CAMAAT

CAMAAT Daş oynatmağı öyrənməyini və Həştərxanda camaat qabağında çıxışlarını Həmid heç anasına da deməmişdi (H. Abbaszadə); ALAY Zeynal matəm alayım tələb edənlərə məxsus məyus addımlarla sahil boyu ilə evə qayıdırdı (M.Hüseyn); ALƏM (dan.) Şerim bu hikməti aləmə bildir; Xəyal ölənləri bəzən dirildir (M.Rahim); XALQ (bir yerin, bir ölkənin camaatı) Demə, əzizimdir ev adamları; De, mən bu xalqınan, xalq da mənimdir (B.Vahabzadə); EL Palaza bürün, el ilə sürün (Ata. sözü); ELAT (köhn.) [Firəngiz:] Yığıncaqda bu barədə danışarıq, elatın fikrin öyrənirik (B.Bayramov); ELOBA El-oba Nəbini öz gözünün didəsi kimi qoruyub saxlasa da, Sarımsaqoğlu kimi şeytan-şuğul bu qızıl vədindən ötrü işə girişdi (S.Rəhimov); EL-ULUS Muğana su gəlir, Milə su gəlir; Axışıb öz eli-ulusu gəlir (S.Vurğun); ƏHALİ Əhalinin artıq bu cür işlərə əhəmiyyət vermədiyini göstərdim (M.S.Ordubadi); FÖVC (köhn.) Ağa Məhəmməd şah Qacar: Mirzə Cəfər xan, çıx binagüzarlıq et, bir neçə gün Əli xanı bargahda saxlasınlar və bir şəxs onun gözlərinin çıxdığını bilməsin və əlavə binagüzarlıq edərsən Əli xanın qoşununun bir hissəsini azad eləsinlər və qalanını sair fövclərə paylasınlar (Ə.Haqverdiyev); İZDİHAM Körpüdə izdiham çox idi (T.Ş.Simürğ); KÜTLƏ Musa kişi maraqla kütlənin içərisinə girmək istəyən Firidunu gördü (M.İbrahimov).

CAM
CAMADAR
OBASTAN VİKİ
Camaat
Camaat Dövlətə xərac verən ayrıca kənd icması və ya kənd icmaları ittifaqı; Kənd icmasının istifadəsində və ali sahibi dövlət olan torpaqlar; İbadət etmək üçün bir araya gələn müsəlman birlikləri.
Camaat namazı
Camaat namazı — camaatla birlikdə qılınan namazdır. Camaatla qılınan namazın furada qılınan namazdan üstün olması haqqında çoxlu hədislər gəlmişdir. Cümə namazı camaatla qılınır. Şiə məzhəbində vacibi namazlar və meyyit namazı (ərəb dilində "saləh" sözünun çoxmənalı olmasına baxmayaraq, əslində duadır) camaatla qılına bilər. == Camaat namazının hökmləri == İmama iqtida etmək istəyən şəxs, niyyət etdiyi zaman imamını təyin etməlidir. Amma onun adını bilməsi lazım deyildir. Əgər "hazırkı imama iqtida edirəm" deyə niyyət edərsə, namazı səhihdir. Mə`mum gərək Həmd və surədən başqa namazın bütün sözlərini özü oxusun. Amma əgər mə`mumun birinci, yaxud ikinci rük`əti, imamın isə üçüncü və ya dördüncü rük`əti olsa, gərək Həmd və surəni oxusun. Əgər məmum sübh, şam və xiftən namazının birinci və ikinci rükətində imamın Həmd və surəsinin səsini eşitsə, kəlmələri ayırd edə bilməsə də, gərək Həmd və surəni oxumasın.
Camaat torpaqları
Camaat torpaqları — dövlətin mülkiyyətində olub kəndlilərin istifadəsində olan torpaqlar idi. Bu torpaqlardan elliklə istifadə edən camaat bunun müqabilində dövlətə torpaq vergisi – xərac verirdi.
İmam-camaat
İmam-camaat (yaxud pişnamaz) — camaat namazında öndə namaz qılan, digərlərinin isə ona iqtida edərək namaz qıldığı şəxs. İmam-camaat gərək baliğ, aqil, adil, halalzadə və namazı düz qılan olsun. Əgər məmum (imama iqtida edən) kişidirsə, onun imamı da gərək kişi olsun. İmam-camaat zahirən vacibləri yerinə yetirib, haramları tərk edən olmalıdır. Şiə məzhəbində imam-camaatın on iki imam şiəsi olması da əsas şərtlərdən biridir. Məmun adil bildiyi bir imamın indi də adil olub-olmadığında şəkk etsə, ona iqtida edə bilər. Ayaq üstə namaz qılan bir şəxs, oturan və ya uzanan halda namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan bir şəxs də, uzanaraq namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan şəxs, oturan halda namaz qılana iqtida edə bilər, amma uzanan halda namaz qılanın iqtida etməsi mütləq şəkildə işkallıdır, istər imam ayaq üstə olsun istər oturan halda istərsə də uzanan halda. Əgər imam camaat bir üzrə görə nəcis libas ilə, yaxud təyəmmüm ilə və ya cəbirə dəstəmazı ilə namaz qılsa, ona iqtida etmək olar.
Bakı Camaatının Həyatı və Velikoknyaz Prospekti ilə Hərəkəti (1900)
Bakı camaatının həyatı və Velikoknyaz prospekti ilə hərəkəti qısametrajlı sənədli filmi rejissor Q. Matye tərəfindən 1900-cü ildə çəkilmişdir. Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir. == Məzmun == Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir.
Bakı camaatının həyatı və Velikoknyaz prospekti ilə hərəkəti (film, 1900)
Bakı camaatının həyatı və Velikoknyaz prospekti ilə hərəkəti qısametrajlı sənədli filmi rejissor Q. Matye tərəfindən 1900-cü ildə çəkilmişdir. Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir. == Məzmun == Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir.
Camaati-İslami
Camaati-İslami (urdu جماعتِ اسلامی) — Hindistan yarımadasında qurulmuş ən böyük islam partiyası. 1941-ci ilin avqustunda Lahor şəhərində Əbüləla Mövdudinin rəhbərliyi və müsəlman icmasından 75 nəfər nümayəndənin iştirakı ilə yaradılmışdır. Partiyanın məqsədi Britaniya Hindistanında islami oyanışın əsasını qoymaq, sosial həyatda islam qanunlarını tətbiq etmək, müsəlmanların mədəni birliyinə nail olmaqidi. == Tarixi == 1947-ci ildə Pakistan müstəqillik qazandıqdan sonra Mövdudinin oraya mühacirət etməsi ilə partiya Hindistan Camaati-İslami və Pakistan Camaati-İslami partiyası olmaqla iki qola parçalandı. Sonralar Hindistan Camaati-İslami partiyası 1970-ci illərdə nisbətən fəallaşsa da, demək olar ki, kənarda qalmış, partiyanın əsas fəaliyyəti Pakistan Camaati-İslami partiyasının adı ilə bağlı olmuşdur. Kəşmirdə, Şri-Lankada və 1972-ci ildə Banqladeşdə eyni adlı partiyalar yaradılmışdı. Camaati-İslami 1947-ci ilədək, demək olar ki, heç bir siyasi və sosial fəaliyyət göstərməmiş, yalnız təşkilatlanma ilə məşğul olmuş və nüfuz dairəsini genişləndirməyə çalışmışdır. Dövlətin islam qanunları əsasında idarə olunması tələbi ilə çıxış edən Camaati-İslami Pakistanın 1956-cı ildə qəbul edilmiş ilk konstitusiyasında qismən buna nail olsa da, sonralar fəaliyyəti dəfələrlə qadağan edilmiş, Mövdudi bir neçə dəfə həbsə alınmışdır. Partiya Daşkənd bəyannaməsinə (1966) qarşı çıxmışdır. Pakistanın bölünməsi və Banqladeş Respublikasının yaradılmasının əleyhinə olan partiya 1971-ci ildə Hindistan və Şərqi Pakistanla silahlı toqquşmada dövləti dəstəkləmişdir.
Car-Balakən azad camaatlığı
Car-Balakən camaatlığı — Azərbaycanın şimal-qərbində qan qohumluğuna əsaslanan sosial-siyasi qurum. == Quruluşu == XVII–XIX əsrlərdə şimal-qərbi Azərbaycanda mövcud olan dövlət təsisatlarından biri Car-Balakən camaatlığı idi. ""Camaat" ərəb sözü olub ayrıca icmanı bildirir. Şimal-qərb və qərbdən Kaxetiya, cənubdan Şirək düzü, şərqdən Şəki xanlığı ilə həmsərhəd olan bu feodal təsisatı əsasən Alazanın aşağı axarında yerləşirdi. Ərazinin tərkibinə Baş Qafqaz silsiləsinin şimal yamacında yerləşən torpaqlar da daxil idi. Getdikcə nüfuzlu hərbi siyasi birləşməyə çevrilən Car-Balakən icması Qafqazda cərəyan edən hadisələrə mühüm, bəzən də həlledici təsir göstərirdi. Tarixşünaslıqda Car etnonimi müxtəlif baxımdan izah olunmuşdur. Şopen Car-Balakən etnonimini bu cür izah edir: "Bu söz Car-Pilləkəndir və mənası yol, pilləkən deməkdir. Car-türk sözü olub yol deməkdir. Məhz bu ərazidən Alan qapılarına gedən yol başlanır" Qədim Azərbaycan torpaqlarında yaranan Car-Balakən camaatları özündə altı camaatı-Car, Balakən, Tala, Katex, Muxax və Cınıxı birləşdirirdi.
Car-Balakən camaatlığı

Car-Balakən camaatı

Car Baləkən camaatlığı

Dərbənd Camaatı
Meşə Qardaşları (1905-1906)
Gəloxçu camaatı
Gəloxçular — Laçın rayonunda, Qarıqışlaq, Mişni, Hacılar, Sadınlar, Qılıçlı, Quşçu,Soyuqbulaq, Mayıs, Zeyvə və başqa yaşayış məntəqələrini əhatə edir. == Tarix == Gəloxçu camaatı XVIII yüzildə Qaraçorlu mahalına, XIX yüzilin ikinci yarısından Zəngəzur qəzasına, XX yüzilin önlərindən Laçın rayonuna bağlıdır. 1823-cü ildə Gəloxçu obası vergi ödəyənlər: 78 tüstü, ödəməyənlər: kəndxudalar Mirzə bəy, Vəli bəy, Həsən bəy ibarət idi. 1827-ci ildə Gəloxçu obası vergi ödəyən 91, ödəməyən 5, rəncbər 2 tüstüdən təşkil olunmuşdu. Hazırkı Laçın rayonunun bir hissəsi bu bölgəni əhatə edir. Xanlıq dönəmində bu nahiyə Qaraçorlu mahalının tərkibinə daxil oldu. === Gəloxçu obasında əhali sayı === == Mənbə == Ənvər Çingizoğlu, Gəloxçu camaatı, "Soy" dərgisi, Bakı, 2010. Əli Məcidli, Gəloxçular və Törə, Bakı, 2019. Ənvər Çingizoğlu, Keştasf, ""Soy" elmi-kütləvi dərgi, 2009, № 9, səh.111–114.
Hacılı camaatı
Hacılı camaatı — Cavanşir elinin böyük qollarından biridir. XVIII yüzildə Yağləvənd oymağının Gecəgözlü, Seyidəhmədli qolları, elin digər oymağı Köçərlinin bir budağı olan Mahmudlunun birləşməsi nəticəsində yaranıb. Bu camaat Qarabağ xanlığının yaranmasında fəal iştirak edib. XIX yüzildə Hacılı camaatına Gecəgözlü, Seyidəhmədli, Mahmudlu, Aybasanlı, Mirzəcamallı, Şıxılı, Comərdli və Sarılar obaları daxil idi. XIX yüzilin ortasında Mahmudlu obasının yeni qolları meydana gəldi. Bunlar Hüseynbəyli və Ələsgərli obaları idilər. Aybasanlı obasından isə Qorqan şenliyi əmələ gəldi. Hacılı camaatı Rus-İran savaşlarında fəal iştirak etmişdi. Bu camaatdan xeyli tanınmış şəxs çıxıb. == Mənbə == Ənvər Çingizoğlu, Hacılılar, Bakı, “Soy” dərgisinin özəl nəşri, 2004, 238 səh.
Hacısamlı camaatı
Hacısamlı camaatı — XVIII yüzilin ikinci yarısında Qaraçorlu mahalında cəmləşən ən böyük icmalardan biri. == Camaatın tarixi == Camaat öz adını Hacı Sam Şadılıdan alıb. Bəzi qaynaqlara görə, Hacı Sam Xorasanda ömür-gün sürüb. Hacı Samın Hüsən adlı oğlu vardı. Hüsən Xorasanda, Məşhəd dövrəbərində dünyaya gəlmişdi. Heyvandarlıqla məşğul idi. Müqəddəs Məkkəyi-Mükərrəmi ziyarət etmişdi. Hacı Hüsənin Şirin bəy adlı oğlu vardı. Şirin bəy Məşhəd civarında dünyaya göz açmışdı. Yekəlib, yetman igid olandan sonra, tayfa-toluğunu (10 ailədən ibarət Babadünlü tayfasını) başına yığıb, Qarabağa üz tutmuşdu.
Mənzil camaatı
Mənzil icması Nəqşibəndiliyə bağlı olan və Türkiyədəki icmaların içərisində ən çox üzvü olan icmalardan biridir. Məhəmməd Rəşid Erol (1930–1993) tərəfindən təsis edilmişdir. Bu gün onların lideri Abdulbaki El Huseynidir. Adıyamanın rayonlarından biri olan Kahta mahalında, həmçinin Ankara və İstanbulda da bu icmanın üzvləri mövcuddur. Türk siyasətçilərindən və Türkiyə Cümhuriyyətinin keçmiş dövlət nazirlərindən bəziləri Mənzil Cəmiyyətinin üzvləri olmuşdurlar. Mənzil üzvlərinin yaratdığı Səmərqənd fondu, turizm şirkətləri, media orqanları, fondlar və təhsil müəssisələri kimi müxtəlif şirkətlər və təşkilatlar; cəmiyyətin əsas iqtisadi resursunu təşkil edir. İcmanın mərkəzi Adıyaman hesab olunur. Mənzil adını mənşəyi də Adıyamanın Kahta rayonundakı Mənzil kəndindən götürülmüşdür.
Nur Camaatı
Nur Camaatı — Səid Nursinin risalələrində açıqladığı fikirlərə əsaslanan, XX əsrin əvvəllərində yaranmışdir Camaatın davamçıları Səid Nursinin risalələrindəki fikirlərə və dünya görüşünə riayət edirlər. Risale-i Nurları oxuyana Nur tələbəsi deyilir. Hazırda hərəkat Nur Camaatı adı ilə də tanınır. Risale-i Nur camaatı hazırda Türkiyədə geniş yayılmışdır. Bundan başqa Azərbaycan, Almaniya, ABŞ, Avstraliya, Özbəkistan, Qazaxıstan, Rusiya, Tatarıstan, Qırğızıstan və s. kimi ölkələrdə də Risale-i Nurlar oxunur. 1996 ilində Diyanət İşləri Başqanlığı tərəfindən açıqlanan raporda Nur camaatinin qolları və fəaliyetleri bu şəkilde açıqlanmışdır Yazıcılar Qurubu (Əhməd Hüsrəv Altınbaşak) Sözlər Gurubu (Mustafa Sunqur) Suffe Gurubu (Mehmet Kırkıncı) İstanbul Gurubu (Abdullah Yeğin,Hüsnü Bayram,Ahmet Aytimur) Kurdoğlu Gurubu (Mehmet Kurdoğlu) İhlas Nur Gurubu (M.Said Özdemir) Nesil Gurubu (Mehmet Fırıncı), Yeni Asya Gurubu (Yeni Asya Gazetesi, Mehmet Kutlular) Zehra Gurubu (İzzettin Yıldırım) Med-Zehra qrupu (Muhammed Sıddık Dursun) Azərbaycanda Nur camatının Mustafa Sunqur qurubu var.
Tərəkəmə camaatı
Qarapapaqlar və ya Tərəkəmələr — Şimali Qafqazda Dərbənd, Gürcüstanda Kvemo-Kartli, Azərbaycanda Qazax, İranda Sulduz və Türkiyədə isə ümumi olaraq Şimal-şərqi Anadoluda yaşayan Azərbaycanlılara bağlı bir tayfa. Əhali əsasən maldarlıqla məşğul olur və əksər hallarda köçərilər kimi rast gəlinir. Orta əsrlərdə digər türk və monqol tayfaları ilə birlikdə Qərbi Asiyaya köç etdikdən sonra Qarapapaqlar şərqi Gürcüstanın Debed çayı ətrafında məskunlaşmışdırlar. Bu ərazi müasir Gürcüstan ilə Ermənistan sərhədi boyunca yerləşməkdədir. 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra onların bir hissəsi Qacar imperiyasına, bir hissəsi isə Osmanlı imperiyasına köç etmişdir. Çar Rusiyası ərazisində qalmış Qarapapaqlar rəsmi siyahıyaalınmalarda Azərbaycan türklərindən ayrı hesab edilmişdir, lakin Sovet dövründə onlar tədricən digər Azərbaycan türkləri ilə qarışmışdırlar. Beləliklə, onlar 1959 və 1970-ci illərdə azərbaycanlı olaraq siyahıyaalınmışdırlar. 1944-cü ildə Qarapapaqlardan xeyli sayda insan Mərkəzi Asiyaya sürgün edilmişdir. Tarixən müsəlman olan Qarapapaqlar həm sünni, həm şiə, həm də Əliallahilik məzhəbində olmuşdurlar. Son dövrlərdə Sovet İttifaqının etnoqrafiyası barədə aparılmış araşdırmalara görə, Qarapapaqların çoxu 1980-ci illərdə Türkiyədə, İranda, Mərkəzi Asiyada (əsasən Özbəkistanda) və Cənubi Qafqaz ölkələrində (əsasən Ermənistan və Gürcüstanda) yaşamaqda idilər.
İnquş camaatlığı
İnquşetiya və ya İnquş camaatlığı, müxtəlif kəndlərin və qəbilələrin ərazi birliyinə əsaslanan İnquşların orta əsr ərazi birlikləridir (qrupları, vahidləri). İlk İnquş ərazi cəmiyyətlərinin, bir növ siyasi inzibati formasiyalarının - şaharların yaranması XVI əsrin ikinci yarısına təsadüf edir. İnquş cəmiyyətlərinin adları, yerləşdikləri ərazinin adları ilə adlanırdı, yəni adlar coğrafi prinsipə söykənirdi. Zamanla tez -tez dəyişən müxtəlif saylarda, adlarda və sərhədlərdə İnquş cəmiyyətləri XIX əsrin sonlarına qədər fəaliyyət göstərmişdir. Əvvəlki dövrlərdə İnquşlar, tək bir mərkəz ətrafında toplaşmaqdansa ərazi baxımından delimitasiyaya daha çox töhfə verən dağ-dərələrdə, nisbətən qapalı şəraitdə yaşamalarına baxmayaraq, tək bir etnik qrupun kimliyini qorudular. Ortaq bir mədəniyyətə və ortaq bir dilə əsaslanaraq "Qalqay" ortaq etnonimi altında yaşayırdılar. XIII əsrdə Alaniya dövlətinin süqutu və əhalisinin Daryalın şərqində və qərbində qalalar tikərək dağlara axını yeni etno-ərazi icmalarının yaranması üçün əsas oldu. İnquşların düzənliyə qayıtması ilə əlaqədar olan miqrasiya prosesləri, Əmir Teymurun Şimali Qafqazı tərk etməsindən qısa müddət sonra (XV əsrin əvvəlləri) başladı.. Ən erkən mərhələdə, bu inquşların düzən ərazilərdə yeni gələn köçəri xalqların məskunlaşmasına qarşı çıxmaq üçün etdikləri ayrı-ayrı hərbi-siyasi hərəkətlərlər formasında olurdu. Bu dövrlə əlaqəli bəzi epizodlar XIX əsrdə qeydə alınmış inquş əfsanələrindən birində öz əksini tapmışdır.

Digər lüğətlərdə