CİDDİLİK

is.
1. Ciddiyyət, ağırbaşlılıq, təmkin.
// Ciddi adamın halı.
Ruhnəvaz xanım adi ciddiliyi ilə əl verdi və [Qurbanlını] qapıya qədər təşyi etdi. Çəmənzəminli.
Qəhrəman gördü ki, oğlu [Sabirdə] böyüklərə məxsus ciddilik əlamətləri özünü göstərməyə başlayır. S.Rəhimov.
Adamlarda bir ciddilik, bir gərginlik duyuldu. Mir Cəlal.

2. məc. Ağırlıq, mürəkkəblik, gərginlik. Şəraitin ciddiliyi. İşin ciddiliyi.
[Qəhrəman:] Atəş getdikcə şiddətlənir və vəziyyətin ciddiliyini andırırdı. H.Nəzərli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CİDDİLİK sərtlik — kəskinlik — ağırlıq — bərklik
  • CİDDİLİK səylik — qeyrətlilik
  • CİDDİLİK təmkin — qətilik — zabitəlilik
  • CİDDİLİK tələbkarlıq — möhkəmlik

Antonimlər (əks mənalı sözlər)

  • CİDDİLİK CİDDİLİK – YUMŞAQLIQ Əliqulu xan həmişə quru görünən sifətinə bir qədər də ciddilik artırırdı (A.Məmmədrza); O macal vermədi, mənim yumşaqlığımdan ist
CİDDİLƏŞMƏK
CİDDİYYƏT

Digər lüğətlərdə