CAH-CALALLI

sif.
1. Təntənəli, dəbdəbəli, təmtəraqlı, büsatlı, əzəmətli, möhtəşəm. Cah-calallı saray. Cah-calallı ziyafət.
– Gecə xanın evində cah-calallı bir məclis qurulmuş, sazandalar öz yerlərini tutmuşdular. Ə.Məmmədxanlı.
[Abbas ağa ilə Mahmud] danışa-danışa xeyli yol gəlmişdilər.
Bu zaman qarşıdan gələn cah-calallı bir dəfn mərasiminə rast gəlib, söhbətlərini kəsdilər. P.Makulu.

2. Qaş-daş içində olan, bəzəkli.
Leylək… cah-calallı xanımın qabağında nə qədər qul kimi dayanıb onun ağ pambıq əllərinə su töksə də, xanım onu saya salmır, meydanın ortasına sancılan ələm ağacınca hesab eləmirdi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CAH-CALALLI cah-calallı bax dəbdəbəli
  • CAH-CALALLI təntənəli — dəbdəbəli
  • CAH-CALALLI varlı — hallı — dövlətli
CAH-CALAL
CAHAN

Digər lüğətlərdə

непокори́мый нераспа́ханность ова́л одура́чивание отвлечённость гигро́метр ма́монт неуси́дчивый переставно́й разбо́йничий уклони́ться успоко́енный ута́йщица фразёрствовать Луга прилучить banner-cry Belleville capsa Elam epinicion subtenant козлы коротыш несменяемый