CƏRƏYAN
CƏRİDƏ
OBASTAN VİKİ
Cərgə
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.
Cərgə taktikası
Cərgə taktikası ya Xətt taktikası - XVII - IX əsrlərdə döyüş aparmaq üçün mövcud olmuş seçilən nəzəri və praktik taktika. Bu zaman sərəncamda olan ordunun ya donanmanın tərkibindəki hərbi qüvvə: canlı qüvvə və hərbi gəmilər bərabər qaydada nizamla cərgələrə sıra ilə düzülür. Cərgə taktikası Avropada XVI əsrin sonlarında XVII əvvəllərində Niderland piyada qoşununda formalaşmışdır. Bu zaman dördbucaqlı sıraları xətti cərgələr əvəzləmişdir. Bu taktiki düzülüşü ilk dəfə olaraq holland Morits van Oranye və onun əmisi oğlanları Vilhelm Lüdviq (Nassau-Dillenburq), VII Yohann (Nassau-Ziegen) orduda tətbiq etmişdir. Bununla Morits van Oranye nizam intizamı saxlamaq, zabit hazırlığının keyfiyyətini artırmaq məqsədi güdürdü. Cərgə taktikası İsveçdə II Qustav Adolfun ordusunda 1618—1648 ci illərdə Otuzillik müharibədə tam olaraq tətbiq olunduqdan sonra bütün Avropa ölkələrində tətbiq olunmağa başlanılmışdır. Bu zaman piyadalar bəzən cəbhə boyu bir və iki sıralı cərgədə bir düz xətt boyunca düzülmüş olurlar. Hərbir xətti cərgələr arasında müvafq miqdarda məsafələr saxlanılırdı ki, top mərmilərinə kütləvi şəkildə tuş gəlməsinlər. Hər cərgədə iki sıranın olması isə muşket atıcılığından irəli gəlirdi ki, Bu zaman öndəki muşket atıcıları atəş açdıqdan sonra silahı doldurmaq üçün və ikinci sıranın atəş açmalarına imkan yaratmaq üçün onları önə buraxırdılar.
Böyük Kuril cərgəsi
Böyük Kişuril cərgəsi — Sakit okeanda, Kuril adalarının tərkibinə daxil olan adalar qrupu. Şimaldan cənuba 1200 km məsafədə uzanır. Qrupun ümumi sahəsi 10,1 min. km² təşkil edir. İnzibati cəhətdən Rusiyanın Saxalin vilayəti ərazisinə daxildir. Kunaşir və İturup kimi adalarına Yaponiya iddia edir. Ən hündür nöqtəsi Alaid vulkanıdır (2339 m). Kruzenştern boğazı və Bussol boğazı ilə 3 qrupa bölünmüşdür. Şimaldan cənuba doğru sahə 1 km² olan adalar. Böyük Kuril cərgəsinə daxil olan adalar Kiçik Kuril cərgəsinə daxil olan adalardan Cənubi Kuril boğazı ilə ayrılır.
Kiçik Kuril cərgəsi
Kiçik Kuril cərgəsi — Sakit okeanda, Kuril adalarının tərkibinə daxil olan adalar qrupu. Şimaldan cənuba 100 km məsafədə uzanır. Qrupun ümumi sahəsi 360.85 km² təşkil edir. Qrupun tərkibinə 6 böyük və bir necə kiçik adalardan ibarətdir. Şimaldan cənuba doğru sahə 1 km² olan adalar. Kiçik Kuril cərgəsinə daxil olan adalar Böyük Kuril cərgəsinə daxil olan adalardan Cənubi Kuril boğazı ilə ayrılır. == Coğrafiyası == İnzibati cəhətdən Rusiyanın Saxalin vilayəti, Yujno-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adalara Yaponiya iddia edir. Yaponiya adaları Hokkaydo prefekturası Nemuro subprefekturası ərazisinə hesab edir. Qrupa daxil olan adaların səthi hamar və təpəlidir.
Cərgəvər
Cərgəvər (lat. Polystichum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinə aid bitki cinsi.
Qulaman (Raz və Cərgəlan)
Qulaman- İranın Şimali Xorasan ostanının Raz və Cərgəlan şəhristanının Qulaman bəxşində şəhər. 2016-cı ilin məlumatına görə şəhərdə 2,867 nəfər yaşayır (860 ailə). Əhalisi Xorasan türklərindən ibarətdir və Xorasan-türk dilində danışırlar.
Raz və Cərgəlan şəhristanı
Raz və Cərgəlan şəhristanı — İranın Şimali Xorasan ostanında şəhristan.

Digər lüğətlərdə