdə Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı) və ya qısaca Azərittifaq- 1920-ci ildə Xəzər Topdansatış Əməliyyat Cəmiyyəti ittifaqının bazasında təşkil olunmuş qurum. == Tarixi == === Sələfi === Azərbaycanda kooperasiya hərəkatı neft mədənləri rayonlarında (Balaxanı, Bibiheybət) fəhlə istehlak kooperativlərinin təşkili ilə başlamışdır. İlk istehlak cəmiyyəti Bakıda (1887), daha sonra isə Xankəndidə (1899) yaradılmışdır. 1915-ci ilin mayında Bakının 12 istehlak cəmiyyəti (10 mədən-zavod və 2 şəhər) birləşərək "Topdansatış Əməliyyatları Cəmiyyəti-Kooperasiya" adlı istehlak cəmiyyətləri ittifaqını yaratdılar. Həmin il dekabr ayının ayının ortalarında həmin cəmiyyət özündə 18 istehlak cəmiyyətini özündə birləşdirirdi. 1916-cı ilin dekabrında isə onların sayı 48-ə çatmışdı. 1917-ci ilin iyulunda Tiflis və İrəvan quberniyalarının ittifaqın tərkibinə daxil olması ilə əlaqədar müvəkillərin növbəti yığıncağında ittifaq "Xəzər İstehlak Cəmiyyətləri İttifaqı" (mərkəzi idarəsi Bakıda olmaqla) adlandırıldı. 1918-ci ilin əvvəlində Azərbaycanda artıq 287 istehlak cəmiyyəti fəaliyyət göstərirdi. Onların yarıdan çoxunu, təxminən 56 faizini kənd istehlak cəmiyyətləri, 32 faizini şəhər, 10 faizini isə mədən-zavod cəmiyyətləri təşkil edirdi. Rusiyada baş verən inqilab ərzaq böhranı yaradmaqla, bu cəmiyyətlərin dağılmasına səbəb oldu.
Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti
Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti (APYC; Азәрбајҹан Пролетар Јазычылар Ҹәмијјәти) — Azərbaycan SSR-də ədəbi təşkilat. == Tarixi == Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti 1928-ci ildə Bakıda "Qızıl qələmlər" cəmiyyəti əsasında yaradılmışdır. 1928 və 1929-cu illərdə iki qurultayı olmuşdur. Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin fəaliyyətində proletar ədəbiyyatının hegemonluğu uğrunda və burjua ideologiyası əleyhinə mübarizə ilə yanaşı, ədəbi inkişafa maneə olan qrupbazlıq, inzibatçılıq halları nəzərə çarpır, vulqar sosioloji səhvlərə yol verilirdi. Ümumittifaq Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin "Ədəbi-bədii təşkilatların yenidən qruplaşması haqqında" 23 aprel 1932-ci il tarixli qərarına əsasən Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti ləğv edilmiş və Azərbaycan Yazıçılar İttifaqı yaradılmışdır.
Azərbaycan Qadın Xeyriyyə Cəmiyyəti
Azərbaycan qadın xeyriyyə cəmiyyətlləri — XIX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş qadın xeyriyyə cəmiyyəti. == Fəaliyyəti == Azərbaycanda 1908-ci ildə ilk qadın xeyriyyə cəmiyyəti yaradılmışdır. Bu tip qadın təşkilatının yaradılmasının təşəbbüsçüsü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova olmuşdur. Təhsilli müsəlman qadınlar(onlar isə görkəmli çar məmurları, generalları, iri sənayeçilərin arvadları və qızları idi) təkcə yoxsullara yardım etmək üçün bir yerə yığışmamışdılar. Gənc qadınlar qarşılarında məqsəd qoymuşdular: qadınların mədəni səviyyəsini qaldırmaq, onlarda elmi biliklərə həvəsi oyatmaq. Qadın xeyriyyə cəmiyyətinin ilk fəxri sədri isə məşhur sahibkar Murtuza Muxtarovun həyat yoldaşı Liza xanım Tuqanova olmuşdur.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Azərbaycan Qızıl Aypara Cəmiyyəti — Azərbaycanın humanitar təşkilatlarından biri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi. == Tarixi == Azərbaycanda Qızıl Aypara Cəmiyyəti 1920-ci il mayın 10-da dövrün müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsləri əsasında təşkil edilmişdir. Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya cəmiyyətin sədri seçilmişdir. 1923-cü ildən 1991-ci ilə kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti SSRİ Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyi daxilində fəaliyyət göstərmişdir. II Dünya müharibəsi zamanı cəmiyyət tərəfindən təşkil edilmiş şəfqət bacıları kurslarını bitirənlər döyüş bölgələrində minlərlə insanın həyatını xilas etmişlər. Şəfqət bacılarından iki nəfər — Səriyyə Talışzadə və Rəşidə Qasımzadə göstərdikləri xüsusi fədakarlığa görə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının "Florens Naytingel" medalı ilə təltif edilmişdir. 1992-ci ilin martında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müraciəti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanda nümayəndəliyi açılmışdır. 1993-cü ilin may ayında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycanda nümayəndəliyi açılmışdır. 1994-cü il noyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq Azərbaycanda bu sahədə fəaliyyət göstərən yeganə rəsmi humanitar təşkilat kimi təsdiq edilmişdir. 1995-ci il noyabrın 1-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən cəmiyyət rəsmən tanınmışdır.
Azərenerji Açıq Səhmdar Cəmiyyəti
== Ümumi məlumat == "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli – 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir. Yeni texnologiyalar tətbiq edərək, respublikamızda generasiya güclərinin artırılması və yüksək gərginlikli elektrik verilişi xətlərinin yenidən qurulmasını təşkil edir. Eyni zamanda, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır. Səhmləri dövlətə məxsusdur. == Tarixi == 1935-ci ildə SSRİ Ağır Sənaye Xalq Komissarının 29 iyul tarixli əmrilə "Elektrotok" İdarəsi "Azneft"in tərkibindən çıxarılaraq, SSRİ Ağır Sənaye Xalq Komissarlığının "Başenerji" Baş Enerji İdarəsinin ("Qlavenerqo") tabeliyinə verilir və onun bazasında "Başenerji" Baş Enerji İdarəsinin "Azenerji" ("Azenerqo") Azərbaycan Rayon Enerji İdarəsi yaradılmışdır. "Azneft" trestinin 23/138 saylı 15.08.1935-ci il tarixli əmri ilə "Elektrotok" İdarəsi, tərkibində olan müəssisələrlə birlikdə, yeni yaradılmış "Azenerji" Azərbaycan Rayon Enerji İdarəsinin tərkibinə verilmişdir və 20 oktyabr 1935-ci il tarixindən "Azenerji" Azərbaycan Rayon Enerji İdarəsi rəsmi fəaliyyətə başlamışdır. 1957-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 292 saylı 08.06.1957-ci il tarixli Qərarı ilə Azərbaycan SSR Xalq Təsərrüfatı Sovetinin "Azenerji" Energetika İdarəsi yaradılmışdır. 1962-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 808 saylı 16.10.1962-ci il tarixli Qərarı ilə Azərbaycan SSR Xalq Təsərrüfatı Sovetinin "Azenerji" Energetika İdarəsinin adı dəyişdirilərək Azərbaycan SSR Nazirlər Soveti yanında Energetika və Elektrikləşdirmə Baş İdarəsi yaradılmışdır. 1965-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 20.10.1965-ci il tarixli Fərmanı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Baş Energetika və Elektrikləşdirmə İdarəsi ("Azqlavenerqo") yaradılmışdır. 1970-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin "Azərbaycan SSR ərazisində yerləşən energetika müəssisə və təşkilatlarının SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin tabeliyinə verilməsi haqqında" 336 saylı 16.09.1970-ci il tarixli Qərarı ilə adı çəkilən nazirliyin tərkibində (SSRİ Nazirlər Sovetinin 611 saylı 29.07.1970-ci il tarixli Qərarı) "Azenerji" İstehsalat Birliyi yaradılmışdır.
Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyəti
Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyəti və ya qısaca Azəristiliktəchizat ASC — İstilik təchizatı sahəsində Azərbaycanın vahid texniki iqtisadi siyasətini həyata keçirən və mərkəzləşdirilmiş istilik və isti su xidmətləri göstərən və səhmlərinin 100 faiz paketi dövlətə məxsus şirkətdir. == Məzmun == "Azəristiliktəchizat" ASC "Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmışdır və əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.
Azərsilah Açıq Səhmdar Cəmiyyəti
"Azərsilah" (tam adı: “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti; 19.01.2019–20.06.2019) — Azərbaycan Respublikasındakı açıq səhmdar cəmiyyətlərdən biri. "Azərsilah" qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycanda silah istehsalını, ixracını, ölkə daxilində və xaricdə onların satışının təşkilini həyata keçirən, müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini və müvafiq sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən kommersiya hüquqi şəxsidir. == Tarixi == "Azərsilah" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında yaradılmışdır. 20 iyun 2019-cu ildə "Azərsilah" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanı ləğv edilmişdir. == Rəhbərlik == Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən – İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir. Onları Azərbaycan Respublikası Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
Bakı Futbol Cəmiyyəti
Bakı Futbol Cəmiyyəti və ya Bakı Futbol İttifaqı — Bakıda yaradılmış ilk rəsmi futbol qurumu Bakı Futbol Cəmiyyəti 1914-cü ildə yaradılmışdır. Elə həmin il bu qurumun təşkilatçılığı ilə ilk rəsmi şəhər çempionatı keçirilmişdir. 1917-ci ildə 20 komandanı birləşdirən bu təşkilat süquta uğramışdır.
Bakı İslam Xeyriyyə Cəmiyyəti
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və ya Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti — mədəni-maarif və sosial yardım sahələrində fəaliyyət göstərən könüllü ictimai qurum. == Tarixi == Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü nəticəsində 1905-ci ildə "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti" yaradılır. Nizamnaməsi həmin iln 10 oktyabr tarixində Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkov tərəfindən təsdiq edilmişdi. Cəmiyyətin ilk iclasında onun 11 nəfərdən ibarət idarə heyəti seçilmişdi. Hacı Zeynalabdin Tağıyev idarə heyətinin sədri, İsrafil Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əhməd bəy Ağayev katib, Əsədulla Əhmədov, İsmayıl bəy Səfərəliyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və Əsədulla Əhmədov idarə heyətinin üzvləri seçilmişdilər. Cəmiyyəti, əsasən, Hacı Zeynalabdin Tağıyev və digər Bakı milyonçuları maliyyələşdirirdi. Bu cəmiyyətin müəssisələri sırasında Həsən bəy Zərdabi özü, Əli bəy Hüseynzadə, Hacı Aslan Aşurov,İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza ağa Vəkilov, Həsən bəy Ağayev, Nəcəfqulu Sadıqov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov da var idi. Cəmiyyətin ideya istiqamətini Həsən bəy Zərdabi və onun həmfikirləri müəyyənləşdirirdi. Cəmiyyətin məqsədi, maliyyə mənbəyi, fəaliyyət mexanizmi onun nizamnaməsində dəqiq ifadə olunmuşdur. Cəmiyyətin idarə heyəti "İsmailiyyə"də (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin istiqlaliyyət küçəsindəki binası) yerləşirdi və bütün tədbirləri bu binadan keçirilirdi.
Başqırdıstan Respublikasının Başqırd Qadınlar Cəmiyyəti
Başqırdıstan Respublikasının Başqırd Qadınlar Cəmiyyəti (başq. Башҡортостан Республикаһының Башҡорт ҡатын-ҡыҙҙары йәмғиәте) — cəmiyyətdə qadınların vəziyyətini yaxşılaşdırmaq, respublikanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında qadınların rolunu artırmaq, ailəni möhkəmləndirmək, onların mədəniyyəti və dilini, xalq ənənələri və sənətkarlıqlarını qorumaq və inkişaf etdirmək üçün yaradılmış ictimai təşkilat. Baş qərargah Başqırdıstanda Ufa şəhərində yerləşir. == Ümumi xarakteristikası == 1990-cı il noyabrın 17-də, Ufa şəhərində təsis qurultayında, Başqırdıstan Respublikasının Başqırd Qadınlar Cəmiyyəti yaradılmışdır. 2007-ci ildən etibarən Başqırd Qadın Cəmiyyəti Şurasında 30 nəfər var idi. Təşkilat rayon və şəhərlərin xüsusi günlərində, milli bayramlar, müsabiqələr, elmi və praktik konfranslar, uşaq evlərinə xeyirxahlıq, səmərəli həyat tərzinin təşviqi və s. kimi müxtəlif sosial tədbirlərdə fəal iştirak edir. Başqırd Qadınlar Cəmiyyəti Respublika ("Nümunəvi Gənc Ailə", "Xıllıca", "Başqırd Milli Kostyumu" və s.) və rayon üzrə (Başqırd Seseni, "Ən Yaxşı Ana", "Salam, həmkəndlilər", "Jejere" və s.) tədbir və müasbiqələrin təşkilatçısıdır. Təşkilat, Sermenevski uşaq evinə, Verxni Avzyan kəndində xüsusi internat məktəbinə və Beloretsk rayonunun Uzyan kəndində bir uşaq evinə maliyyə yardımı göstərir. Müxtəlif xeyriyyə tədbirləri keçirir.
Belarus Coğrafiya Cəmiyyəti
Belarus Coğrafiya Cəmiyyəti (belar. Беларускае геаграфічнае таварыства) — Belarus Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatı. Mərkəzi qərargahı Minsk şəhərində yerləşir. 2004-cü ildən rəhbəri Pyotr Lopuxdur. == Tarixi == Cəmiyyətin əsası 1954-cü ildə coğrafiya elminin inkişafını təşviq etmək üçün Minsk şəhərində qoyulmuşdur. Həmin vaxt SSRİ Coğrafiya Cəmiyyətinin tərkibində idi. İlk qurultayı 1975-ci ilin 12 mart tarixində Minsk şəhərində keçirilmişdir. 1992-ci ilin yanvarında Belarus Coğrafiya Cəmiyyətinə çevrilmişdir. Hazırkı Nizamnaməsi 2007-ci ildə təsdiq edilmişdir. == Fəaliyyəti == Cəmiyyət coğrafiya sahəsində elmi, dinaktik və populyar fəaliyyət həyata keçirir.
Belarus Qırmızı Xaç Cəmiyyəti
Belarus Qırmızı Xaç Cəmiyyəti (ing. Belarus Red Cross, belar. Беларускае Таварыства Чырвонага Крыжа, rus. Белорусское Общество Красного Креста) — Belaruslu humanitar təşkilatdır və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının üzvüdür. Onun məqsədi hər yerdə və hər zaman, könüllü və ayrı-seçkilik olmadan, insan əzabının qarşısını almaq və aradan qaldırmaqdır. 1872-ci ildə Rusiyanın Qırmızı Xaçının Minsk yerli şöbəsi kimi Belarus ərazisində fəaliyyət göstərən ilk fəaliyyət təşkilatı olsa da, təşkilat 1967-ci ildə təsis edilib. Belarusda 166 regional və yerli filialı fəaliyyət göstərir.
Berlin Coğrafiya Cəmiyyəti
Berlin Coğrafiya Cəmiyyəti (alm. Gesellschaft für Erdkunde zu Berlin‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Dünyada ən qədim ikinci coğrafiya cəmiyyətidir. Mərkəzi ofisi Berlin şəhərinin Şteglits rayonunda yerləşir. == Tarixi == Cəmiyyətin əsası 20 aprel 1828-ci ildə Almaniyanın Berlin şəhərində qoyulmuşdur. Yaradıcıları Karl Ritter, Aleksandr fon Humboldt və başqaları idi. Cəmiyyətin ilk toplantısında, 7 iyun 1828-ci ildə 27 nəfər qatılmışdır. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Gənc alimlərə sponsorluq edir. Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur.
Bern Coğrafiya Cəmiyyəti
Bern Coğrafiya Cəmiyyəti (alm. Geographische Gesellschaft Bern‎) — İsveçrə Konfederasiyasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Bern şəhərində yerləşir. Prezidenti Elizabet Bəşlindir. == Tarixi == Cəmiyyətin əsası 15 may 1873-cü ildə İsveçrənin Bern şəhərində qoyulmuşdur. Təşəbbüskarı və qurucu prezidenti professor Albert Şaffter olmuşdur. == Fəaliyyəti == Assosiasiya müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Səyahətləri İsveçrədə 1-4 gün müddətində, xaricdə is 1-2 həftə müddətində olan coğrafi ekskursiyalardan ibarətdir. Üzvlər üçün öz nəşrləri çap olunur.

Digər lüğətlərdə